HÖRMƏTLİ
İQTİSADÇI QUBAD İBADOĞLUYA
Dostlar, təəssüflə qeyd etmək istəyirən ki, hazırda Azərbaycanda hətta peşəkarlar həddindən artıq qütbləşib və qərəzləşib, obyektiv məlumat almaq praktiki olaraq, mümkün deyil. Məsələn, mən iqtisadi gündəmi öyrənmək üçün əvvəl Qubad İbadoğluya, sonra onun qardaşı Vüqar Bayramova qulaq asıram. Əldə etdiyim informasiyanı toplayıram, ikiyə bölürəm və obyektiv nəticəyə gəlirəm... Gülməli və ağlamalı deyilmi?!
Xüsusi olaraq vurğulayım ki, Qubad İbadoğlu müxalifət nümayəndələri içində ən tərbiyəli və səviyyəli adamlardan biridir. O, daim konstruktiv təkliflər verməyə, məlum problemlərlə (koronovirus və neftin düşməyi) əlaqədar vəziyyəti düzəltməyə çalışır. Amma bəzən primitiv səhvlərə yol verir. Bir neçə dəfə Yotubda çıxışlarının altında yazmışam, hətta birbaşa zəng etməyə çalışmışam, bir nəticə hasil olmayıb. Odur ki, yazıb çatdırmaq niyyətindəyəm. Deməli, hörmətli iqtisadçı ağır neftlə yüngül (brent) neft arasında fərqi bilmir, bu mövzuda daim səhv edir. Qubad bəy deyir Azərbaycan nefti ona görə bahadır ki, ondan yüksək oktanlı aviabenzin alırlar.
Hörmətli iqtisadçının diqqətinə çatdırmaq istəyirəm ki, XXI əsrdə aviabenzin anlayışı yoxdur. Bu benzinlə XX əsrdə "kukurizniklər" işləyib. Hazırda bütün təyyarələr kerosinlə (lampaya tökülən adi ağ neft), reaktiv təyyarələr isə mazutla işləyir. Azərbaycan nefti (yüngül neft) ona görə baha, Rusiya nefti (ağır neft) ona görə ucuzdur ki, ikincidə kükürdün və parafinlərin faizi yuxarıdır. Deməli, bizim kibritlərin başlığını təşkil edən kükürd atom bombasından daha təhlükəli elementdir. Təsəvvür edin, atom bombası düşən yerdə 100 il heç nə bitmir, amma kükürd düşən yerdə heç zaman heç zad bitmir.
Məsələ ondadır ki, kükürdün bol olduğu ağır neft (Venesuela və Rusiya nefti) daşınma borularını korroziyaya uğradır, benzin şəklində maşın mühərriklərini dağıdır. Parafinlərin çox olduğu ağır neftdən yüksək oktanlı benzin də (95 və 98) almaq olmur. Yüngül nefti isə (Xəzər və Körfəz nefti) daşımaq asandır, bundan yüksək oktanlı benzin alınır, maşın mühərriklərini dağıtmır, ona görə də baha satılır...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий