вторник, 14 апреля 2020 г.

BIR MONQOLLA 10 TÜRK ƏSGƏRININ NAĞILI

BIR MONQOLLA 10 TÜRK ƏSGƏRININ NAĞILI
Yaxşı yadımdadır, Vladimir Yan adlı avara bir rus "yazıçı"sı, onun "Çnigiz xan", "Batı xan" və "Sonuncu dənizə doğru" romanları var, "Üçlük" adlanır. Bu kitabları oxuyanda mən orta məktəbdə idim. İndi dəqiq xatırlamıram, kitabların birində bir epizod vardı, yaddaşımda ilişib qalmışdı. Deməli, 10 əli silahlı türk əsgəri piyada gedir. At üstündə olan bir monqol onların qabağını kəsir. Türk əsgərlərinin birinə əmr edir ki, o birilərin əlini bağlasın. Türk əsgəri növbə ilə sakitcə silahdaşlarınını əl-qolunu bağlayır. Sonda monqol atdan düşür, sonuncu türk əsgərinin də qolunu bağlayır, onunu da atın qabağına qatıb əsir aparır...
Yuxarıda misal gətirdiyim epizod mənə sillə kimi təsir etmişdi, özümə gələ bilmirdim. Üstündən illər keçdi, Bakıda 1988-ci ilin Meydan hadisələri başladı. Mən bu hadisələrin iştirakçısı, meydanlara sığmayan, "Azadlıq" hayqıran və onu qazanan insan ümmanının bir parçası idim. Həmin günlərdə yadıma, Vladimir Yanın uydurmaları, "Bir monqolla 10 türk əsgərinin nağılı" düşdü. Evə gəldim, "Üçlüyü" atamın kitabxanasından götürdüm, balkona çıxdım. Gecənin bir aləmi idi, yağış yavaş-yavaş çiskiləyirdi. Vladimir Yanın kitablarını bir-bir, ləzzətlə 6-cı mərtəbədən həyətə vızıldatdım. Atama bir söz demədim, xətrinə dəyərdi...
Qalib ARİF

Комментариев нет:

Отправить комментарий