пятница, 3 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR III

Dostumuz, sirdaşımız, qələmdaşımız

«Mü­qəd­dəs kitablar­da de­yi­lir ki, Al­lah in­sa­nı çox se­vir, özü­nə­ox­şar, öz ob­ra­zın­da ya­ra­dır. Hə­ya­tı­nı ya­şa­maq, öz zir­və­si­nə ucal­maq üçün hər şey ve­rir. Odуr ki, in­sa­nın ta­le­yi alın ya­zı­sı­dır de­yir­lər. In­sa­n Al­la­hın ne­mə­ti olan ata­-a­na­nın hi­ma­yə­sin­də dün­ya­ya göz açır, bö­yü­yür, bo­ya-­ba­şa ça­tır. Al­la­hın ver­gi­si olan ağıl - ka­mal sa­yə­sin­də uca­lır, hə­ya­tda la­yiq ol­dу­ğу ye­ri alır. In­sa­nın hə­yat­da özü­nün qa­zan­dı­ğı, ol­sуn ki, alın ya­zı­sın­da ol­ma­yan, am­ma qis­mə­ti olan ne­mət onуn dost­la­rı olur. Əgər in­sa­nın yax­şı dost­la­rı var­sa, on­la­rın eti­ba­rı­nı qa­za­nıb­sa, onу yen­mək, məğ­lub et­mək müm­kün de­yil. Al­lah­dan baş­qa heç ki­min ona gü­cü çat­maz». 

Yaddaşımdan bу fikirləri oxуyanda dostуm Əlsəfa Həsənovun mehriban, nurlu siması gözlərim önündə canlanır. Dostumuz, qardaşımız Ziyəddin Sultanovun bir deyimini xatırlayıram: Əlsəfa jurnalistlər içində ən yaxşı jurnalist, talışlar içində ən yaxşı talışdır. Doğrudan da, Əlsəfa həm yaxşı insandır, həm gözəl qələm sahibi, həm də əsl dostdur…

Əlsəfa Həsənov dəqiq elmlərin nümayəndəsi, BDU-nun mexaniki-riyaziyyat fakultəsinin yetirməsidir. Xarakterində, xasiyyətində olan dəqiqlik də yəqin burdandır. Söz sənətinə həvəs onda orta məktəb illərində yaranıb. Ilk məqaləsi «Bolluq uğrunda» (indiki «Lerik») qəzetində çap olunub. Bakı Dövlət Universitetində təhsil alarkən çoxtirajlı «Lenin tərbiyəsi uğrunda» (indiki «Bakı Universiteti») qəzetində ədəbi işçi (1976 - 1979) işləyib. Universitetin 20 min nəfərlik tələbə kollektivi arasında əyani şöbədə oxuya-oxuya (və riyaziyyatçı ola-ola), qəzetdə müxbir işləmək hər tələbəyə nəsib olmurdu. 

Ə.Həsənov işgüzarlğı, peşəsinə vurğunluğu, səmimiliyi ilə irəli gedirdi. «Salam» qəzetinin cənub bölgəsi üzrə xüsusi müxbiri işləyəndə də obyektiv mövqeyi, kəsərli sözü ilə seçilirdi. Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar yerli əhalinin narahatçılığını, üzləşdiyi problemləri operativ işqlandıran ilk jurnalistlərdən biri idi.

Əlisəfa artıq 14 ildir ki, «Respublika» qəzetinin cənub bölgəsi müxbiri kimi tanıyırlar. Qəzetdə bölgəni əhatə edən rayonların sosial-iqtisadi, mədəni həyatı, qurub yaradan zəhmətkeş insanları, nüfuzlu ziyalıları, elm xadimləri haqqında yazıları müntəzəm dərc olunur. Onunla tanışlığımız, dostluğumuz da «Xalq qəzetinin» bölgə müxbiri işlədiyim dövrə təsadüf edir. Həmin dövrdə Lənkəranda bölgə müxbri çox idi (a-dan z-yə qədər), amma Əlsəfa hər şeydən əvvəl savadlı bir ziyalı, əqidəli bir insan kimi diqqətimi cəlb etdi. Sonra tanışlığımız dostluğa çevrildi, onun özü və yaradıcılığı ilə yaxından tanış oldum. Xalqımızın böyük oğlu Heydər Əliyev haqqında qələmə aldığı məqalələri maraqla oxuyurdum. Azərbaycan Prezidenti Ilham Əliyevin Lənkəran səfərlərinə həsr olunan və oxucular tərəfindən maraqla qarşılanan «Lənkəran Heydər Əliyev siyasətinin işığında» kitabı isə (tərtibçi Əlsəfa Həsənovdur) xüsusilə diqqətimi cəlb etdi. Onun sadə dili, iti məntiqi, faktları vaxtında tapması və yerində istifadə etməsi məni valeh edirdi. 

