HARAM PULLAR
II. Con Rokfeller
Haram pulların ikincisi XX əsrin ən zəngin biznesmeni Con Rokfellerdir. Dostlar, təəccüblənməyin, rəqiblərini aradan qaldırmaqda və haram pulları qamarlamaqda Rokfeller Eskobardan geri qalsa da, öz həmyerlisi, məşhur qanqster Al Paçinonu yəqin ki, qabaqlayar. Bəli, bəli, əlimizi ürəyimizin üstünə qoyub Rokfelleri bütün zamanların və məkanların ən böyük biznes qanqsteri adlandıra bilərik. Amerikada hətta, analar uşaqlarını onun adı ilə qorxudurdular. Sadəcə olar, bu adam öz dühasının gücü ilə qanqster fəaliyyətini qanun pərdəsi altında gizlədə bilirdi...
XX əsrin sonlarında Pablo Eskobar Amerika kokainin 90 faizinə nəzarət etdiyi kimi, əvvəllərində də Con Rokfeller Amerika neftinin 90 faizinə nəzarət edirdi. Onun icazəsi olmadan Amerikada bir nəfər bir barrel neft sata bilməzdi. 1911-ci ilin məlumatına görə, onun yalnız qanuni (banklarda olan) pullarının hesabı 15 milyard dollardan yuxarı idi ki, bu da hazırkı kursla 150 milyard dollardan çoxdur. Təsəvvür edin ki, həmin dövrdə Amerika Konqresinin cəmi büdcəsi 10 milyar dollar civarında idi, yani ki, cənab Rokfeller az qala, ABŞ dövlətindən varlı idi. Bu da ona ölkənin bütün hüquq-mühafizə orqanlarını ələ almağa və qanundan qaçmağa imkan verirdi. Rokfellerin Konqresdə və Senatda yüzlərlə lobbiçi deputatı vardı və bu da ona istədiyini etməyə və hətta istədiyi qanunları qəbul etdirməyə imkan yaradırdı.
Prezident Teodor Ruzvelt bütün bunları bilirdi və Amerika üçün narahat idi. Amerikadan varlı adam Amerika qanunları ilə yaşaya bilməzdi. Amerika isə, məlum olduğu kimi, qanunlar ölkəsidir, qanun hamı üçün qanundur. Beləliklə, 1906-cı ilin noyabrında Ruzvelt Sent-Luis məhkəməsində Rokfellerin Standard Oil neft şirkətinə qarşı iddia qaldırdı. Prezident şirkəti neft inhisarçılığında ittiham edir və onun sahibini ölkənin ən böyük cinayətkarı adlandırırdı. Rokfellerin çox sadə bir üsulu vardı, o, əvvəl öz rəqiblərindən neft biznesini satmağı tələb edirdi. Razılıq olmadıqda, rəqiblərinin müştəriləri ilə (hüquqi şəxslərlə və bütöv dövlətlərlə) separat danışıqlara gedir və neft məhsullarını az qala, iki dəvə aşağı təklif edirdi. Bir ay, beş ay keçir, rəqibi müflis olub sıradan çıxırdı və Rokfeller qiymətləri iki dəfə qaldırırdı...
Teodor Ruzveltin Con Rokfellerlə məhkəmə çəkişməsi hardasa 5 il çəkir. Siz miqyasları təsəvvür edirsinizmi, lap şirlə pələngin mübarizəsinə bənzəyir. Amma şir həmişə şir olduğu kimi, dövlət də həmişə dövlətdir. 1909-cu ildə Sent-Luis məhkəməsi Standard Oilin buraxılması haqqında qərar çıxarır. Rokfeller təslim olmur və daha 2 il mübarizə aparır. Amma yuxarı məhkəmələr də qərarı qüvvədə saxlayır və 1911-ci ildə Standard Oil rəsmən ləğv olunur. Doğrudur, Con Rokfelleri həbs etmirlər, amma onun nəhəng heft şirkətini 38 yerə bölürlər. Bunların ən böyükləri – Ekson, Mobil, Amoko və Şevron indi də fəaliyyət göstərir və heç biri Rokfellerin vərəsələrinə aid deyil. Onlara yalnız banklarda olan 15 milyard dollar (indiki kursla 150 milyard) qaldı və onlar indi də dünyada ağalıq edirlər...
Nə qədər qəribə olsa da, Rokfeller bir dəfə də məhkəmə qərarlarına şərh vermədi və uzun ömrünün axırına kimi sadə pensiyaçı həyatı yaşadı. Deyirlər ölümündən bir az əvvəl, 1937-ci ildə 98 yaşlı Con Rokfeller yaxın dostu Henri Forda deyir ki, biz o dünyada da ayrılmayacağıq, yəqin cənnətdə də bir yerdə olacağıq. Təbiətcə zarafatcıl olan Henri gülür və deyir cənnətdə yox, cəhənnəmdə bəlkə də... Sən elə bilirsən ki, bizim işlərimizi yuxarıda (əli ilə yuxarını göstərir) bilmirlər?!
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий