Dostlar, dəstəkləyin, paylaşın ki, bir nəticə olsun, günahsız insanlar tələf olmasın...
Azərbaycan türmələrində on minlərlə (mən hələ rəsmi rəqəmləri deyirəm) dustaq var. Bunların içində təsadüfən cinayət törədənlər (abtoqəza və s), cəzalarının çox hissəsini çəkənlər, vərəmli, şəkərli xəstələr var. Düşünürəm ki, onların cəmiyyət üçün təhlükə törətməyənləri bu gün azad edilməlidir, sabah gec olacaq.
Bizim türmələrdə onlarla, bəzən yüzlərlə insan bir barakda qalır, bir yeməkxanada qidalanır. Yeni karantin qaydalarına görə isə, 10 nəfərin bir yerdə yığışması qadağandır. Allah eləməsin, yeni
koronovirus türmələrə ayaq açsa (?!), ümuniteti zəifləyənlər, xəstələr bir-iki gündə qarışqa kimi qırılacaq...
İran, Türkiyə, Amerika, Rusiya kimi ölkələr artıq böyuk aministiya elan edir, yüz minlərlə dustaq azad edilib və edilir...
Комментариев нет:
Отправить комментарий