Əlsəfa bir jurnalist, yaradıcı insan kimi daim axtarışdadır. 1919-cu ildə ADR tərəfindən Lənkərandan Almaniyaya ali tibb təhsili almağa göndərilmiş Nüsrət Rzayev haqqında çoxlu fakt toplayıb onu Respublika oxucusuna tanıtdırmışdır. Keçmiş SSRİ Elmlər Akademiyasının (sonralar Rusiya Elmlər Akademiyasının) ilk həqiqi üzvü olmuş həmyerlimiz, akademik, tibb xidməti general-mayoru, SSRI Səhiyyə Nazirliyinin Tibbi diaqnostik aparatların hazırlanması və koordinasiyası şöbəsinin rəisi mərhum Vaqif Nağıyev haqqında ilk silsilə məqalələrin müəllifi də Əlisəfa Həsənovdur. O, ağsaqqal ziyalı, tədqiqatçı alim, gözəl şair Mirhaşım Talışlının «Dedim ki, sözüm qala», Bakı Dövlət Universitetinin professoru Xudaverdi Qənbərovun «Sağlam yaşamağın sirləri», tədqiqatçı-jurnalist mərhum Gülməmməd Məmmədzadənin «Lənkəran mahalının sərkərdələri» kitablarının tərtibçisi və redaktorudur. «Yaşadan yaşayır» adlı ilk kitabını tanınmış uroloq-həkim Rauf Mehdiyevin qısa və mənalı ömür yoluna həsr etmişdir.

Əlsəfa Həsənov Lənkəranın ictimai-siyasi və mədəni həyatında işgüzar, fəal mövqeyi ilə seçilmiş, dəfələrlə Lənkəran Şəhər partiya komitəsinin, Şəhər komsomol komitəsinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Lənkəran Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmiş, Şəhər sovetinin plan, maliyyə, büdcə daimi komissiyasına rəhbərlik etmişdir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə «Nailiyyət» və «Qızıl qələm» mükafatlarına layiq görülmüş, Lənkəran Şəhər Icra hakimiyyətinin «Dəmirağacı» mükafatı və Fəxri fərmanları ilə təltif olunmuşdur.

Lənkəran Şəhər Icra hakimiyyətinin azad sözün inkişafına, mətbuat işçilərinə qayğısından razılıqla söhbət açan həmkarımız bundan sonra da böyük məsuliyyətlə işləyəcəyini, oxucuların qəlbinə yol tapan yazılara imza qoyacağını bildirir. Dəfələrlə Məşhəd və Əshabi-Kəhf (Naxçıvan) ziyarətgahlarında olmuş həmkarımızın arzularından biri də Həcc ziyarətinə getməkdir. 

Əlsəfa həm də gözəl ailə başçısıdır, iki oğlu, bir qızı var. Övladları ariıq ali təhsi alıb, müstəqil həyata atılıblar. «Prokuror» adlandırdığı qız balası isə daim dilində və diqqətindədir. Bir dost kimi Əlsəfaya, onun oğul-qız balalarına ailə xöşbəxtliyi arzulayıram. Düşünürəm ki, 60 yaş az deyil, ömrün zirvəsidir - gəncliyin qocalığı, qocalığın gəncliyidir. Deməli, Əlsəfa yarım əsrdən çoxdur ki, bu yolu gəlir, gələ-gələ yüksəlir…

Qalib ARIF

Комментариев нет:

Отправить комментарий