Məşhur rus şairi və mügənnisi Vladimir Vısotskinin original bir mahnısı var. Elə original olduğu qədər də ibrətamizdir. İbrətamiz olduğu üçün də mənasını dostlarla paylaşmaq istəyirəm. Deyirəm, hərə bir şey götürər, hamısı da mənə "çox sağ ol!" deyər... Bəli, mən də közü öz qabağıma çəkirəm...
Deməli, Vısotski deyir, günlərin bir geçəsi idi, yuxum gəlmirdi bir qismət yatım, ilham da gəlmirdi ki, bir sətir yazım... Yüz, yüz vurmağın əsil məqamıydı... Amma elə bu dəmdə - gecənin bir aləmində qapı döyüldü... Təəccübləndim - heç kəsi gözləmirdim... Qapını açdım, heyrətləndim - qarşımda O, dayanmışdı... Gözəllərin gözəli, arzularımın əzəli - İlham Pərisi...
Özümü itirmədim, gözəli içəri dəvət etdim. Gəldi, yer göstərdim, əyləşdi. Kefini soruşdum, gülümsədi, məni sevindirdi. Təcili bir stol açdım, süfrəyə Fransa konyakı, İsveçrə şokoladı qoydum (Şou-biznes əsli Sovet dövründə də kef çəkib, dostlar). Bir az ordan-burdan, şerdən, sənətdən danışdıq... Xanım ayağa qalxdı, şokolad-konyak süfrədə qalmışdı. Təəccübləndim, "Nə tez gedirsiz?" dedim. "Gecənin bir aləmində, subay qadın subay kişinin evində - eşidən, bilən nə deyər?!" cavabı eşitdim. Etiraz etdim, "Siz Blokun, Yeseninin evində günlərlə qonaq qalmısız. Amma məni bircə saatdan sonra atırsız" dedim. "Biz Blokla, Yeseninlə ailəvi dost olmuşuq, qonaq da getmişik, bir-birimizin evində də qalmışıq. Bunu aləm bilir" cavabı eşitdim.
Nə edəcəyimi bilmədim, axırıncı həmləni etdim: "Bəs Puşkin, axı, siz aylarla illərlə onun evində qalmısız. Bəc, buna nə deyirsiz?" İlham Pərisi gülümsədi, Puşkinin adını eşidəndə sanki sevindi: Mən Aleksandr Sergeyeviç Puşkinin arvadı olmuşam, biz 25 il vətəndaş nikahında yaşamışıq...
Pritçanın sonu... Dostlar, Puşkin olmağı bizə Allah qismət eləmədi, anadan dahi doğulmadıq. Blok, Yesenin də olammadıq, qabiliyyətimiz, şeriyyətimiz çatmadı... Deyirəm, bəlkə Vısotski olaq, arabir İlham Pərisi bizə qonaq gəlsin, bizi də sevindirsin... Amma evdə, şampanski demirəm, adi şərab, şokolad da yoxdur... Allah kasıbçılığın üzünü qara eləsin...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий