Показаны сообщения с ярлыком Jirinovski. Показать все сообщения
Показаны сообщения с ярлыком Jirinovski. Показать все сообщения

пятница, 21 августа 2020 г.

RUSİYADA NƏLƏR BAŞ VERİR?!


Hörmətli dostlar, bu sual yəqin ki, sizin üçün də maraqlı olar. Ən azından 3 milyondan artıq azərbaycanlı kişi (mən hələ qadınları demirəm!) Rusiyada işləyir və ailəsinə çörək pulu göndərir. Bu, indinin özündə ayda milyardlarla dollar pul edir. Mən şəxsən Azərbaycanda elə bir ailə, elə bir nəsil təsəvvür etmirəm ki, onun ən azı 1-2 nümayəndəsi Rusiyada müvəqqəti, ya daimi işləməsin...

Rusiyada hazırda 100 il əvvəlki inqilabi və dəhşətli vəziyyətdir. Ac və işsiz xalq küçələrdədir, koronovirus şəraitində xalqa heç bir dəstək verilmir. Hakimiyyət xalqa kömək etmək, çörək vermək əvəzinə, nəyin bahasına olursa-olsun öz ömrünü uzatmaq niyyətindədir. Bu məqsədlə Konstitusiyanı dəyişir, açıq və gizli yollarla öz rəqiblərini həbs edir, hətta məhv edir. 5 il bundan əvvəl Rusiyanın radikal müxalifət lideri və müasir dünyanın ən işıqlı siyasətçilərindən biri Boris Nemtsov Kremlin 200-300 metrliyində, Moskva çayının üstündə çeçen killeri tərəfindən qətlə yetirildi. Yüzlərlə projektorun işığında, yüzlərlə kameranın qarşısında killer qorxmadan, çəkinmədən bütün dünyada tanınan siyasətçini güllələyir, amma onun yanındakı xanıma (oxu: şahidə) isə, dəymir. Ciz cinayətkarlığın və cəzasızlığın miqyasını təsəvvür edirsinizmi?! Nemtsovdan 5 il daha əvvəl Rusiyada və dünyada tanınan, Avropada kitabları çıxan məşhur müxalfətçi jurnalist Anna Politkovskaya evinin qabağında çeçen killei tərəfindən güllələnmişdi. Kameralar hadisəni və killeri çəkmişdi və göstərmişdi. Amma bu cinayətin də üstü hələ açılmayıb...

Hələ bunlar nədir ki, vəziyyət getdikcə ağırlaşır. Bir ay bundan əvvəl Rusiyanın Xabarovsk Vilayətində xalqın seçdiyi, xalq üçün işləyən qubernator Serqey Furqal FTX əməkdaşları tərəfindən həbs edildi və Moskvaya gətirildi. Onu 2005-ci ildə guya törətdiyi cinayətlərə görə həbs ediblər. Halbuki, bu 15 ili Furqal Rusiya Dövlət Dumasında deputat olub, heç kim onu heç bir cinayətdə ittiham etməyib. Rusiyada və dünyada hazırda Boris Nemtsov qədər tanınan radikal müxalifətçi və video-bloger Aleksey Navalnının fikrinə görə, Furqalın 3 günühı olub: 1. O, qubernator seçkilərində federal hakimiyyətin namizədinə qalib gəlib. 2. Xabarovsk Vilayətinin gəlirlərinin vilayətdə qalmasını istəyir və federal hakimiyyətə xərac vermir. 3. Xalq üçün işləyir və Xabarovsk əhalisi onu sevir. Yeri gəlmişkən, Xabarovskda artıq bir aydan çoxdur ki, Furqalın azad olunması üçün 100 minlik mitinqlər gedir və bu aksiyalar indi bütün Rusiyada davam edir. Federal hakimiyyət və rəsmi mətbuat isə bu aksiyaları görməzdən gəlir.


Bu gün Rusiyanın avtoritar rəhbərliyinin əsas dayaqlarında biri olan Ukrayna artıq Avropaya üz tutub, NATO-nun üzvü olmaq istəyir. Avropada yeganə avtoritar rejim olan Belarus hakimiyyəti də çökməkdədir. Xabarovsk mitinqləri artıq Belarusa keçib, daha əzəmətlə davam edir. Belarusun daimi prezidenti (oxu: mühərriki) Lukaşenko xalqın qarşısında diz çökür, nə istəyirsiz edim deyir. Rusiyanın Dövlət Dumasında aktivləşən siyasi müxalifət də artıq federal hakimiyyətə qarşı çıxır. Züqanovun, Mironovun, hətta Jirinovskinin sərt tənqidləri daha ucadan eşidilir. Federal hakimiyyət isə pensiya yaşını 65-ə qaldırır və pandemiya şəraitində işsiz və çörəksiz əhaliyə heç bir kömək etmir. Halbuki, Rusiyanın 500 milyarddan çox valyuta ehtiyatları var, amma xalqa vermək istəmir. Bir sözlə, Rusiyanın siyasi hakimiyyətinin vəziyyəti elə ruscadır, nəticələr də çöz önündədir: Prezident Putinin reytinqi son 20 ildə ən aşağı (10-12 %) səviyyədədir...

Və son ştrix... Bu günlərdə Sibirə səfər etmiş məşhur müxalifət lideri Aleksey Navalnı Omsk aeroportunda içdiyi çaydan zəhərlənib və hazırda orda xəstəxanada, komadadır. Artıq Almaniyadan səhiyyə təyyarəsi göndərilib, Avropa Birliyi müxalifət liderini təmənnasız Berlinə aparmaq və müalicə etmək istəyir. Amma Omsk mərkəzi xəstəxanası FTX əməkdaşları tərəfindən zəbt olunub və müxalifət liderini xaricə buraxmaq istəmirlər. Səbəblər Navalnının sözü olmasın, üçdür: 1. Əsas müxalifət liderini Omskda ölməsinə şərait yaratmaq istəyirlər. 2. Onun qəsdən zəhərləndiyin Avropada üzə çıxmasının qarşısını almaq istəyirlər. 3. Rusiya Dövlət Dumasında siyasi müxalifət liderlərini qorxutmaq istəyirlər...

Qalib ARİF


четверг, 23 апреля 2020 г.

SƏNƏTİN SƏRKƏRDƏSİ SİYASƏTİN PİYADASINA ÇEVRİLƏNDƏ, JİRİNOVSKİLƏR YARANIR





Yəqin heç kim etiraz etməz ki, Afaq Bəşirqızı peşəkar sənətkar, öz sənətinin ustasıdır. Aktyorluq sənəti onlarda nəsillikcədir, xanımın atası Bəşir Səfəroğlu XX əsr komediya sənətinin sərkərdələrindən biri idi. Düşünürəm ki, bu adam Azərbaycan kimi kiçik bir respublikada doğulmasaydı, milliyyətcə azərbaycanlı və müsəlman olmasaydı, yəqin ki, müasiri Yuri Nikulindən çox irəli gedərdi. Afaq xanım da atasınını sənətini davam etdirir, öz sənətinin sərkərdəsidir. Amma sənətin sərkərdəsi siyasətin siyasətin piyadasına çevriləndə, faciələr yaranır və yaşanır...

  Mən burda mətləbə dəxli var deyə, bir haşiyə çıxmaq, mətləbdən bir az uzaqlaşmaq istəyirəm. Məlum olduğu kimi, Abraam Linkoln Amerikanın ən populyar və insanların qəlbində qalmış prezidentlərindən biri olub. Və bu, yalnız Cənub – Şimal müharibəsində qələbəsinə və Amerikanı birləşməsinə görə deyildi... Bu adamın sadəliyi onun dahiliyinin göstəricisi idi. O, bizim şah Abbas sayağı “çarıqlar”ını da  “taxt”ın qabağından asırdı ki, kim olduğu yadından çıxmasın. Deyirlər Linkolnun bir uşaqlıq dostu olub, hətta Amerika Prezidenti olduqdan sonra da onu yaddan çıxarmayıb, daim yanına məsləhətə çağırıb. Bu hadisəni də Linkolnun həmin dostu, onun ölümündən sonra mətbuata danışıb...

Deməli, Linkoln Cənub – Şimal müharibəsinin sona çatdığı, Amerikada quruculuq işlərinin başlandığı bir vaxtda dostunu yanına dəvət edir. Dostu deyir axşam saatları idi, mən qəbul otağında Amerikanın məşhur dram aktyorlarından birini gördüm. Abraam Linkoln dostu ilə səmimi görüşür, amma dostu hiss edir ki, kefi yoxdur. Maraqlanır ki, nə olub, nə məsələdir? Linkoln əli ilə qapını göstərir, soruşur ki, hələ ordadır? Dostu sözsüz başa düşür, deyir mən gələndə qəbul otağında idi, gözləyir. Linkoln dərindən ah çəkir və məsələyə aydınlıq gətirir...

Deyir mən Nyu Yorkda olanda həmin bu aktyorun ifasında Şekspirin “Hamlet” faciəsinə baxdım. Düzü bu aktyorun sənəti məni riqqətə gətirdi, düşünürəm ki, şahzadə Hamletin özü də öz rolunu ondan yaxşı oynaya bilməzdi. Mən çox təsirləndim və Vaşinqtona qayıtdıqdan sonra öz hisslərimi məktuba köçürdüm. O, təcili cavab məktubu göndərdi və təşəkkür etdi. Mən sevindim və güman etdim ki, bununla da bizim xoş tanışlığımız başa çatdı. Amma o, yenidən yazdı və onu qəbul etməyimi xahiş etdi. Mən razılaşdım və imkan olmasa da, vaxt ayırdım... O, gəldi və məndən ağlagəlməz xahiş etdi... Mən xətrinə dəymədim, dedim gedin, biz fikirləşərik... İndi “Hamlet” yenidən qəbul otağında gözləyir və onu İngiltərədə Amerika səfiri təyin etməyimizi xahiş edir...

Bəli, dostlar sənətin sərkərdəsi siyasətin piyadasına çevriləndə, Jirinovskilər yaranır. Jirinovski də böyük sənətkardır, Rusiyada Yuri Nikulin qədər populyardır. Hətta onun çıxışlarının video-kassetlərini yayırlar, yaxşı satılır və Jirinovski də bundan yaxşı qazanır. Artıq onlarla belə kaset var, “Jirik – 1”, “Jirik – 2” və s. adlanır. Amma Jirinovski sənətin sərkərdəsi olduğu kimi, siyasətin də piyadasıdır. Deyirlər Rusiyada onun seçiciləri yoxdur, yalnız tamaşaçıları var. Afaq Bəşir qızı da nə qədər ki, sənətdə idi, xalq artisti - sərkərdə idi. Sonra siyasətə gəlmək, deputat çeçilmək istədi və siyasətin piyadasına çevrildi. Bu da artıq-əskik danışmaqla, faktiki olaraq, öz adını batırmaqla, hətta televiziyalarda ana söyüşü yaymaqla nəticələndi. Siyasətə gəlməyin Jirinovski məktəbi deyilmi?!

Qalib ARİF