четверг, 6 августа 2020 г.

İNSAN QUZULAR, QURBAN QUZULAR


 O qədər günahsızsan, əzizim, sən

Nağılda artıq müqəddəsləşmisən.

Ömründə kimsəyə pislik etməmisən,

Bir dəfə bir fikrə zidd getməmisən.

Günahsız, yazıq quzu, yazıq quzu...

 

İldə iki dəfə səni qırxarlar,

Yununu çıxarıb lüt buraxarlar,

Hələ bu harasıdır, lazım gələr,

Şaqqalayıb ağaclardan asarlar.

Günahsız, yazıq quzu, yazıq quzu...

 

İnsan doğulur, böyük bayram olur,

Sən kəsilirsən, şişə çəkilirsən.

İnsan ölür, möhtəşəm matəm olur,

Sən bozbaş kimi süfrəyə gəlirsən.

Günahsız, yazıq quzu, yazıq quzu...

 

Qapı qonağa həmişə açıqdır,

Şərab axır, süfrəyə yaraşıqdır.

Sən lazımsan ortada kabab kimi,

Ya da yekə başlarda papaq kimi.

 Günahsız, yazıq quzu, yazıq quzu...

 

Sənin “qızıl yun”un nağıllardadır,

Qəlbin yarpaq kimi əsir, dardadır.

Canavar bulaqda, yuxarıdadır,

Sən aşağıda su bulandırırsan.

Günahsız, yazıq quzu, yazıq quzu...

 

Nə qədər quzu belə qorxacaqdır,

Qanı su kimi yerə axacaqdır.

Quzu da olsan, bunu qanmalısan,

Yaşamaq üçün buynuzlanmalısan.

Günahsız, yazıq quzu, yazıq quzu...

 

Coban nəğməsi...


Комментариев нет:

Отправить комментарий