понедельник, 10 августа 2020 г.

ŞƏHİD GENERAL


Bir şirin canı vardı, qorumadı
Dedi Vətənə qurbandı general.
İrəli, bir addım geri çəkilmədi,
Dedi qanım da halaldı general.

Anası həmin andaca qocaldı,
Evi, uşağı gözü yaşlı qaldı.
Şəhid qanıyla suvarıldı Vətən
Dostun, düşmənin gözündə ucaldı.

Haqlı intiqam haqdır, Haqdan gəlir
Şəhid generalın səsi yüksəlir:
İntiqam, intiqam, yenə intiqam
Qəbrim yanır, nə vaxt rahat yatacam?!

Vətən oğlu, indi də söz sənindir
Ağlayan uşağın göz yaşı sənin,
Qocalan ananın yüz yaşı sənin,
Şəhid qəlbində yanan köz sənindir...

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий