Показаны сообщения с ярлыком Əli Həsənov. Показать все сообщения
Показаны сообщения с ярлыком Əli Həsənov. Показать все сообщения

вторник, 1 сентября 2020 г.

ƏLİ HƏSƏNOV MƏTBUATI NECƏ MƏHV ETDİ



Məlum olduğu kimi, Respublika Baş Prokurorluğu PA-nın keçmiş şöbə müdiri Əli Həsənova qarşı cinayət işi qaldırıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. KİVDF Əli Həsənovun təşəbbüsü ilə yaradılıb və onun kurasiyasında olub. KİVDF-in vəzifəli şəxsləri isə, qurumun sədri Vüqar Səfərli və qurumun Müşahidə Şurasının sədri Həsən Həsənovdur. 

Deməli, KİVDF-də külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə cinayətlərində də bu sonuncu iki nəfər və Əli Həsənov ittiham olunmalıdır. Qəzetlərə layihə üzrə pulları da onlar “ayırıb”, jurnalist binalarının tikintisinə də onlar "baxıb", jurnalistlərə mənzilləri də onlar “paylayıb”. Mətbuata sızan məlumatlara görə, söhbət hardasa 10 milyona yaxın büdcə vəsaitinin talanmasından gedir. Yeri gəlmişkın, Əli Həsənovla Vüqar Səfərli işdən qovulsalar da, Həsən Həsənov hələ də "Xalq Qəzeti"ndə iş başındadır və Əli Həsənovun palaz-palaz yazılarını buraxır...

Nə qədər qəribə olsa da, Əli Həsənov kurasiya etdiyi bütün sahələri (mətbuat, ictimai-siyasi təşkilatlar və diaspora), faktiki olaraq, özəlləşdirib və rəhbərlikdə öz adamlarını yerləşdirib. Uzağa getməyək, elə Televiziya – radio şurasını götürək. Məhdud ştatı olan bu qurumun sədri Əli Həsənovun dostu, birinci müavini həyat yoldaşı, aparat rəhbəri isə yaxın qohumu idi. “Xəzər” televiziyasını isə zorla türkiyəli sahibkardan almış və universiteti yenicə bitirmiş oğluna bağışlamışdı. Deyilən görə, Əli Həsənov iki jurnalist binasında 20-dən çox qohumunu pulsuz mənzillə təmin edib. Onların əksəriyyəti jurnalistikadan uzaq adamlardır. 1-ci jurnalistlər binasının 1000 kv.metrlik 1-ci mərtəbəsini isə Əli Həsənov 1000 manata özəlləşdirmiş və burda həyat yoldaşı üçün “Kaspi” təhsil mərkəzi açmışdı. İki jurnalist binasının 400 ailəsi isə bir aptekə, bir çörək mağazasına, həta bir pul çıxaran aparata həsrət qalmışdı, dərman, çörək dalınca 300-400 metr piyada getməli olurdu. Yeri gəlmişkən, Əli Həsənov Azərbaycan Nəşriyyatının ərazisinin yarısını da zəbt edib, burda Beynəlxalq Mətbuat Mərkəzi tikdirib və müxtəlif media qurumlarına icarəyə verib...

Amma Əli Həsənovun işləkləri, cinayət əməlləri yalnız büdcə vəsaitlərini talamaqla, vəzifə səlahiyyətlərini aşmaqla bitmir. Qeyd etmək lazımdır ki, peşəkarların mətbuatdan uzaqlaşdırılması, mətbuatın sıxışdırılması, trollaşdırılması və marginallaşdırılması, bir sözlə, 4-cü hakimiyyət rolundan uzaqlaşdırılması da Əli Həsənovun dövrünə təsadüf edir. Təsəvvür edin ki, Qurban Məmmədov, Ata Abdullayev, Eynulla Fətullayev və s. kimi adamlar Əli Həsənovun mətbuat trollarıdır. Həsənov rəsmi qəzetlərin başına həvəskar senzorları, televiziyalara isə öz qohumlarını, tamamilə təsadüfi adamları gətirib. Bu adamların rəhbərlik etdiyi media qurumları da, göründüyü kimi, ölkədə həyata keçirilən islahatları dəstəkləmək iqtidarında deyil. Nəticə də göz önündədir, rəsmi qəzetləri faktiki olaraq, ictimai rəyə təsir etmir. Çünki qəzetlər heç bir araşdırma vermir, yeni layihələrlə, təkliflərlə çıxış etmir, tənqidi yazılar vermir, ucuz tərifçilik edir. Axı, qəzetin senzor redaktorunu “Nəyi vermək lazımdır?” yox, “Nəyi vermək olmaz?” sualı maraqlandırır. Bu da xaricdə yaşayan, Azərbaycan dövlətinin və hakimiyyətinin ünvanına söyüş, böhtan və təhqir yağdıran məlum mətbuat trollarına (Qurban Məmmədov da onlardan biridir) meydan açır. "Müqəddəs yer" boş qalmır, deyirlər...

Yeri gəlmişkən, mən "Xalq qəzeti"ndə10 il işləmişəm və qəzetin Əli Həsənovun təyin etdiyi senzor redaktoru Həsən Həsənovu iş (oxu: cinayət)  başında müşahidə etmişəm. Bu adamın Bakının mərkəzində 3 villası, çoxmərtəbəli binalarda neşə-neçə 3 və 4 otaqlı mənzilləri, biznes obyektləri var (mənim bu barədə geniş, ünvanlı bir yazım var, hələ gözləyirəm...) amma yenə gözü doymur. Rəsmi qəzetin redaktoru deputatdan çox - 3500 manat "zəhmət haqqı"  alır. Qəzetin əməkdaşları isə minimum əmək haqqından az -  350 manat maaş (qonorarla birlikdə) alır, ildə bir dəfə adi kostyum ala, yayda Qubaya, Qaxa 1 həftəlik istirahətə gedə bilmir. Redaksiyanın hərəsi 50-60 min manat civarında olan 3-4 xidməti lyuks avtomobili var, hamısı da baş redaktora və onun ailəsinə xidmət edir. Elə bil “Təzə Bazar”dır, adi müxbir götürmək üçün 4-5 min rüşvət istəyir, odur ki, bir nəfər qələmli müxbir qəzetə gəlmir. Hər yazıya 100-200 manat, hər xəbərə 50-100 manat rüşvət tələb edir. Bölgə müxbirlərinin aylıq hesabı isə bir ayrı “qaravəli”dir. Deyəndə də, deyir ki, əcəb edirəm, gedin kimə istəyirsiz şikayət edin. Hazırda rayonlarda icra başçılarını korrupsiyaya görə həbs edirlər, amma Bakının “göbəyində” korrupsiya babası olan baş redaktora gözünüm üstündə qaşın var deyən yoxdur. Bu rəzalət 20 ildən çoxdur ki, davam edir...

Və son olaraq. Hazırda Əli Həsənov Türkiyədə müalicə olunur. Ona tezliklə sağalmağı və Azərbaycana qayıdıb qanun qarşısında durmağı arzu edirik. Amma Əli Həsənovun rəhbərliyi ilə büdcə vəsaitlərini talamaqla və vəzifə səlahiyyətlərini aşmaqla bilavasitə məşğul olan KİVDF-in vəzifəli şəxsləri - Vüqar Səfərli və Həsən Həsənov Bakıda, qanun qarşısındadırlar... Amma nə qədər ki, qəti imkan tədbiri seçilməyib, Türkiyəyə müalicəyə gedə bilərlər...

Qalib ARİF



пятница, 17 апреля 2020 г.

CƏMİYYƏTƏ BARIŞ LAZIMDIR


C
CƏMİYYƏTƏ BARIŞ LAZIMDIR

Bəli, bu gün cəmiyyətə barış lazımdır. Hazırda de-yure olmasa da, de-fakto fövqaladə vəziyyətdir. Koronovirus təhlükəsi dünyanı silkələyir, hətta düşmənlər, rəqiblər bu qlobal təhlükəyə qarşı birləşir. Bizim cəmiyyətdə də bir bir barış olmalı, hamı çəkicini bir zindana vurmalıdır. Aydındır, hərənin bir çəkici var, amma hərənin bir zindanı olmamalıdır. Hazırda ümumi zindan koronovirus pandemiyasıdır və bütün çəkiclər bu zindana vurulmalıdır.

Fövqaladə vəziyyətlərdə cəmiyyətdə barışa nail olmağın klassik 3 yolu var. Bunun biri koronovirus təhlükəsi və karantin şəraitində hökumətin vətəndaşlara dəstəyidir və bu istiqamətdə konkret işlər gedir. O biri türmələrdə, islah müəssisələrində olan və cəzasının müəyyən hissəsini çəkən məhbusların azad edilməsidir ki, cəmiyyət bunu gözləyir. Yaxın qonşular - İran və Türkiyə artıq təsadüfi cinayət tğrətmiş və cəzasının bir hissəsini çəkmiş 100 minlərlə məhbusu azad edib, Rusiya da bu istiqamətdə müvafiq addımlar atmaqdadır. 

Fikrimcə, bu istiqamətdə birinci məsələ iqtidar-müxalifət mübarizəsinə moratorium qoyulmasıdır. Dünya əksliklərin mübarizəsi və vəhdəti qanunu ilə idarə edilir və hazırda əksliklərin vəhdəti günün tələbidir. Məlum olduğu kimi, iqtidar tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Prezident Aparatında yeni yaradılmış Siyasi Partiyalarla iş şöbəsi müxalifət partiyaları ilə görüşlər keçirir, müəyyən müzakirələr gedir. Amma istər müxalifətdə, istərsə də iqtidarda elə adamlar var ki, bunlar birmənalı olaraq, barış siyasətinə mane olur, faktiki olaraq, yanan ocağa yağ tökürlər. 

Müxalifət cəbhəsində cəmiyyətdə qarşıdurma yaratmaq sahəsində birinci yerdə şübhəsiz ki, AXCP lideri Əli Kərimli gəlir. Bu adam iqtidar tərəfindən dialoq istiqamətində atılan bütün addımları qaralayır, ümumi bəlaya qarşı görülən bütün işləri yamanlayır, sosial şəbəkələrdə qərəzli çıxışları ilə insanları çaşdırır. Aydındır, onun məqsədi bulanıq suda balıq tutmaq və cəmiyyətin bəlalarından siyasi xal qazanmaqdır. Onun üçün məqsədə çatmaq birincidir, vasitələr əhəmiyyət kəsb etmir. Sosial şəbəkələrdə iqtidarı söyən tərbiyəsiz trol şəbəkəsi də bu adamın xidmətidir və ona xidmət edir. Bu sahədə onun sağ əli və cəmiyyətdə barış siyasəti üçün elə onun qədər təhlükəli ikinci adam məlum Qənimət Zahiddir. Şübhəsiz ki, istedadlı jurnalistdir, amma təəssüf ki, öz istedadını tamamilə şər işlərə sərf edir. Bu adam son 20 ildə iqtidarın atdığı müsbət addımların birini də görmək istəmir, görünənləri də qaralamaq niyyətini gizlətmir...

Müxalifətin barışa qarşı üçüncüsü, ən qərəzlisi və səviyyəsizi şübhəsiz ki, naməlum Qurban Məmmədovdur. Naməlum ona görə ki, bu adam məlum Əli Həsənovun siyasi trollarından biri olub. Mətbuata sızan məlumatlara görə, onlar yaxın dost olublar, bir yerdə oxuyublar. Əli Həsəınov illər əvvəl “Yeni Musavat”a verdiyi müsahibədə bu faktı təsdiq edib və hətta Qurban Məmmədov həbsdə olduğu müddətdə kömək etdiyini də deyib.  Şübhəsiz ki, əl tutmaq müsbət haldır və Həzrəti Əlidən qalır, amma fakt da faktlığında qalır. Qurbanı təlimatlandıran, maliyyələşdirən və Londona göndərən də yəqin ki, Əli müəllim olub. Amma Qurban əli pula çatan kimi fmövqeyini dəyişib və dostuna xəyanət edib. Yeri gəlmişkən, “qəhrəmanımız” həddindən artıq tamahkar adamdır, bunu hətta mərhum Elçibəy də bilib və ona heç bir vəzifə verməyib. Necə deyərlər, istədiyi yar idi, yetirdi Pərvərdigar.  Hazırda Qurban Məmmədov Londonda oturub, Dünyada, əsas da Rusiyada yaşayan Azərbaycan diasporunu aldatmaqla və pul yığmaqla məşğuldur.  

Məlum olduğu kimi, iqtidarda təmsil olunan, cəmiyyətdə barış siyasətinə mane olan əsas fiqurlardan biri Əli Həsənov olub. Qəribədir ki, Prezident Aparatının Siyasi-ictimai şöbəsini müdiri olan bu adamın əsas vəzifəsi iqtidar-müxalifət münasibətlərini nizamlamaq və cəmiyyətdə barış yaratmaq idi. Amma o, bu münasibətləri kəskinləşdirən məqalələr yazmaqla və müxalifəti söyüb-yamanlayan trollar hazırlamaqla məşğul idi. Təsəvvür edin,  Qurban Məmmədov, Ata Abdullayev və s. kimi cəmiyyəti qarışdıran trollar Əli müəllimin yetirmələri idi. Əli Həsənov cəmiyyəti qarışdırmaq sahəsində, faktiki olaraq Əli Kərimlinin iqtidarda təmsil olunan prototipi idi. Hətta müxalifət cəbhəsində olunmayan, iqtidara loyal olan hüquqşünas Aslan İsmayılov kimi adamlar da onun hədəfindəydi. Yəni o, qəsdən, ya bilməyərəkdən müstəqil fikirli adamları da  iqtidara qarşı qaldırmaqla məşğul idi. Boş vaxtlarını isə mətbuatın marginallaşdırılmasına və qohum-qardaşının televiziyalarda yerləşdirilməsinə həsr edirdi. Əli Həsənovun istefaya göndərilməsi şübhəsiz ki, cəmiyyətdə barış istiqamətində və yerində atılan addım idi

Düşünürəm ki, Əli Kərimli, Əli Həsınov kimi adamların tribunadan salınması, əllərindən mikrafonların alınması bizim cəmiyyətin xeyrinədir. Ən azı, hazırkı fövqaladə şəraitdə cəmiyyətdə barışa xidmət edir...

Qalib ARİF