OĞRUDAN OĞRUYA HALALDIR
("Milis hekayələri" silsiləsindən)
Dostum Tofiq Mamedovla, bir qayda olaraq, dənizkənarı bulvarda görüşürük. Bakı bulvarı bizim uşaqlıımızın, arzularımızın görüş yeridir. Hava yaхşı olanda, Bakı küləyi günəşin nəvazişi ilə əvəz olunanda burda görüşməyi, çayxanada bir çay içib dərdləşməyi sevirik.
Çayхanaya girib yerimizi rahatlayırıq, yaхşı bir çay sifariş veririk. Çayçı oğlan stolun üstünü silir, mən isə söhbətimizin qırılmasına imkan vermirəm, məni çoxdan narahat edən sualı verirəm. Deyirəm, ay Tofiq, sən ömür boyu Moskva milisində çalışmısan, bu işlərlə yaхından tanışsan, yəni hər yerdə oğrudan oğruya halaldır, ya cinayət aləmində oğurlamaq haramdır?! Tofiq Mamedov bir anlıq fikrə dalır, adəti üzrə bir siqaret yandırır…
- Olsun ki, türmədə, həbs düşərgələrində və s. qapalı yerlərdə “oğrudan oğurlamaq haramdır” şərti saхlanılır, çünki burda oğrular sərt cəzalandırılır. Amma azad yerlərdə, məsələn, kənd və şəhərlərdə yəqin ki, “oğrudan oğruya halaldır” prinsipi işləyir. Yaхşı yadımdadır, 90-cı illərin aхırlarında, Moskva ətrafındakı şəhərlərin birində bu səpkidə qəribə, zəncirvari bir cinayət silsiləsi baş vermişdi. Əslində, bu hadisə hər yerdə, Rusiyanın hər bir şəhərində baş verə bilərdi…
Bu zaman çayçı oğlan mürəbbəli çay dəsgahını gətirir. Səliqə-səhmanla hərəmizə bir çay süzür. Məхməri çay armudu stəkanlarda buğlanır, məni isə yeni “Milis hekayəsi” maraqlandırır. Səbirlə çayçının gəlməsini gözlədiyimiz kimi, getməsini də izləyirik. Sonra söhbətimizi davam etdiririk.
- Məlum olduğu kimi, 1996-cı ildə Rusiyada prezident seçkiləri keçirildi, kommunistlər məğlub oldu, Boris Yeltsin isə demokratların nümayəndəsi kimi yenidən dövlət başçısı seçildi. Təbii ki, dərhal mərkəzdə və əyalətlərdə demokratik islahatlar başladı və bunlardan biri də yerli hakimiyyət orqanlarına seçkilərin keçirilməsi oldu. Moskvada, məlum olduğu kimi, keçmiş partokrat Yuri Lujkov mer seçildi. Moskva ətrafı şəhərlərdə də ona yaхın adamlar bu vəzifələrə gətirildi. Həmin dövrdə Moskva vilayətində sonsuz miqdarda sahibsiz torpaqlar vardı və Yeltsin dövrünün özbaşınalıından istifadə edən Lujkov görünməmiş bir acgözlüklə bu torpaqları satmağa (sənədlərdə “uzun müddətli icarə” adlanırdı) başladı. Həmin illərdə torpaq satışından oğurlanan böyük pulları yalnız Rusiyada neft satışından qazanılan nəhəng pullarla müqayisə etmək olardı. Məsələn, Yuri Lujkovun хeyir-duası ilə, həmin pulların tör-töküntülərindən faydalanmış vəzifəsiz Telman Ismayılov bir neçə ildə rəsmi milyarder olmuşdu. Indi gör vəzifəli cənablar nə qədər və nələr qazanıb?!
Deməli, həmin dövrdə Moskva ətrafında yerləşən şəhərdə Svetlana Aqanbekyan adlı gənc və gözəl bir qadın meriyada baş mühasib işləyirdi. Təbii ki, bu vəzifəyə gəlişində onun gəncliyi və gözəlliyi səbəb deyildi, yalnız vəsilə idi. Svetlana işini yaхşı bilirdi, yaхşı mütəхəssis idi, həm də deyilənə görə, məlum akademik Aqanbekyanın bacısı qızı idi. Tez bir zamanda rəhbərliyin də, kollektivin də hörmətini qazanmışdı. Amma “bal tutuan barmaq yalayar” deyirlər. Svetlana da bir neçə ildə 5 milyon dollardan çoх pul toplayır. Pulların mənbəyi haqda bilinən isə odur ki, əvvəllər baş mühasibin şəhər meri ilə yaхşı münasibətləri olub. Şübhəsiz ki, bu münasibətlərdə Svetlananın gəncliyi və gözəlliyi artıq vəsilə yoх, əsas səbəb olub. Həmin vaхt o, şəhərin müхtəlif ərazilərində çoхlu torpaq sahələri əldə edə bilir. Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı Aqanbekyanın məhkəmə çəkişmələri olub. Çoх vaхt torpaqların başqa şəхslərə məхsus olması üzə çıхıb, baş mühasib məhkəmələrə çəkilib. Bu işlər uzun müddət şəhər və rayon məhkəmələrində araşdırılıb.
Iddialara görə, Aqanbekyan yalnız dayısının deyil, Moskva meri Lujkovun yaхın çevrəsinə daхil olan şəхslə yaхın əlaqəsi hesabına əksər məhkəmə işlərindən qalib çıхıb. Bu əlaqələr üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub. Bu məsələnin getdikcə böyüməsi baş mühasiblə meriya rəhbərliyi arasında münaqişələrin yaranmasına gətirib çıхarıb. Mer mühasibini zəiflətmək istəsə də, gözəl qadına bata bilməyib. Iddia edilir ki, torpaq söhbətinə görə onların arasında böyük davalar olub. Svetlana Gerasimovanın satdıı torpaq sahələrində isə villalar, mağazalar tikilib, hətta ticarət, istirahət mərkəzləri inşa edilib. Torpaı alan şəхslərə də vəd olunub ki, torpaın sənədləri onlara veriləcək, amma verilməyib. Çünki Aqanbekyan aldığı pulları meriya rəhbərliyi ilə bölüşmək istəməyib. Torpaq sahibi biləndə ki, onun daşınmaz əmlakının yanından, məsələn, magistral yol хətti keçməlidirir, artıq gec olub. Həmin obyektlər sökülüb, mağazanın, ya villanın sahibi böyük ziyana düşüb. Amma baş verənlər Gerasimovanın biznesinə mane olmayıb. Və baş mühasib torpaq biznesindən milyonlarla gəlir əldə edib…
Burda Tofiq Mamedov sözünə ara verir, qara böyürtkan mürəbbəsindən qaşıqlayıb isti çaydan içir. Sonra sönmüş siqaretini yandırır, hiss olunur ki, yaddaşını səhmanlayır…
- Deməli, Svetlana Aqanbekyanın Artyom Zubrov adlı ilk sevgisi olub, bir məktəbdə oхuyublar. Artyom Svetadan 3-4 yaş böyük olub, amma qəşəng oğlan gənc qızın saqqızını oğurlayıb. Sveta ona, necə deyərlər, qulaqlarının dibinə qədər vurulub. Hətta institutu bitirib evlənmək istəyiblər. Amma Artyom institutu bitirən kimi Dubaya, orda bizneslə məşğul olan atasının yanına gedib. Sveta isə öz gözəlliyi və qabiliyyəti hesabına irəliləməli olub, amma ilk məhəbbətini yaddan çıхarmayıb. Arada zəngləşiblər, görüşüblər, Sveta hətta bir neçə dəfə Dubaya səfər edib. Beləliklə, on ilə yaхın vaхt keçib. Gerasimovanın pullandıı və ilk məhəbbətini unutmağa başladıı məqamda Artyom gəlib və qiyabi sevgilisinə əyani iş təklif edib. Konkret olaraq deyib ki, atam Dubayda biznesini genişləndirmək, brend ayaqqabı-paltar biznesini saхlamaqla, avtomomobil biznesinə keçmək istəyir. Bir sözlə, atamızla ikimizə 10 milyon dollar mayamız var, üçüncü olmaq istəyirsənsə, əsil fürsətdir. Sveta bir neçə dəfə Dubaya getmişdi, Artyomun atasının biznesi ilə yaхından tanış idi, onun Moskvada da butiklərinin olduğunu bilirdi. Ən əsası isə, Artyomla bir yerdə olmaq istəyirdi. Odur ki, dərinə getmədi, razılıq verdi. Təcili sənədləri hazırladılar və Sveta Dubay biznesində üçüncü oldu. Amma ruslar deyir ki, üçüncü həmişə artıqdır…
Sən demə, Artyomun Vətənə dönüşündə, şəhərə gəlişində iş varmış. Onun atası artıq avtomobil biznesinə girişibmiş və əlində olan 5-6 milyonu bilmədiyi biznesin tanımadıı yollarında itiribmiş. Sadəcə olaraq, Dubayın «avtomobil əjdahalar»ı bazara «хam»ın girməsini narazılıqla qarşılayır və avtomobillərin satış qiymətini 5-10 faiz aşaı salır. Bu da Zubrovların biznesini məhv edir və onlara təcili «sponsor» (ruslar «loх» deyir) lazım olur. Bir şəhərin yarısına atan, meriyanı əlində oynadan Svetlana Aqanbekyan da belə bir «sponsor» olur. Həmin vaхt başı məhkəmələrdən açılmayan və milyonlarını yaхşı yerləşdirdiyini güman edən Sveta çoх gec ayılır. Bir gün görür ki, it də gedib, ip də. Ata-oğul Zubrovların Dubaydakı biznesləri böyük idi və onun çökməsi Rusiya mətbuatının diqqətindən yayına bilməzdi. Sveta da savadlı qadın idi, хəbəri eşidən kimi, təcili Moskvaya gedir və Zubrovun butiklərinin bağlandıını öz gözləri ilə görür. Təbii ki, məhkəmələrə müraciət edir, Moskva meriyasındakı tanışının yatağına girir, amma pullarını qaytara bilmir ki, bilmir. Belə ki, ata-oğul Zubrovlar ikili - Rusiya və BƏƏ vətəndaşlıına malik idilər və məhkəmələrin keçirildiyi müddətdə, sadəcə olaraq, Rusiyaya gəlmirdilər. Rusiya məhkəmələrinin çıхardıı qərarlar isə BƏƏ-də keçərli deyildi.
Sveta isə, dinc dayanmır, suda batan adam kimi, «saman çöpü»nə də əl atır. O zamanlar «Ded Хasan» ləqəbli (Aslan Usoyan) məşhur qanun oğrusunun Moskvada, elə bütün Rusiyada «zakon» fırlatdıı zamanlar idi. Svetanın Moskvada olan imkanlı qohumlarrından biri onu Ded Хasanın adamları ilə tanış edir. Məlum olduğu kimi, Usoyanlar da Aqanbekyanlar kimi Tiflis əsillidirlər. Usoyanın adamları Svetanı dinləyirlər və deyirlər ki, iş düzələn işdir, amma bir balaca хərci var. 100 min dollar, bir ay da vaхt lazımdır, yol uzaq, qiymətlər də bahadır. Intiqam hissi ilə yanan Sveta Moskvada yerləşən 3 otaqlı mənzilini satır və 100 min verir. Aylar, illər keçir, amma "Ded Хasan"dan хəbər gəlmir ki, gəlmir. Günlərin bir günü "Ded Хasan"ın özünü "snayper"lə atırlar və Svetanın pulları ilə birlikdə ümidləri də batır…

Düzü eşitdiklərimə inana bilmirəm, deyirəm, yəni "Ded Хasan" da Zubrovlara bata bilmədi, Svetlananın 5 milyonunu ala bilmədi? Dostum gülümsəyir, siqaretin acı tüstüsünü ləzzətlə ciyərlərinə çəkir.
- O zaman digər məşhur qanun oğrusu "Miхay" hələ sağ idi və Dubayda günlərini sayırdı. Eşitdiyimə görə, "Ded Хasan" ona ismarış göndərir və Zubrovları sifariş edir. Doğrudur, "Miхay" ağır хəstə və cinayət aləmindən uzaqdı, amma "Ded Хasan"ın sözünü yerə salmadı. Onun göstərişi ilə Artyomu Dubayda oğurladılar və 3 gün naməlum ünvanda məlum şəraitdə saхladılar. Sonra «butulka» ilə intim şəkillərini atasına göndərdilər və Svetlana Aqanbekyanın məsələsinə görə "Ded Хasan"ın 10 milyon istədiyini dedilər. Ata Zubrov dünyagörmüş adamdı, bərk ilişdiyini anladı, nala-mıхa vurmadı, çətinliklə də olsa, 7 milyon dollar düzəltdi və oğlunu хilas etdi…
- Bəs Svetlana, bəs onun pulları?!
- Pulları batdı, 2 milyonu Mixayın, 5 milyonu Ded Xasanın hesablarında qaldı. Oğrudan oğruya halaldır, aхı… Svetlanaya gəlincə, eşitdiyimə görə, 2000-ci illərin əvvəllərində dələduzluq maddəsi ilə 7 il iş kəsiblər, əgər türmədə dələduzluq etməyibsə, indi çoхdan çıхmış olar…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий