C
Bəli, bu gün cəmiyyətə barış lazımdır. Hazırda de-yure olmasa da, de-fakto fövqaladə vəziyyətdir. Koronovirus təhlükəsi dünyanı silkələyir, hətta düşmənlər, rəqiblər bu qlobal təhlükəyə qarşı birləşir. Bizim cəmiyyətdə də bir bir barış olmalı, hamı çəkicini bir zindana vurmalıdır. Aydındır, hərənin bir çəkici var, amma hərənin bir zindanı olmamalıdır. Hazırda ümumi zindan koronovirus pandemiyasıdır və bütün çəkiclər bu zindana vurulmalıdır.
Fövqaladə vəziyyətlərdə cəmiyyətdə barışa nail olmağın klassik 3 yolu var. Bunun biri koronovirus təhlükəsi və karantin şəraitində hökumətin vətəndaşlara dəstəyidir və bu istiqamətdə konkret işlər gedir. O biri türmələrdə, islah müəssisələrində olan və cəzasının müəyyən hissəsini çəkən məhbusların azad edilməsidir ki, cəmiyyət bunu gözləyir. Yaxın qonşular - İran və Türkiyə artıq təsadüfi cinayət tğrətmiş və cəzasının bir hissəsini çəkmiş 100 minlərlə məhbusu azad edib, Rusiya da bu istiqamətdə müvafiq addımlar atmaqdadır.
Fikrimcə, bu istiqamətdə birinci məsələ iqtidar-müxalifət mübarizəsinə moratorium qoyulmasıdır. Dünya əksliklərin mübarizəsi və vəhdəti qanunu ilə idarə edilir və hazırda əksliklərin vəhdəti günün tələbidir. Məlum olduğu kimi, iqtidar tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Prezident Aparatında yeni yaradılmış Siyasi Partiyalarla iş şöbəsi müxalifət partiyaları ilə görüşlər keçirir, müəyyən müzakirələr gedir. Amma istər müxalifətdə, istərsə də iqtidarda elə adamlar var ki, bunlar birmənalı olaraq, barış siyasətinə mane olur, faktiki olaraq, yanan ocağa yağ tökürlər.
Müxalifət cəbhəsində cəmiyyətdə qarşıdurma yaratmaq sahəsində birinci yerdə şübhəsiz ki, AXCP lideri Əli Kərimli gəlir. Bu adam iqtidar tərəfindən dialoq istiqamətində atılan bütün addımları qaralayır, ümumi bəlaya qarşı görülən bütün işləri yamanlayır, sosial şəbəkələrdə qərəzli çıxışları ilə insanları çaşdırır. Aydındır, onun məqsədi bulanıq suda balıq tutmaq və cəmiyyətin bəlalarından siyasi xal qazanmaqdır. Onun üçün məqsədə çatmaq birincidir, vasitələr əhəmiyyət kəsb etmir. Sosial şəbəkələrdə iqtidarı söyən tərbiyəsiz trol şəbəkəsi də bu adamın xidmətidir və ona xidmət edir. Bu sahədə onun sağ əli və cəmiyyətdə barış siyasəti üçün elə onun qədər təhlükəli ikinci adam məlum Qənimət Zahiddir. Şübhəsiz ki, istedadlı jurnalistdir, amma təəssüf ki, öz istedadını tamamilə şər işlərə sərf edir. Bu adam son 20 ildə iqtidarın atdığı müsbət addımların birini də görmək istəmir, görünənləri də qaralamaq niyyətini gizlətmir...
Müxalifətin barışa qarşı üçüncüsü, ən qərəzlisi və səviyyəsizi şübhəsiz ki, naməlum Qurban Məmmədovdur. Naməlum ona görə ki, bu adam məlum Əli Həsənovun siyasi trollarından biri olub. Mətbuata sızan məlumatlara görə, onlar yaxın dost olublar, bir yerdə oxuyublar. Əli Həsəınov illər əvvəl “Yeni Musavat”a verdiyi müsahibədə bu faktı təsdiq edib və hətta Qurban Məmmədov həbsdə olduğu müddətdə kömək etdiyini də deyib. Şübhəsiz ki, əl tutmaq müsbət haldır və Həzrəti Əlidən qalır, amma fakt da faktlığında qalır. Qurbanı təlimatlandıran, maliyyələşdirən və Londona göndərən də yəqin ki, Əli müəllim olub. Amma Qurban əli pula çatan kimi fmövqeyini dəyişib və dostuna xəyanət edib. Yeri gəlmişkən, “qəhrəmanımız” həddindən artıq tamahkar adamdır, bunu hətta mərhum Elçibəy də bilib və ona heç bir vəzifə verməyib. Necə deyərlər, istədiyi yar idi, yetirdi Pərvərdigar. Hazırda Qurban Məmmədov Londonda oturub, Dünyada, əsas da Rusiyada yaşayan Azərbaycan diasporunu aldatmaqla və pul yığmaqla məşğuldur.
Məlum olduğu kimi, iqtidarda təmsil olunan, cəmiyyətdə barış siyasətinə mane olan əsas fiqurlardan biri Əli Həsənov olub. Qəribədir ki, Prezident Aparatının Siyasi-ictimai şöbəsini müdiri olan bu adamın əsas vəzifəsi iqtidar-müxalifət münasibətlərini nizamlamaq və cəmiyyətdə barış yaratmaq idi. Amma o, bu münasibətləri kəskinləşdirən məqalələr yazmaqla və müxalifəti söyüb-yamanlayan trollar hazırlamaqla məşğul idi. Təsəvvür edin, Qurban Məmmədov, Ata Abdullayev və s. kimi cəmiyyəti qarışdıran trollar Əli müəllimin yetirmələri idi. Əli Həsənov cəmiyyəti qarışdırmaq sahəsində, faktiki olaraq Əli Kərimlinin iqtidarda təmsil olunan prototipi idi. Hətta müxalifət cəbhəsində olunmayan, iqtidara loyal olan hüquqşünas Aslan İsmayılov kimi adamlar da onun hədəfindəydi. Yəni o, qəsdən, ya bilməyərəkdən müstəqil fikirli adamları da iqtidara qarşı qaldırmaqla məşğul idi. Boş vaxtlarını isə mətbuatın marginallaşdırılmasına və qohum-qardaşının televiziyalarda yerləşdirilməsinə həsr edirdi. Əli Həsənovun istefaya göndərilməsi şübhəsiz ki, cəmiyyətdə barış istiqamətində və yerində atılan addım idi
Düşünürəm ki, Əli Kərimli, Əli Həsınov kimi adamların tribunadan salınması, əllərindən mikrafonların alınması bizim cəmiyyətin xeyrinədir. Ən azı, hazırkı fövqaladə şəraitdə cəmiyyətdə barışa xidmət edir...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий