вторник, 14 апреля 2020 г.

MÜBARİZİN YERİ GÖRÜNÜR...

MÜBARİZİN YERİ GÖRÜNÜR...
Gürcüstanın "Koronovirus" Fonduna gürcü milyonerlər 30 milyondan çox pul (ABŞ dolları!) keçiriblər. Deyirlər bu pulun 20 milyondan çoxunu məlum gürcü milyarder siyasətçi Bidzina İvanşivili ödəyib. Özbəkistanın Fonduna da özbək əsilli rusiyalı milyarder Əlişir Usmanov 20 milyondan çox vəsait keçirib. Azərbaycanın Koronovirus Fonduna isə, təsdiq olunmamış məlumatlara görə, yəhudi əsilli rusiyalı milyarder Qod Nişanov 2 milyon manat verib. Yaxşı bizimkilər, azəri əsilli milyarderlər harda itib-batıblar?!
Azərbaycanın xaricdə yaşayan imkanlı adamları Gürcüstandan və Özbəkistandan çoxdur: Vahid Ələkbərov var, Araz Ağalarov, İlham Rəhimov var. Mən hələ Azərbaycan matoru ilə işləyənləri, çörəyini yeyb böyüyənləri demirəm. Bu adamların milyardlarla pulu, böyük imkanları var, amma indiyə kimi Azərbaycana, azərbaycanlıya 5 qəpik xeyir (yaralı barmaq məsələsi...) verməyiblər. Onları nə Koronovirus problemi maraqlandırır, nə də xalqın vəziyyəti...
Amma Mübariz Mənsimov azdlıqda olsaydı, Azərbaycanın Koronovirus Fonduna Bidzina İvanşivili və Əlişir Usmanovun birlikdə dəstəyindən daha çox pul keçirərdi. İndi Mübariz dardadır, Azərbaycana əl tuta, kömək edə bilmir. Bəli, dostlar, Mübariz kimi kişilərin yeri indi, Azərbaycanın, xalqın belə dar məqamında daha aydın görünür. Onun şəxsiyyətinin, mərdliyinin miqyası da görünür...
Qalib ARİF

Комментариев нет:

Отправить комментарий