суббота, 18 апреля 2020 г.

BİZ MÜBARİZ MƏNSİMOV ÜÇÜN NƏ EDƏ BİLƏRİK?


BİZ MÜBARİZ MƏNSİMOV ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

Məlumat üçün deyim ki, Gürcüstanın "Koronovirus" Fonduna gürcü milyonerlər 30 milyondan çox pul (ABŞ dolları!) keçiriblər. Deyirlər bu pulun 20 milyondan çoxunu məlum gürcü milyarder siyasətçi Bidzina İvanşivili ödəyib. Özbəkistanın Fonduna da özbək əsilli rusiyalı milyarder Əlişir Usmanov 20 milyondan çox vəsait keçirib. Məlum olduğu kimi Azərbaycanın xaricdə yaşayan imkanlı adamları Gürcüstandan da, Özbəkistandan da çoxdur. Amma onları nə Koronovirus problemi maraqlandırır, nə də xalqın vəziyyəti... Bizim milyarderlər elə bil ki, bizdən deyillər, bizim problemlərə biganədirlər...

Mübariz Mənsimov xaricdı yaşayan yeganə imkanlı azərbaycanlıdır ki, Vətənini, millətini fikirləşir. O, azdlıqda olsaydı, şübhəsiz ki, əlindən gələni edərdi, Azərbaycanın Koronovirus Fonduna Bidzina İvanşivili və Əlişir Usmanovdan daha çox pul keçirərdi. İndi Mübariz dardadır, Azərbaycana əl tuta, kömək edə bilmir. İndi biz ona kömək etməli, əl tutmalıyıq. Kəlam var ki, yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır.

Biz elliklə Mübariz Mənsimov üçün, onun azadlığa çıxması üçün dular edirik. Bu, təbii ki, yaxşıdır, amma kifayət deyi. Hədis var ki, Allah da deyir ki, sizdən hərəkət, məndən bərəkət. Bəli, biz elliklə hərəkət etməliyik, onun məhbəsdən çıxması, ən azı ev dustaqlığına buraxılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət (müraciətin onlayn və birbaşa formaları var) etməliyik.  Azərbaycan Prezidenti, məlum olduğu kimi humanist adamdır, Türkiyə Prezidenti ilə də münasibətləri yaxşıdır.  Düşünürəm ki, biz bu yolla Mübarizə kömək edə bilərik.

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий