Hörmətli dostlar, bu sual yəqin ki, sizin üçün də maraqlı olar. Ən azından 3 milyondan artıq azərbaycanlı kişi (mən hələ qadınları demirəm!) Rusiyada işləyir və ailəsinə çörək pulu göndərir. Bu, indinin özündə ayda milyardlarla dollar pul edir. Mən şəxsən Azərbaycanda elə bir ailə, elə bir nəsil təsəvvür etmirəm ki, onun ən azı 1-2 nümayəndəsi Rusiyada müvəqqəti, ya daimi işləməsin...
Rusiyada hazırda 100 il əvvəlki inqilabi və dəhşətli vəziyyətdir. Ac və işsiz xalq küçələrdədir, koronovirus şəraitində xalqa heç bir dəstək verilmir. Hakimiyyət xalqa kömək etmək, çörək vermək əvəzinə, nəyin bahasına olursa-olsun öz ömrünü uzatmaq niyyətindədir. Bu məqsədlə Konstitusiyanı dəyişir, açıq və gizli yollarla öz rəqiblərini həbs edir, hətta məhv edir. 5 il bundan əvvəl Rusiyanın radikal müxalifət lideri və müasir dünyanın ən işıqlı siyasətçilərindən biri Boris Nemtsov Kremlin 200-300 metrliyində, Moskva çayının üstündə çeçen killeri tərəfindən qətlə yetirildi. Yüzlərlə projektorun işığında, yüzlərlə kameranın qarşısında killer qorxmadan, çəkinmədən bütün dünyada tanınan siyasətçini güllələyir, amma onun yanındakı xanıma (oxu: şahidə) isə, dəymir. Ciz cinayətkarlığın və cəzasızlığın miqyasını təsəvvür edirsinizmi?! Nemtsovdan 5 il daha əvvəl Rusiyada və dünyada tanınan, Avropada kitabları çıxan məşhur müxalfətçi jurnalist Anna Politkovskaya evinin qabağında çeçen killei tərəfindən güllələnmişdi. Kameralar hadisəni və killeri çəkmişdi və göstərmişdi. Amma bu cinayətin də üstü hələ açılmayıb...
Bu gün Rusiyanın avtoritar rəhbərliyinin əsas dayaqlarında biri olan Ukrayna artıq Avropaya üz tutub, NATO-nun üzvü olmaq istəyir. Avropada yeganə avtoritar rejim olan Belarus hakimiyyəti də çökməkdədir. Xabarovsk mitinqləri artıq Belarusa keçib, daha əzəmətlə davam edir. Belarusun daimi prezidenti (oxu: mühərriki) Lukaşenko xalqın qarşısında diz çökür, nə istəyirsiz edim deyir. Rusiyanın Dövlət Dumasında aktivləşən siyasi müxalifət də artıq federal hakimiyyətə qarşı çıxır. Züqanovun, Mironovun, hətta Jirinovskinin sərt tənqidləri daha ucadan eşidilir. Federal hakimiyyət isə pensiya yaşını 65-ə qaldırır və pandemiya şəraitində işsiz və çörəksiz əhaliyə heç bir kömək etmir. Halbuki, Rusiyanın 500 milyarddan çox valyuta ehtiyatları var, amma xalqa vermək istəmir. Bir sözlə, Rusiyanın siyasi hakimiyyətinin vəziyyəti elə ruscadır, nəticələr də çöz önündədir: Prezident Putinin reytinqi son 20 ildə ən aşağı (10-12 %) səviyyədədir...
Və son ştrix... Bu günlərdə Sibirə səfər etmiş məşhur müxalifət lideri Aleksey Navalnı Omsk aeroportunda içdiyi çaydan zəhərlənib və hazırda orda xəstəxanada, komadadır. Artıq Almaniyadan səhiyyə təyyarəsi göndərilib, Avropa Birliyi müxalifət liderini təmənnasız Berlinə aparmaq və müalicə etmək istəyir. Amma Omsk mərkəzi xəstəxanası FTX əməkdaşları tərəfindən zəbt olunub və müxalifət liderini xaricə buraxmaq istəmirlər. Səbəblər Navalnının sözü olmasın, üçdür: 1. Əsas müxalifət liderini Omskda ölməsinə şərait yaratmaq istəyirlər. 2. Onun qəsdən zəhərləndiyin Avropada üzə çıxmasının qarşısını almaq istəyirlər. 3. Rusiya Dövlət Dumasında siyasi müxalifət liderlərini qorxutmaq istəyirlər...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий