KORONOVİRUS DƏLƏDUZLUĞU
“Quş qripi”ndən və “donuz qripi”ndən sonra bu, deyəsən, Amerikanın Dünya iqtisadiyyatını çökdürmək üçün üçüncü cəhdidir. Doğrudur, birinci və ikinci dəfə pis alınmışdı, amma indi işlər “yaxşı” gedir. Neftin qiymətləri artıq 90-cı illər səviyyəsindədir, koronovirus qorxusu isə bütün dünyanı silkələyir. Neft iynəsinə oturdulmuş və iqtisadiyyatı Amerika sanksiyaları ilə dondurulmuş ölkələr artıq can üstədir. Nə olmuşdur, nə baş verir?!
Sadəcə olaraq, Dünyaya meydan oxuyan ABŞ bir oxla iki dovşan vurmaq niyyətindədir. Koronovirus dələduzluğu ilə Dünya iqtisadiyyatını azaldır, neft tələbatını aşağı salır. Bununla da, əvvəla, onun Dünya hegemonluğunu qəbul etməyən Çini, Rusiyanı və İranı sıradan çıxarır. Sonra da özünün sonsuz neft ehtiyatları üçün yeni bazarlar yaradır. Bəli, faktiki olaraq, soyuq müharibə gedir, dava yenə də bazar davasıdır. Koronovirus bu müharibədə “bioloji silah”dır, amma etiraf edək ki, “uğurlu” silahdır.
Və koronovirus dələduzluğu... Bu, yəqin ki, “Quş” və “donuz” qripləri kimi adi qripin bir formasıdır. Ölüm riski də adi qrip qədərdir, hardasa 3-4 faizdir. Cavan sağlam adamlar bu xəstəliyi adi qrip kimi yüngül keçirir, yaşlı, xəstə adamlarda isə ağırlaşma (və ölüm) halları qeyd edilir. Avropanın bəzi ölkələri (məsələn, İsveç, Norveç və s.) bu xəstəliyi heç fərziyyə kimi də qəbul etmir və heç bir qabaqlayıcı tədbirlər görmür. Azərbaycanda isə bu, radikal müxalifətin hakimiyyəti hədəfə almaq və gündəmdə qalmaq üçün əsas “kozırlar”ından biridir. Axı, insaf da yaxşı şeydir, nə koronovirusun yayılması, nə də neftin ucuzlaşması Azərbaycan hakimiyyətinin xidməti deyil, bəşəri bəladır...
Sözümü mətləbə dəxli var deyə, molla Nəsrəddinin bir lətifəsi ilə bitirmək istəyirəm. Deməli, molla küçənin tinində 3-4 ağsaqqalla oturub gap edir. Bu zaman bir nəfər qaça-qaça onların yanından keçir. Qocalar “ağıllı” adam kimi mollaya üz tutur, soruşurlar ki, bu kişi hara tələsir? Molla adəti üzrə baməzə cavab verir, deyir, bazarda pulsuz halva paylayırlar. Qocalar durub həmin kişinin dalınca qaçır. Bir azdan bütün küçə, sonra məhlə, hətta kənd bazara doğru qaçmağa başlayır. Molla da ayağa qalxır, başmaqlarını əlinə alır, “birdən pulsuz halva paylayarlar, mənə çatmaz” deyib bazara doğru qaçır...
İndi deyəsən, Amerika da bizim mollanın günündədir, özünün koronovirus dələduzluğuna özü də inanmağa başlayır və ondan qorunmaq üçün yüz milyardlarla pul ayırır...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий