Düşünürəm ki, maraqlı sualdır, dostlar və mən bu suala qısa cavab verməyə çalışacağam. Deməli, Belorusda növbəti prezident seçkiləri keçirildi və hazırkı dövlət başçısı Aleksandr Lukaşenko mütləq səs çoxluğu ilə (80%) qalib gəldi...
Belarusdakı psevdo-demokratlar və bizdəki ura-patriotlar indi yaxalarını cırırlar ki, seçkilər saxtalaşdırılıb, diktator hakimiyyətdə qalıb və s. Amma rus demiş, kənara çəkilin və həqiqətə imkan verin... Dostlar, məsələ ondadır ki, Belorusda, bütün postsovet məkanından fərqli olaraq, dövlət mülkiyyəti qalır, kolxozlar və sovxozlar saxlanılır. Təhsil də, səhiyyə də Belarus vətəndaşları üçün pulsuzdur, dövlət hesabınadır. Nəticə də göz qabağındadır - Belarus kənd təsərrüfütı məhsulları ilə özünü təmin edir, Avropaya kompyuter texnologiyaları və avadanlıqları ixrac edir. Bir sözlə, Belarus postsovet məkanında sosializmim sonuncu məkanı, Lukaşenko isə sonuncu mogikanıdır...
Bu gün bütün postsovet məkanında ən yüksək həyat səviyyəsi Belorusdadır, hətta Baltikyanı respublikalardan da yuxarıdır. Və bütün bunlar psevdo-demokraların yox, Aleksandr Luxaşenkonun 26 illik əməyinin bəhrəsidir. Buna görə də, xalq müxalifətə yox, məhz Prezidentə səs verir. Axı, xalq üçün işləyən, xalq tərəfindən dəstəklənən Aleksandr Lukaşenkonun adi evdar qadın Svetlana Tixonovskayaya (müxalifətin namizədi) məğlub olması bizim xalq dili ilə desək, "qaravəli" olardı. Təbii ki, psevdo-demokralar Belarusda və bütün Avropada narazı qalırlar, yaxalarını cırırlar. Axı, xalqını düşünən peşəkar siyasətçinin hakimiyyətdən getməsi, evdar qadının gəlməsi onların xeyrinə olardı. Əvvəla sosializmin izlərini postsovet məkanından tamamilə silərdilər, sonra bütün Belarusu özəlləşdirərdilər, satıb pullarını Avropa banklarında yerləşdirərdilər. Onları xalq maraqlandırmır, axı... Rusiyanın, Ukraynanın durumu göz qabağındadır...
Qalib ARİF
Qalib muəllim sabahınız xeyirli olsun! Belarusda nə baş verir? Yazdığınız qısa və konkret cavabınızla tam razıyam. Bu cavab faktlara əsaslanıb yazmısınız.
ОтветитьУдалитьDiqqətinizə görə sağ olun...
Удалить