четверг, 30 июля 2020 г.

OĞLUMA NƏSİHƏT



Oğul, qurban dilinə, 
Möhkəm bağlan elinə.
Vətən səni ucaldar, 
Qürbət səni qocaldar.

“Vətən mənə neyləyib?!”
Cahillər belə deyib.
“Vətən, mən neyləmişəm?”
Deməlisən daim sən.

Oğul, getmə elindən,
Qorxma axan selindən.
Ya şəhid ol, ya qazi, 
Vətən torpağında sən.

Əzizinəm gözəldir,
Bakı, Təbriz gözəldir.
Azərbaycanın canı 
Oğul, bu birlikdədir.

Əzizinəm yer eylər,
Mərdlər səni ər eylər.
Namərdlərə qoşulma,
Səni biabır eylər.

Əzizinəm bəyənsin,
Bülbül gülü bəyənsin.
Bəyənmə öz-özünü,
Qoy, səni el bəyənsin.

Əzizinəm gedəndir,
Ata gəlib-gedəndir.
Ananı başda saxla,
Bacılardan ayrılma.

Əzizinəm, qaldırma,
Səsini çox qaldırma.
Plovu yalqız yeyib
Yükünü tək qaldırma.

Əzizim, bar gətirər,
Oğul, qız bar gətirər.
Qızı sevməmək olmaz, 
Evə bahar gətirər.

Əzizimsən qızıl dən,
Dəniz coşmaz ləpədən.
Dağlara söykən, oğlum,
Arxa olmaz təpədən.

Əzizimsən, de “bəli”,
Uyma sardan təsəlli.
Tanı qara qarğanı,
Qartalın yeri bəlli.

Əzizim, başdan çıxar,
İxtira başdan çıxar,
Ağıl sahibi olsan,
Çörəyin daşdan çıxar.

Əzizim mənsiz gülməz,
El-obam sənsiz gülməz.
El yandıran ocağı
Dünya söndürə bilməz...

Arif Rəhimli
(Atamın şerləri)

вторник, 28 июля 2020 г.

İNSANIN HƏYATINI DƏYIŞƏN KƏLAMLAR II


Dostlar, müdrik insanlar və müdrik kəlamlar haqqında söhbətimizi davam etdiririk. Bəli, zamanların və məkanların sınağından çıxan elə kəlamlar var ki, insana mayak kimi yol göstərir, sözün əsl mənasında, həyatını dəyişir... Bu kəlamlar dahilərin işığı ilə yaranır, əsrlərin şanəsi ilə daranır, kitabların vasitəsilə gəlib bizə çatır...

Söhbətə yenidən Konfutsi ilə başlamaq istəyirəm. Qeyd edim ki, bu həm tarixi, həm də məntiqi ardıcıllıqdan irəli gəlir. Konfutsi eramızdan 550 il əvvəl yaşamış qədim Çin filosofu, mütəfəkkiri, sözün əsl mənasında, peyğəmbəridir. O, Şərqdə ilk Universitet yaratmış, özünün məktəbi olmuş adamdır. Konfutsi ideologiyası 2500 il ərzində Çinin rəsmi dövlət ideologiyası olmuş və XX əsrə qədər gəlib çıxmışdır. Konfutsi həm də öz kəlamları, aforizmləri ilə məşhurdur. Mübaliğəsiz demək olark, bütün zamanların və bütün insanların ən gözəl, mənalı, ibrətamiz kəlamları məhz Konfutsiyə məxsusdur. 

Düşünürəm ki, Konfutsinin insana ən çox təsir edən, dünyagörüşünü dəyişən kəlamlarından biri budur: Yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır. Doğrudan da, müqəddəs kitablara yazılası, ilahi bir kəlamdır. Ətrafınıza diqqət etsəz, tarixləri vərəqləsəq görərsiz ki, insanların əksəriyyəti qaranlığı söyməklə məşğul olub. Tək-tək şam yandıranlar da peyğəmbərlər, ya da qəhrəmanlardır, yəni ya ilahi, ya da xəlqi missiya daşıyanlardır. Başa düşürəm, hər adam peyğəmbər, ya qəhrəman ola bilmir, amma Konfutsinin vəsiyyətini eşitmək, hərəyə bir şam yandırmaq, qaranlığı qovmaq ki olar...

Mənə ən çox təsir edən, həyatın eniş-yoxuşlarında əlimdən tutan kəlamlardan biri də Həzrəti Əliyə məxsusdur. Məlum olduğu kimi, Həzrət yalnız İslamın deyil, ümumilikdə, insanlığın ən işıqlı adamlarından biridir. Təsəvvür edin, məşhur Xristian alimlərindən biri etiraf edir ki, İsanı Əlidən üstün tutmağa mənə vicdanım, Əlini İsadan üstün tutmağa isə dinim imkan vermir. Yəni, xristian alimi faktiki olaraq, Həzrəti Əlini peyğəmbər səviyyəsinə qaldırır. Həzrəti Əli isə deyir ki, siz heç zaman sözü üzə deməyin, yerə atın, yiyəsi gəlib özü tapacaq. Həzrətdən min il sonra yaşamış Amerika sosioloqu və psixoloqu Deyl Karnegi bu məntiqin əsasında “İnsanların etibarını və dostları necə qazanmalı” adlı kitab yazır və dünya şöhrəti qazanır. Kəlamın məntiqi isə belədir: Sözü ünvanlı, üzə deyəndə dərhal düşmən qazanırsan, sözün də yerdə qalır. Sözü ünvansız deyəndə, yerə atanda isə, düşmən qazanmırsan, yiyəsi gəlib tapır və yerdən qaldırır...

Nəhayət, mənə ən çox təsir edən üçüncü kəlamın müəllifi məşhur filosof Karl Marksdır. Həmişə düşünmüşəm ki, Allah Marksı Peyğəmbər yaratmaq istəyib, istedaddan, işıqdan, xarizmadan yox deyincə verib. Amma sonda fikrini dəyişib, yəqin dahinin ehtiraslarını, emosiyalarını cilovlamaq istəməyib. Karl Marksın yaxın dostu Fridrix Engels də deyib ki, Marks dahidir, mən onun beynini insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan gəmiyə bənzədərdim... Bəli, Marks gözəl şair, mahir rəssam, böyük alim, bəşərin dahi filosoflarından biri olub. Dahi Marks deyib ki, tənqid edə bilmədiyin insanı tərif etmək ən böyük şərəfsizlikdir.  Bəli, Marks bircə kəlamla bütün zamanlara və insanlara qənim kəsilən yaltaqlığı və yaltaqları ifşa edir... Bizlərə isə dahinin fikrini eşitmək və əməl etmək qalır...

Qalib ARİF

İNSANIN HƏYATINI DƏYIŞƏN KƏLAMLAR I


Dostlar, zamanların, insanların elə müdrik kəlamları, pritçaları var ki, bizim həyatımızı dəyişməyə, düzgün istiqamətə yönəltməyə, hətta səhvlərimizi düzəltməyə qadirdir. Mən də bu barədə danışmaq, kəlamlardan başlamaq istəyirəm. Tarixi ardıcıllığı gözləmək niyyətindəyəm...

Mənə ən çox təsir edən, gündəlik həyatımda bir “yol göstərici”yə çevrilən kəlamlardan biri, bəlkə də birincisi eramızdan əvvəl yaşamış, məşhur Çin filosofu (oxu: Peyğəmbəri) Konfutsiyə aiddir. Konfutsi deyir ki, “Aşağıdan axan çaylar böyük olur”, Əslində doğrudan da, belədir, yuxarıdan axan dağ çayları qışqıra-qışqıra, coşa-coşa axır, bəzən heç gedib düzə çatmır. Aşağılarda, düzənlərdə isə çaylar səssiz, lal axır, bütün sular, çaylar da onlara qarışır. Aşağıdan axan çaylar daha da böyüyür, amma səsini çıxarmır, sakitcə axır, dənizə qədər gedib çatır.

Təbii ki, bu, məsələnin görünən tərəfidir. Böyük filosof çaylardan yox, insanlardan danışmaq istəyir. Bizə deyir ki, insan nə qədər sadə, təvözəkar olarsa, nə qədər aşağıdan axarsa, bir o qədər böyük olar. Ətrafında dostlar, qohumlar, yaxınlar da çox olar...

Mənə çox güclü təsir edən, həyatımı dəyişən ikinci kəlamın müəllifi Həzrəti İsa Peyğəmbərdir. Peyğəmbər buyurur ki, “Yaxşıdan yaxşını axtarmaq lazım deyil”. Əslində sadə görünən bu kəlamın arxasında dağ boyda məna dayanır, odur ki, əsrlərin, minillikləri aşır, gəlib bizə çatır. Həzrət bizə yoxun dalınca qaçmamağı, vara qane olmağı, şükürlə yaşamağı tövsiyə edir. Bizim müasir dillə desək, sənin köhnə “Nissan Sanni”n varsa, “Jeep” sürənlərə həsrətlə baxma, onların dalınca qaçma, “Jiquli”si olanlara bax, rahat yaşa...

Və nəhayət,bütün zamanların, insanların və kəlamların kəlamı sayılacaq 3-cü kəlam... Həzrəti Məhəmməd Peyğəmbər buyurur ki, “İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür”. Düşünürəm ki, burda heç bir şərhə rhtiyac yoxdur. Sadəcə olaraq, demək istəyirəm ki, böyük olmağa çalışaq, günahları bağışlamağı bacaraq, dostlar. Onda yaşamaq da, ölmək də asan olar...

Qalib ARİF

воскресенье, 26 июля 2020 г.

YAMAN OĞUL NEYLƏR ATA MALINI?!

“Rusiya hekayələri” silsiləsindən

Qurban müəllim 50 ildi ki, bu yolu gedib-gəlirdi. Səhər tezdən məktəbə gedir, günortadan sonra evə gəlirdi. Yolda türklər demiş, 7-dən 70-ə kimi hamı onu gülərüzlə salamlayır, ehtiramla yola salırdı. İllər keçirdi, nəsillər dəyişirdi, biri gəlib, biri gedirdi. Amma Qurban müəllim dəyişmirdi, yalnız qara saçları ağarır, qara kostyumu bozarırdı... Qurban müəllim ibtidai sinif müəllimi idi. Bizim dövrdə ibtidai sinif müəllimlərinin olması qəribə deyildimi?! Amma qəribə olsa da, bu, belə idi və Qurban müəllim yarım əsrdən çox idi ki, bu yolu gəlib-gedirdi...

Keçən əsrin 60-larında, əsgərlikdən sonra Şəki Pedoqojini bitirmişdi, təyinatla kəndinə gəlmişdi. Odur-budur, özü demiş, taleyin və məktəbin yollarında ilişmişdi. Doğrudur, ali təhsil almaq, Bakı Pedoqogiyə daxil olmaq istəyirdi. Amma sən saydığını say... Qurban müəllim qoca anasını sözünü yerə salmamış, qonşunun qızı Fatma ilə evlənmişdi. Anası da bunu gözləyirmiş kimi, Fatmanı Qurbana, Qurbanı da Allaha tapşırmış, fani dünya ilə vidalaşmışdı. Oğulları Kamranın yolunu əvvəl 10 il, sonra da 20 il gözləmişdilər...

Kamran ailənin ilki, iki bacınin böyük qardaşı idi. Uşaqlıqdan ərköyün böyümüşdü, orta məktəbi zorla qurtarmışdı. Ərköyünlüyü anasının, məktəbi qurtarmağı atasının hesabına yazılmışdı. 80-lərdə əsgər getmişdi və gələndə Permdən bir sarı rus qızı da gətirmişdi. Qurban müəllim pərt olsa da, Fatma xala sevinmişdi. Özünün gəlinlik üzüyünü qızın barmağına keçirmişdi. Kamranın məktəbli bacıları sarı “kokla”ya təəccüb edirdilər, öz aralarında qonşular kimi, ona “matışka “ deyirdilər. Amma “Matışka” kənddə 3 ay duruş gətirmədi, Qurban müəllim demiş, gəldiyi yolla gəldiyi yerə fərar  etdi. Kamran da onun dalınca Permə kimi “piyada” getdi. Əvvəl Qurban müəllim belə fikirləşirdi, axı, pulu olmayan adam Urusətə necə gedə bilərdi?! Amma evdə neçə ilin saxlancı, ailənin xeyir-şər  pulu 100 “şirvan” itəndən sonra fikrini dəyişmişdi. Arada özünə təsəlli verirdi ki, pulları da, üzüyü də “matışka” aparıb...

Kamran bir də 20 ildən sonra, keçən yay kəndə gəlmişdi, artıq qocalmış anasını, oğul-uşaq sahibi olan bacılarını sevindirmişdi. Özü də cavan deyildi, qara saçlarını dən yeyirdi. Qurban müəllim onun ayağının altında qurban kəsmişdi, kənd camaatına əməlli-başlı bir qonaqlıq vermişdi. Kamran da, maşallah, bir ay keçmiş sinif yoldaşlarını, dost-tanışlarını başına yığmış, qonaqlığı davam etdirmişdi. Anasına-bacılarına aşbaz, bacısı uşaqlarına ofisiant, yeznələrinə də tamada rolu vermişdi. Həyətdəki 5-10 qoyun da belə getmişdi. Günlərin bir günü Qurban müəllim işdən gələndə, həyətin yeganə inəyinin, evin yeğanə südverəninin satıldığını görəndə, dözməmişdi. Axşam kiçik yeznəsi Məmişi (böyüyü ilə pərdə saxlayırdı) çağırmış, yeganə oğlunu qatar vağzalına kimi onun maşınında aparmışdı. Burda Bakı qatarına mindirmiş, “ordan o yana yolu özün tanıyırsan” demişdi...

Qurban müəllimin bütün problemləri də Kamran gedəndən sonra başladı. Ertəsi gün qonşuda mağaza saxlayan Şahin gəldi ki, bəs Kamranın mənə 100 manat “nisyəsi” var, araq-çaxır alıb, nə vaxt verəcəksiz? Əlində Kamranın yazıb qol çəkdiyi borc kağızı da vardı. Qurban müəllim arvadına səsləndi, “get sandıqdakı 500 manatdan yüzünü gətir, Şahinə ver” dedi. Fatma xala boş gəldi ki, pullar yoxdur, üstünə sarınan kəlağayı da boşdur. Qurban müəllim yenə özünə təsəlli vermək, ürəyində pulları “matışka” aparıb demək istədi. Amma demədi, axı, Kamran bu dəfə tək gəlmişdi. Şahinə isə dedi ki, bir-iki həftəyə, fındıq yığılanda gələrsən. Üç gündən sonra kəndin ayağnda mağaza saxlayan İbiş gəldi ki, Kamran məndən 100 manatlıq “nisyə” pivə-araq alıb, nə vaxt ödəyəcəksiz? Bunun da əlində Şahindəki kağızdan vardı. Qurban müəllim buna da Şahinə verdiyi cavabı verdi. İbiş də Şahin kimi kənd qardaşı idi, sakitcə getdi...

Deyirlər dərd də çiçək kimidir, gələndə tək gəlmir, buketlə gəlir. Qurban müəllim oğlunun nisyələrini fındıqla təzə ödəmişdi, məktəbdən gəlirdi. Gördü qonşu Cəfər evin qabağında xarici maşınında onu gözləyir. Cəfər Kamranın keçmiş sinif yoldaşı idi, nə ilə məşğul olduğunu kənddə kimsə bilmirdi. Biri deyirdi narkotik satır, o biri deyirdi benzin satır, hətta “adam satır” deyənlər də vardı. Qurban müəllim ağayana adamdı, belə “nisyə” söhbətlərə qarışmazdı. Amma Cəfərin yaxşı pulu vardı, faizlə buraxırdı, fındıq vaxtı gəlib artıqlaması ilə alırdı. İndi də dedi ki, Kamran məndən bir aylıq 1000 manat pul alıb, deyib ki, atam fındıq vaxtı verəcək. Mən də bir yerdə məktəb oxuduğumuzu, Qurban müəllimin oğlu olduğunu nəzərə almışam, faizsiz vermişəm. Amma bu ay qaytarmasaz, “şotçik” qoşacam, faizi ilə alacam. Əlində Kamranın yazıb qol çəkdiyi borc kağızı da vardı. Qurban müəllim dinmədi, 2-3 günə evin televizorunu, soyuducusunu satdı, oğlunun borcunun yarısını bağladı. Borcun o biri yarısını da Kamranın bacıları fındıqla ödədi, hər evdən bir az, bir az...

Yazıq Qurban müəllim, yazıq Fatma xala – yaman oğullarına ağlasınlar, ya batan pullarına?!

Qalib ARİF

суббота, 25 июля 2020 г.

XAQANLA FİLOSOFUN NAĞILI

(Pritça)


Deməli, qədim zamanlarda türk-avar xaqanlarından biri ağır xəstələnir, yerindən tərpənə bilmir. Kafkazyadan Avropaya kimi dünyanın beşdən birinə hökm edən (İslamdan qabaq, bizim eranın əvvəlləri), dövrünün ən ağıllı, cəsarətli sərkərdələrindən sayılan bir kişi (Atilla?!) bir xəstəlyin əlində aciz qalır. Aylar keçir, il yetişir, amma ayağa qalxa bilmir. Doğrudur, başı işləyir, danışa bilir, amma əl-ayağını tərpədə bilmir, yerindən tərpənə bilmir. Ağzına yeməyi yedirirlər, ayaqyoluna aparıb-gətirirlər. Xaqanlığın həkimləri də bir-bir gəlir-gedir, amma xaqanın xəstəliyini müalicə edə bilmir.

Bizim dövr olsaydı, yəqin xaqanın işi yaxşı olardı. Londona, ya Parisə, ən azı Berlinə üz tutardı, xəstəliyinə əlac olardı. Ya da Amerikaya təyyarə göndərər, ən yaxşı həkim briqadasını ayağına gətirərdi. Amma Xaqanlığın öz qanunları, qaydaları vardı, xaqanın xəstəliyi gizli saxlanılırdı, bunu ancaq xaqanın yaxınları, bir də saray əyanları bilirdi. Bu, faktiki olaraq, dövlət sirri idi, dost-düşmən əlinə keçməzdi. Xaqanın yanına gələn, dərdinə əlac edə bilməyən həkimləri, təbibləri isə, paytaxtdan kənarda bir qalada nəzarət altında saxlayırdılar. Doğrudur, xaqanlığın qanunlarına və təhlükəsizlik qaydalarına görə, bu həkimlərin başı kəsilməli idi. Amma xaqan dövrünün ağıllı adamlarından biri idi, bilirdi ki, bir həkim 15-20 ilə ancaq yetişir, məmləkəti həkimsiz qoymaq istəmirdi.

Günlərin bir günü xaqanın yanına həkim gəlmədi, xaqan təəccübləndi. Bir gün keçdi, iki gün keçdi, yenə gələn, baxan olmadı. Xaqan təcili I Vəziri yanına çağırtdırdı, onun üstünə qışqırdı: 
-Bu nə məsələdir, niyə həkimlər gəlmir, mənə əlac etmir? 
I Vəzir ehtiramla təzim edib təmkinlə dilləndi:
-Məmləkətdə yaxşı, samballı həkim qalmayıb, Alihəzrət, hamısı qalada, nəzarət altındadır. Xaricdən həkim gətirməyə isə bizə qanun icazə vermir. 
Xaqan daha da qəzəbləndi, var gücü ilə bağırdı:
-Mən demişəm həkimləri cəzalandırmayın, qalada saxlayın. Amma vəzirləri qoruyun deməmişəm... 
Vəzir aqil adam idi, fikirdən iy çəkirdi, amma sakitcə cavab verdi:
-Həkimlər məmləkətə, millətə lazımdır, amma mən dövlətə, şəxsən alihəzrətə xidmət edirəm, onun əmrinə müntəzirəm...

Vəzirin təmkinli, siyasi cavabı Xaqanın xoşuna gəldi, sakitləşdi: 
-Yəni bu boyda məmləkətdə bircə həkim də qalmayıb ki, mənim dərdimi bilsin, müalicə etsin?
-Biz təhlükəsizlik məsələlərinə görə Sizin xəstəliyinizi gizli saxlayırıq, Alihəzrət. Amma bir filosof var, mənləkətdə tanınmış adamdır, Sizi də yaxşı tanıyır. Həkimlərin, təbiblərin kütləvi şəkildə yoxa çıxmasından məsələni anlayıb, şəxsən mənə müraciət edib. Deyir mən Xaqanı bir günə ayağa qaldıraram...
-Çağırın gəlsin, amma bacarmasa, yalan danışdıgına görə başı kəsilsin. Mən demişəm həkimləri qoruyun, filosofları qoruyun deməmişəm...

Nə isə, filosofu çağırırlar gəlir, amma xaqanı müayinə etməyə tələsmir, deyir "mən Sizi müalicə edərəm, amma 3 şərtim var". Xaqan yenidən qəzəblənir:
-Avaranın biri avara, bütün dünyaya mən şərt qoyuram, indi sən mənə şərt qoyursan?! Vəzir, çağır cəlladlar gəlsin, bu avaranın başını kəssin...
Cəlladlar içəri gəlir, filosofu qollarından tutub qapıya doğru çəkir. Filosofun tükü də tərpənmir. Qapıya çatanda geri dönür, xaqana müraciət edir:
-Alihəzrət, mən ölümdən qorxmuram, onsuz da hər kişi bir dəfə ölməlidir. Amma mən ölsəm, Siz də öləcəksiz, məmləkət batacaq. Məni narahat edən budur, ona görə də burdayam...

Xaqan əlini qaldırır, cəlladlar filosofu buraxır, bayıra çıxır.
-Yaxşı sən deyən olsun, Avara. Şərtlərini de, görüm nə istəyirsən...
-Birinci şərtim belədir, bir kəhər at, belində də bir xurcun qızıl sarayın qapısında bağlı olmalıdır. İkinci şərtim odur ki, bütün saray əhli saraydan gözlə görünən məsafədə uzaqlaşmalıdır. Və onlar bir saat ərzində nə olursa-olsun, bura yaxınlaşmamalıdır...
-Birinci iki şərtini başa düşdüm, bütün insanlar kimi, filosoflar da dünya malının qurbanı olurlar. Üçüncünü anlamadım...
-Bizim müalicəmiz zamanı Siz ağrıdan qışqıra bilərsiz. Mən istəyirəm ki, səsinizi heç kim eşitməsin və yaxına gəlməsin. Yeri gəlmişkən, bu Sizə də lazımdır...

Xaqan razılaşır, saray əhli uzaqlaşır. Filosofla Xaqan tək-bətək qalır - Allah yuxarıda, bunlar aşağıda. Filosof deyir: 
-Xaqan, bayaq mən Sizə 3 şərtimi dedim, amma mənim 3 arzum da var. Əvvəla, avara sənsən, sənin atandır. Sonra...
Filosof yaxınlaşır və Xaqanın üzünə tüpürür... Xaqan bütün iradəsini, gücünü toplayır, yataqdan filosofun üstünə atılır. Amma filosof geri çəkilir və yenidən Xaqana müraciət edir:
-Alihəzrət, mənim 3-cü arzum qaldı...
Sonra var gücü ilə Xaqanın dalına bir təpik vurur və qapıya dogru qaçır...

Xaqan qəzəbdən yaralı aslan kimi nərə çəkir, dünyada birinci dəfə hiss edir ki, Yer fırlanır. Yeri gəlmişkən, mən də hesab edirəm ki, Yerin fırlandığını birinci hiss edən, deyən bizim türk xaqanıdır. Sadəcə olaraq, gələm düşmən əlindədir, onlar Kopernikin, Qalileyin adını çəkir. Qərəz, Xaqan divara doğru atılır, aşağıdan asılmış misri qılınclardan birini qapır, mıxçası ilə dartıb qoparır. Sürünə-sürünə, dizləri üstə pilləkanları düşür. Dizləri, dirsəkləri al qana boyanır. Aşağı düşəndə hiss edir ki, ayaq üstə dayanır. Sarayın həyətində bağlanmış kəhər atların birinə yaxınlaşır, ağrıdan dodaqlarını gəmirə-gəmirə atın belinə dırmaşır... Mən isə deyirəm: "Bədbəxt filosof... Xaqan artıq atın belindədir"...

I Vəzir aralıdan bu mənzərəni seyr edir, yalnız Xaqan at belində gözdən itdikdən sonra, mühafizəyə əmr verir. 40 seçmə cavan 40 seçmə atın belində Xaqanı təqib edir. Yalnız bir saatdan sonra yolun kənarında iki kəhər at görünür. Yolun ortasında toz dumanı göyə qalxır. Mühafizə sürətlə yaxınlaşır, onlar çatınca toz dumanı dağılır. Birinci Xaqan görünür, ayaq üstədir, misri qılıncı sağ əlində, sol ayağı da yerdə tozun içində sərələnmiş filosofun sinəsi üstədir. Mühafizə yaxınlaşır, onları mühasirəyə alır. Xaqan ayağını götürür, filosofun əlindən tutub sərt hərəkətlə ayağa qaldırır. Filosofun tükü də tərpənmir, sakitcə üst-başını təmizləyir. 

Xaqan bərkdən gülür:
-Avaranın biri avara, sən kəhər atla bir xurcun qızılı qazandın, məni ayağa qaldırdın. Sən indi külək kimi azadsan, hara istəsən gedə bilərsən. Amma nə vaxt qayıtsan, mənim ikinci vəzirimin yeri boşdur...

Pritçanın sonu... Bəli, dostlar, belə Xaqanı ilə belə filosofu olan xalq dünyanın beşdən birinə sahib olur...


Qalib ARİF

воскресенье, 12 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR X

O, bizim dayağımızdır...

Deyirlər əl tutmaq Əlidən qalıb. Düşünürəm ki, əl tutmaq kimi xeyir işlər Həzrəti Əlidən min illər əvvəl də olub və min illər sonra da olacaq. Zira, xeyir işlər yalnız müsəlmanlığın deyik, ümumilikdə insanlığın əsas göstəricilərindən biridir. Həzrəti Əli də Böyük müsəlman dünyasında bu estafeti davam etdirənlərdən biridir, olsun ki, birincisidir. Bizim Azərbaycanda, kiçik jurnalist dünyasında da bu estafeti davam etdirənlər, qələm adamına əl tutanlar, dəstək olanlar var.  Mən də onların biri, olsun ki, birincisi barədə danışmaq istəyirəm...

Məni onunla mərhum Məmməd Nazimoğlu tanış edib. Mən ixtisasca jurnalist deyiləm, dəqiq elmlərin nümayəndəsiyəm. Mənə peşəkar jurnalistikaya dəvət edən də, vizit kartı verən də bizim “çayçı” Məmməd olub. Siz məni qınamayın, əgər jurnalistika bir sistemdirsə, o mənimçün Məmməd Nazimoğlunun çevrəsində fırlanır. Qəhrəmanım da bu çevrəyə daxil olandan biri idi. Səhv etmirəmsə 2000-lərdi, Məmməd artıq “Xalq qəzeti”ndən getmişdi, mən hələ işləyirdim. Axşam işdən çıxanda onu “Nizami” kino-teatrının qarşısında gördüm, yanında tanıdığım və tanımadığım iki nəfər vardı. Tanıdığım təbii ki, İlqar Həsənov idi. Məmməd məni tanımadığım jurnalistə təqdim etdi və onun haqqında məlumat verdi. Dedi tanış ol, Əflatun Amaşovdur, bizimlə tay-tuşdur, o da sənin kimi Moskvada oxuyub, zarafat deyil, MQU-nun Jurnalistika fakultəsini bitirib... Məni heyrətlərə qərq edən isə, bizimlə tay-tuş olan həmkarımızın başına hələ dən düşməməsi idi...


  Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini, 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1985 - 1994-cü illərdə AzərTAC  Dövlət İnformasiya Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından biri olub, 1995 - 1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib. 2003-cü ildə Respublika jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. 2015 – 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı olub.

Həmkarımla sonralar mətbuat tədbirlərində görüşür, hal-əhvallaşırdıq. İnsafən hər dəfə görəndə deyirdi ki, sənin yazılarını oxuyuram, lap hədəfi gözündən vurursan. Mən təbii ki, sevinirdim, ona təşəkkür edirdim. Səhv etmirəmsə, 2008-in sentyabrı idi, Məmməd Nazimoğlunun anım mərasimi keçirilirdi. Sağ olsun İlham Abbasov, əziyyəti öz üzərinə götürmüşdü, mərhum dostumuz haqqında “Mənim bir dostum vardı” kitabı hazırlamışdı. Mən artıq “Xalq qəzeti”ndə işləmirdim, amma dəvətli idim. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edirdi. Onun çıxışı indi də yadımdadır: “Məmməd Nazimoğlu Azərbaycan jurnalistikasının ən işıqlı ulduzlarından biri idi. Deyirlər göydə bir ulduz sönəndə, biz yalnız 5-6 ildən sonra hiss edirik, həmin illərdə bu ulduzun işığı hələ görünür. Məmməd də belədir, bu il ulduzu sönsə də, neçə il parıldayacaq, Azərbaycar jurnalistikası onu unutmayacaq”... Bəli, Əflatun müəllimdən yaxşı deyə bilməzsən...

… 2017-ci ilin mənim üçün məşum sonları idi. Oğlum məlum avtomobil qəzasına düşmüşdü, həbs edilmişdi. Ailəliklə məhkəmələrdə, türmələrdə qalmışdıq, az qala, itə də bir əppək borclu idik... Dərddən başımda bir qara tük qalmamışdı, uşaq kimi kövrəkdim, söz soruşanda, gözlərim yaşarırdı. "Suda batan saman çöpünə əl atar" deyirlər, mən də əl atdım. Bizim Dəstək Fondunun "şərəfli" sədri (indi onu hüquq-mühafizə orqanları "şərəfləndidrir") məni heç fərziyyə kimi də qəbul etmədi. Halbuki mən öz evimə "pulsuz" qeydiyyata düşmək istəyirdim. Bizim həmkarlar arasında yaxşı tanınan, sözü keçən adamlar var, danışanda ağızlarına "çullu" dovşan sığmır. Mən də tanıyırdım, bir-ikisinə müraciət etdim, dərdimi demək istədim. Deputat heç qəbul etmədi, qəbul edən də görün nə dedi : “Bu, bizlik deyil! Siz məhkəmələrə müraciət edin (mən məhkəmələrdən gəlirdim!), görün neynirsiz”… Yeri gəlmişkən, mən onlardan borc pul istəmirdim, kimə isə adi söz deməklərini, məni qəbul etməklərini xahiş edirdim…

Əlim-ayağım hər yerdən üzüləndən sonda Əflatun müəllimə müraciət etdim. Həmin dövrdə işi çox olsa da, dərhal məni qəbul etdi. Dedim məni tanıyırsız, jurnalistəm, mənim oğlum da gələcək jurnalistdir, BDU-nun Jurnalistika fakultəsində oxuyur(du). Bir qəzadır düşüb, əlimiz-ayağımız yerdən üzülüb. Diqqətlə qulaq asdı, qarşısındakı bloknota nə isə yazdı. Sonda dedi ki, mən burda niyə oturmuşam, jurnalistlərə kömək etmək bizim borcumuzdur. Mən tanıdığım adamlara müraciət edəcəyəm, sənə söz verirəm, qanun daxilində əlimdən gələni edəcəyəm. Elə bil sənin oğlun deyil, mənim oğlumdur… İnanın Allaha, qəzadan sonra birinci dəfəydi, elə bil bir az yüngülləşdim…

Bəli, hörmətli dostlar, həmkarlar, Əflatun Amaşov bizim arxamımızdır, dayağımızdır, onu qorumaq lazımdır… Bu kişinin təmənnasız olaraq mənzil almağa kömək etdiyi həmkarlarımız bəllidir. Jurnalistlərin xeyir-şərində imkan dərəcəsində, şəxsən iştirak edir. Bir problemimiz olanda,  "suda batanda" da onun üstünə gedirik...

Qalib ARİF

суббота, 11 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR IX

Mahir NƏBİLİ
(şəkildə məndən arxada, ağ "futbolka"da)

Sıradan olmayanlar belədir, onlar reaktiv təyyarə kimi səs-küylə gəlir, aləmi lərzəyə gətirirlər. Bir populyar qəzetdə cəmi bir məqalə yazırlar və bütün Azərbaycana səs salırlar. Sıradan olmayanlar gedəndə də birdən getmirlər, izləri uzun müddət göylərdə qalır, onların dalınca uzanır...

Siz məni qınamayın, amma mərhum Mahir Nəbilinin 1992-ci ildə “Aydınlıq” qəzetində çap olunan və Məmməd Əmin Rəsulzadəyə həsr olunan məqaləsi bütün Azərbaycana səs salmışdı. Həmin dövrdə Azərbaycanda sözün əsl mənasında Məmməd Əmin “kultu” yaşanıdı, hamı ondan danışır, hamı ondan yazırdı. Hətta Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi nəhənglər Rəsulzadənin kölgəsində qalmışdı. Belə həssas məqamda “Aydınlıq” qəzetində geniş ictimaiyyətə tanış olmayan bir yazarın Məmməd Əmini tənqid edən yazısı çap olunur. Bəli, Mahir Nəbili Rəsulzadəni Almaniya faşizmi və onun lideri Hitlerlə əlaqədə ittiham edirdi. Mən tarixçi deyiləm və Mahirin nə qədər haqlı olduğunu deyə bilmərəm. Amma fakt faktlığında qalır...

“Xalq qəzeti” redaktorunun birinci müavini, bizim dostumuz, qardaşımız mərhum Məmməd Nazimoğlu da Mahir Nəbilini çox istəyirdi və qiymətləndirirdi. Böyük yaş fərqlərinə baxmayaraq yaxın dost, həm də “Əhmədli”də yaxın qonşu idilərər. Zarafatları vardı, Məmməd deyirdi, siz bunun boyda balacalığına baxmayın, başda hamımızdan böyükdür. Üzünə isə deyirdi ki, sən cəmi bir dəfə samballı yazı yazmısan, onu “Aydınlıq”da mən vermişəm, səni populyar etmişəm. Sənin ömründə bir vəzifən olub, onu da “Xalq qəzeti”ndə mən vermişəm, səni “redaktor” təyin etmişəm.

Məni Mahir Nəbili ilə tanış edən də Məmməd Nazimoğlu olub. Yaxşı yadımdadır, 1993-cü ilin sentyabrı idi. Məmmədlə “Elmlər Akademiyası”nda görüşdük, Nəşriyyata gedirdik. Həmin vaxtı Nazimoğlu “Aydınlıq”ın baş redaktoru, mən isə ştatdankənar siyasi icmalçısı idim. Məmməd dedi ki, Prezident müşavirlərindən birinə köməkçi lazımdır. Azərbaycanca, rusca yaxşı danışmalı və yazmalıdır. Sən uyğun gəlirsən, hər iki dili yaxşı bilirsən. Perspektivli işdir, maaşı da yüksəkdir. Elmlər Akademiyasının bağında fontanların yanında bir nəfər bizi haqladı. Məmmədlə isti görüşdü, mənə əl verdi. Boydan balaca, tökmərək oğlandı, hardasa bizlə yaşıd olardı. Məmməd bizi tanış etdi (bir-birimizin imzasını tanıyırdıq), yarımçıq qalan söhbəti davam etdirdi. Mahir dedi, ə, ağlınız olsun, bu təklifi mənə də ediblər, rədd etmişəm. Əvvəla, bu müşaviri mən şəxsən tanıyıram, onun qəzetində “yazıb-yaradıram”. Doğrudur çox savadlı, məlumatlıdır, amma elə o qədər də, murdar adamdır. Sən bunun köməkçisi olsan, səni minəcək, kabinetini də sənə təmizlətdirəcək, evinin bazarlığını da etdirəcək...

Mahir Nəbili əslən Qərbi Azərbaycandan, indiki Ermənistandandır. 1950-ci ildə anadan olmuşdu, amma ən azı 10 yaş cavan (mən də onu tay-tuş hesab etmişdim!) görünürdü. İndiki Slavyan Universitetini bitirmişdi, rusca, azərbaycanca təmiz bilirdi. Şişirtmədən demək olar ki, bu kişi Azərbaycanın ən savadlı jurnalistlərindən biri idi. Dəqiq elmlərdən humanitar sahələrə, Kosmosdan tarixə, ədəbiyyata kimi yaxşı bilirdi, bilmədiklərini öyrənirdi. Mahir gözəl redaktor idi, yazının ruhuna dəymədən, “ağzını-burnunu əymədən” düzəldə bilirdi. Mən “Xalq qəzeti”ndə onun rəhbərlik etdiyi “Siyasi orup”un üzvü olmuşam və buna yüz dəfə, min dəfə əmin olmuşam... Mahir Nəbili lakonik fikrin ustası idi, bir səhifədən artıq yazmazdı. Həmişə Karl Marksın Engelsə məşhur məktubunu xatırladardı: “Vaxtım az idi, ona görə də məktub belə uzun alındı”. Özü demiş “palaz-palaz” yazıları yazmağı bacarırdı, amma xoşlamırdı. Məmməd Əmin Rəsulsadə haqqında yazısını dedim. 2000-lərdə Azərbaycan prezidentləri – Heydər Əliyev, Əbülfəz Elçibəy və Ayaz Mütəllibov haqqında elə silsilə yazılar yazmışdı ki, indi siyasi jurnalistikaya dərslik ola bilərdi... Heyf ki, məndə yoxdur, saxlamamışam...

Mənə elə gəlir ki, bir yox, üç Mahir vardı. İndi desəm nağıldı, keçdi getdi, itdi batdı, dağıldı... Biri qələm adamıydı, olduqca savadlı və istedadlı. Qəzet onun stixiyası idi, səhər redaksiyaya gəlirdi, axşam evə getmək istəmirdi. Bütün günü yazırdı, pozurdu, oxuyurdu, redaktə edirdi. İkinci mübarizə adamıydı, aydın mövqeyi, məlum lideri. Ömrü boyu bunların yolunda qələmi ilə çarpışdı, bir addım geri çəkilmədi. Ölənə kimi bunların heç birinə xəyanət etmədi, mərd gəldi, mərd getdi... Bir də məclis adamı Mahir vardı, məclisdə suda balıq kimi canlanardı. Sağlıq deyib badə qaldırmağı, bala-bala vurmağı sevirdi. Allah məsləhət bilməsəydi, içkini heç yaratmazdı deyirdi. Yaxşı "Ruhani" oynamağı vardı. Meydandan hamını çıxarıb qırağa düzürdü, özü "Ruhani" sədaları altında süzürdü. Bizə baxmaq və əl çalmaq qalırdı. Şəhriyar demiş, elə bil "Bir sinema pərdəsirir gözümdə, tək oturub seyr edirəm özüm də"...

Rəhmətlik sağ olsaydı, bu yazını oxusaydı, adəti üzrə bığaltı gülümsərdi, gözlərini bərəldərdi, deyərdi:  Ə, ağzına gələni danışma, get işinlə məşğul ol... Mən də işimlə məşğulam, qeyd etmək istəyirəm ki, Mahir Nəbilinin əsərləri, zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Həmkarımız 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adı alıb. 2018-ci ildə isə Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi 2-ci binada (ölümündən sonra) mənzillə mükafatlandırılıb... Ruhu şad olsun...

Qalib ARİF

четверг, 9 июля 2020 г.

KEÇMİŞ NARKOMAN OLMUR...

 Ağır və yüngül narkotiklər

Heroin
Heroin opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium xaş-xaşından hazırlanır. Hazır halda ağ, boz, qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər heroini yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Heroin müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır. İnsan taqətsizləşir, seksual aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması başlayır. Aludəçilərdə (yəni daimi istifadəçilərdə) qolun və qıçın büküklərində, iynənin yerlərində irinləmə müşahidə olunur.
Venaya vurulan bütün narkotiklər kimi heroin də qanın zəhərlənməsinə, hepatit, serroz, sepsis kimi xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Heroin nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir. Ümumiyyətlə, mütəmadi heroin qəbul edənlərin - aludəçilərin ömrü 5-7 il davam edir, bəzən 10 ilə qədər uzanır. Ilk dozanı qəbul etmə ilə narkomana çevrilmə, yani istifadəçidən aludəçiyə keçmə prosesi 3-4 ay çəkir. Qalan 5-10 ili isə narkoman artıq bitki kimi - iynədən iynəyə “yaşayır”. Dozalar gecikəndə, qıcolmalar və epilepsiyalar ("lomkalar") başlayır. Bu bəladan qurtarmaq çətindir, "mümkün deyil" qədər çətindir. Odur ki, heroin aludəçiləri haqqında deyirlər "keçmiş narkoman olmur"...

Kokain
Kokain koka (Erythroxlon koka) bitkisinin yarpaqlarından hazırlanan yarım sintetik (ağır) narkotik maddədir. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain də eyforiya (dünyanı vecinə almamaq) hissini artırır. Əvvəlcə adamın kefi, əhval-ruhiyyəsi yaxşılaşır, problemlər isə sonra başlayır. Aludəçilərdə ilk növbədə aritmiya (ürəyin “fasilə” ilə vurması) başlayır, bəzən ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə, “kokain psixozu” (psixikanın pozulması) yaranır. “Kokain psixoz”u təhlükə hissi, qorxu, qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain asılılığının daha ağır - epilepsiya dövrü başlayır. Vaxtı gələndə, xəstə doza qəbul etməyəndə, qıcolmalarla müşayət olunan epilepsiyalar ("lomkalar") yaşanır.
Qeyd etmək lazımdır ki, kokain öz narkogenliyinə - insanı asılı vəziyyətə gətirməsinə, xəstələndirməsinə görə heroindən güclü narkotikdir. "Keçmiş narkoman olmur" deyimi burda daha keçərlidir. Xəstələr 5-7 il bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu “bitki ömrü” də beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində qırılır.

LSD
Sintetik narkotikdir, çox təsirli (ağır) və toksiki (zəhərli), hallyusinogen (hallyusinasiya, qarabasma yaradan) hesab olunur. LSD əsasən bəzəkli marka, rəngli lakmus kağızı şəklində buraxılır. Narkotik əvvəl güclü eyforiya hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə aqressivləşir və hamı ona hücum edir. Sonra yenidən eyforiya yaranır, xəstənin vəziyyəti yaxşılaşır, o, hamı ilə danışıb gülməyə çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi - yüksəliş və depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə müşayət olunur.
Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq qətiyyən mümkün deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi yaxşılaşa, o biri ən ağır depressiyaya məruz qala bilər. Bu zaman narkoman çox təhlükəli olur, ətrafdakılara və özünə hər cür xəsarət yetirə bilər. LSD aludəçiləri narkotikin qəbulunu dayandırmaq istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna görə də, bu narkotikdən müalicə olunmaq daha çətindir. Anadangəlmə qüsurlu uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də LSD aludəçiləri birinci yerdədirlər. Yeri gəlmişkən, LSD aludəçiləri heroin və kakoin xəstələrindən daha çox, amma ruhi xəstəxanalarda yaşayırlar. Məsələn, məhşur Pink Floyd qrupunun yaradıcısı Sid Barret LSD ilə “tanışlıq”dan sonra cəmi bir albom yazdıra bilib. Doğrudur o, indi də sağdır, amma 25 ildir ki, Nyu-York psixatrik xəstəxanasındadır. Deyilənə görə, heç kimi tanımır və heç nəyi yadına salmır...

Marixuana (çətənə, həşiş, anaşa və s.)
Marixuana çətənə bitkisinin yarpaqlarından və qətranından hazırlanan yüngül narkotikdir. Tünd qonur, qəhvəyi rəngli plastik maddədir. Bir qаydа оlаrаq, pаpirоsuн tütününə qаtılаrаq çəкilir. Marixuana ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz damarlarını şişdirir. Buna görə də, aludəçilərin gözləri şişmiş və qızarmış olur. Bundan başqa, marixuana ağrı hissetmə qabiliyyətini aşağı salır, yuxuculuq yaradır. Güclü aclıq və susuzluq hissi olsa da, eyni zamanda güclü ürəkbulanması yaranır. Bu narkotik də insanlara müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb ağlayır, o biri gülməkdən qəşş edir. Üçüncüsü qorxusundan qaçıb gizlənir, dördüncüsü isə vəhşiləşir, ətrafdakılara hücum edir.
Marixuananın tərkibində çoxlu zəhərli maddələr var, onun qətranı xüsusilə toksiki (zəhərli) hesab olunur. Mütəxəssislərin fikrincə, marixuana tütündən 8 dəfə artıq toksikidir. Ona görə də, bu narkotikdən istifadə gec-tez ağ ciyərin vərəmi, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, marixuananın cinsi aktivliyi aşağı salması və sonsuzluq yaratması da sübut olunmuşdur. Marixuana aludəçiləri də heroin və kokain həvəskarlarından çox yaşayırlar, amma ömürlərini xəstəxanada başa vurmalı olurlar.

Qalib ARİF

ERMƏNİ DƏLƏDUZLUĞU I

OĞRUDAN OĞRUYA HALALDIR
("Milis hekayələri" silsiləsindən)
Dostum Tofiq Mamedovla, bir qayda olaraq, dənizkənarı bulvarda görüşürük. Bakı bulvarı bizim uşaqlıımızın, arzularımızın görüş yeridir. Hava yaхşı olanda, Bakı küləyi günəşin nəvazişi ilə əvəz olunanda burda görüşməyi, çayxanada bir çay içib dərdləşməyi sevirik.

Çayхanaya girib yerimizi rahatlayırıq, yaхşı bir çay sifariş veririk. Çayçı oğlan stolun üstünü silir, mən isə söhbətimizin qırılmasına imkan vermirəm, məni çoxdan narahat edən sualı verirəm. Deyirəm, ay Tofiq, sən ömür boyu Moskva milisində çalışmısan, bu işlərlə yaхından tanışsan, yəni hər yerdə oğrudan oğruya halaldır, ya cinayət aləmində oğurlamaq haramdır?! Tofiq Mamedov bir anlıq fikrə dalır, adəti üzrə bir siqaret yandırır…
- Olsun ki, türmədə, həbs düşərgələrində və s. qapalı yerlərdə “oğrudan oğurlamaq haramdır” şərti saхlanılır, çünki burda oğrular sərt cəzalandırılır. Amma azad yerlərdə, məsələn, kənd və şəhərlərdə yəqin ki, “oğrudan oğruya halaldır” prinsipi işləyir. Yaхşı yadımdadır, 90-cı illərin aхırlarında, Moskva ətrafındakı şəhərlərin birində bu səpkidə qəribə, zəncirvari bir cinayət silsiləsi baş vermişdi. Əslində, bu hadisə hər yerdə, Rusiyanın hər bir şəhərində baş verə bilərdi…

Bu zaman çayçı oğlan mürəbbəli çay dəsgahını gətirir. Səliqə-səhmanla hərəmizə bir çay süzür. Məхməri çay armudu stəkanlarda buğlanır, məni isə yeni “Milis hekayəsi” maraqlandırır. Səbirlə çayçının gəlməsini gözlədiyimiz kimi, getməsini də izləyirik. Sonra söhbətimizi davam etdiririk.
- Məlum olduğu kimi, 1996-cı ildə Rusiyada prezident seçkiləri keçirildi, kommunistlər məğlub oldu, Boris Yeltsin isə demokratların nümayəndəsi kimi yenidən dövlət başçısı seçildi. Təbii ki, dərhal mərkəzdə və əyalətlərdə demokratik islahatlar başladı və bunlardan biri də yerli hakimiyyət orqanlarına seçkilərin keçirilməsi oldu. Moskvada, məlum olduğu kimi, keçmiş partokrat Yuri Lujkov mer seçildi. Moskva ətrafı şəhərlərdə də ona yaхın adamlar bu vəzifələrə gətirildi. Həmin dövrdə Moskva vilayətində sonsuz miqdarda sahibsiz torpaqlar vardı və Yeltsin dövrünün özbaşınalıından istifadə edən Lujkov görünməmiş bir acgözlüklə bu torpaqları satmağa (sənədlərdə “uzun müddətli icarə” adlanırdı) başladı. Həmin illərdə torpaq satışından oğurlanan böyük pulları yalnız Rusiyada neft satışından qazanılan nəhəng pullarla müqayisə etmək olardı. Məsələn, Yuri Lujkovun хeyir-duası ilə, həmin pulların tör-töküntülərindən faydalanmış vəzifəsiz Telman Ismayılov bir neçə ildə rəsmi milyarder olmuşdu. Indi gör vəzifəli cənablar nə qədər və nələr qazanıb?!

Deməli, həmin dövrdə Moskva ətrafında yerləşən şəhərdə Svetlana Aqanbekyan adlı gənc və gözəl bir qadın meriyada baş mühasib işləyirdi. Təbii ki, bu vəzifəyə gəlişində onun gəncliyi və gözəlliyi səbəb deyildi, yalnız vəsilə idi. Svetlana işini yaхşı bilirdi, yaхşı mütəхəssis idi, həm də deyilənə görə, məlum akademik Aqanbekyanın bacısı qızı idi. Tez bir zamanda rəhbərliyin də, kollektivin də hörmətini qazanmışdı. Amma “bal tutuan barmaq yalayar” deyirlər. Svetlana da bir neçə ildə 5 milyon dollardan çoх pul toplayır. Pulların mənbəyi haqda bilinən isə odur ki, əvvəllər baş mühasibin şəhər meri ilə yaхşı münasibətləri olub. Şübhəsiz ki, bu münasibətlərdə Svetlananın gəncliyi və gözəlliyi artıq vəsilə yoх, əsas səbəb olub. Həmin vaхt o, şəhərin müхtəlif ərazilərində çoхlu torpaq sahələri əldə edə bilir. Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı Aqanbekyanın məhkəmə çəkişmələri olub. Çoх vaхt torpaqların başqa şəхslərə məхsus olması üzə çıхıb, baş mühasib məhkəmələrə çəkilib. Bu işlər uzun müddət şəhər və rayon məhkəmələrində araşdırılıb.

Iddialara görə, Aqanbekyan yalnız dayısının deyil, Moskva meri Lujkovun yaхın çevrəsinə daхil olan şəхslə yaхın əlaqəsi hesabına əksər məhkəmə işlərindən qalib çıхıb. Bu əlaqələr üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub. Bu məsələnin getdikcə böyüməsi baş mühasiblə meriya rəhbərliyi arasında münaqişələrin yaranmasına gətirib çıхarıb. Mer mühasibini zəiflətmək istəsə də, gözəl qadına bata bilməyib. Iddia edilir ki, torpaq söhbətinə görə onların arasında böyük davalar olub. Svetlana Gerasimovanın satdıı torpaq sahələrində isə villalar, mağazalar tikilib, hətta ticarət, istirahət mərkəzləri inşa edilib. Torpaı alan şəхslərə də vəd olunub ki, torpaın sənədləri onlara veriləcək, amma verilməyib. Çünki Aqanbekyan aldığı pulları meriya rəhbərliyi ilə bölüşmək istəməyib. Torpaq sahibi biləndə ki, onun daşınmaz əmlakının yanından, məsələn, magistral yol хətti keçməlidirir, artıq gec olub. Həmin obyektlər sökülüb, mağazanın, ya villanın sahibi böyük ziyana düşüb. Amma baş verənlər Gerasimovanın biznesinə mane olmayıb. Və baş mühasib torpaq biznesindən milyonlarla gəlir əldə edib…

Burda Tofiq Mamedov sözünə ara verir, qara böyürtkan mürəbbəsindən qaşıqlayıb isti çaydan içir. Sonra sönmüş siqaretini yandırır, hiss olunur ki, yaddaşını səhmanlayır…
- Deməli, Svetlana Aqanbekyanın Artyom Zubrov adlı ilk sevgisi olub, bir məktəbdə oхuyublar. Artyom Svetadan 3-4 yaş böyük olub, amma qəşəng oğlan gənc qızın saqqızını oğurlayıb. Sveta ona, necə deyərlər, qulaqlarının dibinə qədər vurulub. Hətta institutu bitirib evlənmək istəyiblər. Amma Artyom institutu bitirən kimi Dubaya, orda bizneslə məşğul olan atasının yanına gedib. Sveta isə öz gözəlliyi və qabiliyyəti hesabına irəliləməli olub, amma ilk məhəbbətini yaddan çıхarmayıb. Arada zəngləşiblər, görüşüblər, Sveta hətta bir neçə dəfə Dubaya səfər edib. Beləliklə, on ilə yaхın vaхt keçib. Gerasimovanın pullandıı və ilk məhəbbətini unutmağa başladıı məqamda Artyom gəlib və qiyabi sevgilisinə əyani iş təklif edib. Konkret olaraq deyib ki, atam Dubayda biznesini genişləndirmək, brend ayaqqabı-paltar biznesini saхlamaqla, avtomomobil biznesinə keçmək istəyir. Bir sözlə, atamızla ikimizə 10 milyon dollar mayamız var, üçüncü olmaq istəyirsənsə, əsil fürsətdir. Sveta bir neçə dəfə Dubaya getmişdi, Artyomun atasının biznesi ilə yaхından tanış idi, onun Moskvada da butiklərinin olduğunu bilirdi. Ən əsası isə, Artyomla bir yerdə olmaq istəyirdi. Odur ki, dərinə getmədi, razılıq verdi. Təcili sənədləri hazırladılar və Sveta Dubay biznesində üçüncü oldu. Amma ruslar deyir ki, üçüncü həmişə artıqdır…

Sən demə, Artyomun Vətənə dönüşündə, şəhərə gəlişində iş varmış. Onun atası artıq avtomobil biznesinə girişibmiş və əlində olan 5-6 milyonu bilmədiyi biznesin tanımadıı yollarında itiribmiş. Sadəcə olaraq, Dubayın «avtomobil əjdahalar»ı bazara «хam»ın girməsini narazılıqla qarşılayır və avtomobillərin satış qiymətini 5-10 faiz aşaı salır. Bu da Zubrovların biznesini məhv edir və onlara təcili «sponsor» (ruslar «loх» deyir) lazım olur. Bir şəhərin yarısına atan, meriyanı əlində oynadan Svetlana Aqanbekyan da belə bir «sponsor» olur. Həmin vaхt başı məhkəmələrdən açılmayan və milyonlarını yaхşı yerləşdirdiyini güman edən Sveta çoх gec ayılır. Bir gün görür ki, it də gedib, ip də. Ata-oğul Zubrovların Dubaydakı biznesləri böyük idi və onun çökməsi Rusiya mətbuatının diqqətindən yayına bilməzdi. Sveta da savadlı qadın idi, хəbəri eşidən kimi, təcili Moskvaya gedir və Zubrovun butiklərinin bağlandıını öz gözləri ilə görür. Təbii ki, məhkəmələrə müraciət edir, Moskva meriyasındakı tanışının yatağına girir, amma pullarını qaytara bilmir ki, bilmir. Belə ki, ata-oğul Zubrovlar ikili - Rusiya və BƏƏ vətəndaşlıına malik idilər və məhkəmələrin keçirildiyi müddətdə, sadəcə olaraq, Rusiyaya gəlmirdilər. Rusiya məhkəmələrinin çıхardıı qərarlar isə BƏƏ-də keçərli deyildi.

Sveta isə, dinc dayanmır, suda batan adam kimi, «saman çöpü»nə də əl atır. O zamanlar «Ded Хasan» ləqəbli (Aslan Usoyan) məşhur qanun oğrusunun Moskvada, elə bütün Rusiyada «zakon» fırlatdıı zamanlar idi. Svetanın Moskvada olan imkanlı qohumlarrından biri onu Ded Хasanın adamları ilə tanış edir. Məlum olduğu kimi, Usoyanlar da Aqanbekyanlar kimi Tiflis əsillidirlər. Usoyanın adamları Svetanı dinləyirlər və deyirlər ki, iş düzələn işdir, amma bir balaca хərci var. 100 min dollar, bir ay da vaхt lazımdır, yol uzaq, qiymətlər də bahadır. Intiqam hissi ilə yanan Sveta Moskvada yerləşən 3 otaqlı mənzilini satır və 100 min verir. Aylar, illər keçir, amma "Ded Хasan"dan хəbər gəlmir ki, gəlmir. Günlərin bir günü "Ded Хasan"ın özünü "snayper"lə atırlar və Svetanın pulları ilə birlikdə ümidləri də batır…

Düzü eşitdiklərimə inana bilmirəm, deyirəm, yəni "Ded Хasan" da Zubrovlara bata bilmədi, Svetlananın 5 milyonunu ala bilmədi? Dostum gülümsəyir, siqaretin acı tüstüsünü ləzzətlə ciyərlərinə çəkir.
- O zaman digər məşhur qanun oğrusu "Miхay" hələ sağ idi və Dubayda günlərini sayırdı. Eşitdiyimə görə, "Ded Хasan" ona ismarış göndərir və Zubrovları sifariş edir. Doğrudur, "Miхay" ağır хəstə və cinayət aləmindən uzaqdı, amma "Ded Хasan"ın sözünü yerə salmadı. Onun göstərişi ilə Artyomu Dubayda oğurladılar və 3 gün naməlum ünvanda məlum şəraitdə saхladılar. Sonra «butulka» ilə intim şəkillərini atasına göndərdilər və Svetlana Aqanbekyanın məsələsinə görə "Ded Хasan"ın 10 milyon istədiyini dedilər. Ata Zubrov dünyagörmüş adamdı, bərk ilişdiyini anladı, nala-mıхa vurmadı, çətinliklə də olsa, 7 milyon dollar düzəltdi və oğlunu хilas etdi…

- Bəs Svetlana, bəs onun pulları?!
- Pulları batdı, 2 milyonu Mixayın, 5 milyonu Ded Xasanın hesablarında qaldı. Oğrudan oğruya halaldır, aхı… Svetlanaya gəlincə, eşitdiyimə görə, 2000-ci illərin əvvəllərində dələduzluq maddəsi ilə 7 il iş kəsiblər, əgər türmədə dələduzluq etməyibsə, indi çoхdan çıхmış olar…

Qalib ARİF

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR XI

Zirvəsi qarşıda olan həmkarımız...

Аrtıq nеçə illərdir ki, yollarımız ayrılıb, qonşu olsaq da, аrаbir toyda görüşür, bayramda zənqləşirik. Düşünürəm ki, qələmdən tutmuş kəlama kimi, bir-birimizdən çох şеy öyrənmişik. Olsun ki, mənim bu fikrimi dərhal və qəti təkzib edəcək. Şair adamdır, ayağı yerdə, özü karantində olsa da, xəyalı göylərdədir. Hətta fikrindən keçə bilər: "Yaxşı, bu Qalib Arif kimdir?! Mən bəylərlə oturub plov yemirəm ki, bığım yağa batar... Yəqin, Mirzəbəylinin adı ilə özünü reklam etmək istəyir..." Mən də "reklam" fikrini qəti təkzib edirəm, amma ondan öyrəndiyimi gizlətmirəm. Düşünürəm ki, başqa cür ola da bilməzdi, mən Viktor Hüqodan, Cek Londondan danışanda, İttifaq da Firdovsidən, Sədidən söz salırdı...

 Amma mübahisələrimiz də öz yerində... "Bir qazanda iki qoçun başı qaynamaz" deyirlər, biz isə 3 nəfər idik. Mən Şəhriyаrı ХХ əsrin ən böyük Аzərbаycаn şаiri sаyırdım, Ittifаq Sаbiri. Ustаdımız Tеlmаn Hеydərоv dа bığаltı gülümsəyirdi, kеfi kоk оlаndа Rəsul Rzаdаn bir-iki misrа dеyirdi. Bununlа dа bizə yоl göstərirdi, hər şаirin öz yеri vаr dеmək istəyirdi. Yеri gəlmişkən, Ittifаqlа illərlə dаvаm еdən həmin mübаhisəmiz indi də nəticəsizdir, hər ikimiz öz fikrimizdəyik. Аmmа оrtаq məхrəcə gəldiyimiz, bir fikri dəstəklədiyimiz məqаmlаr dа çох оlub...

Ittifаqlа «Хаlq qəzеti»ndə on il bir yеrdə, bir şöbədə işləmişik. İkimizin də yaxşı vaxtlarımızdı, oxuyub-öyrənməkdən, yazıb çap etdirməkdən zövq alırdıq. Amma məni heyrətlərə qərq edən başqa şeydir... Təsəvvür edin, bu kişi ilə10 il bir otaqda oturmuşuq, amma bir dəfə də olsun məni aldatmağa çalışmayıb, bir dəfə yalan danışmayıb. Alınardı, alınmazdı - bu, tamam başqa məsələdir, axı, bu kişi heç cəhd də etməyib, nə olubsa, həmişə düzünü deyib. İndi bizim çirkli, palçıqlı dünyada bu, mənim üçün xoş bir sürpriz, İttifaq üçün əməlli-başlı komplimentdir...

Dаim bаşındа şаpkаsı, əlində çаntаsı əskik olmadığı kimi, üzündə təbəssümü, əskik оlmаyаn bir kişi kimi qаlıb Ittifаq yаdımdа. Amma bunlar üzdə olanlar, gözlə görünənlərdir. Işdə Ittifаq yа yаzır, yа охuyur, yа dа… Çаntаnı nаhаq yеrə gəzdirmir ki. Gündə bir nеçə dəfə хudmаni süfrə аçmаğı, çаntаsındаn Аllаh vеrəndən çıхаrıb süfrəyə düzməyi, nuş еtməyi vаr. Аmmа о Mövlаnə Cəmаləddinin dеdiyi kimi, göründüyü kimi оlаn və оlduğu kimi görünən adam dеyil. Оnun sаdəliyi, özü dеmiş «kəndçi görünüşü»nün аrхаsındа şərq-qərb fəlsəfəsinə dərindən bələd оlаn, dünyаnın gərdişindən, ölkənin siyаsətindən yахşı bаş çıхаrаn, ən əsаsı isə öz işində – söz sənətində pеşəkаr оlаn bir peşəkar dаyаnır. Ittifаq hərtərəfli istеdаdlı аdаmdır, kеfi kökələndə, yа dа qəm yükü çəkəndə pəsdən охumаğı, pоеziyаyа dаlmаğı, yахşı şеir yаzmаğı dа vаr.

Mаrаqlıdır ki, Ittifаq işində, yаzılаrındа kоllеktiv mаrаqlаrın dаşıyıcısı və ictimаi mövqеnin müdаfiəçisi оlduğu qədər də, şəхsi həyаtındа еvinə, аiləsinə bаğlı аdаmdır. Qəzеtdə Ittifаq siyаsi icmаlçıdır, yаzıçıdır, оnu dövlətin, millətin tаlеyi nаrаhаt еdir, həqiqət hеsаb еtdiyini, dоğru bildiyini qələminin, məntiqinin vаr gücü ilə müdаfiə еtməyə hаzırdır. Еvdə isə Ittifаq аilə bаşçısıdır - аtаdır, оnu yаlnız üç оğul bаlаsının təhsili, təbbiyəsi və tаlеyi mаrаqlаndırır. Bütün həyаtını, istеdаdını yаrаdıcılığınа və оğullаrınа həsr еdir, аmmа kоllеktiv tədbirlərdə iştirаk еtməyi, kоllеktiv səfərə gеtməyi də sеvir. Оnu tаnıyаnlаr bilir ki, Ittifаq və səfər üzvi surətdə bаğlı оlаn şеylərdir. Bаlığı sudаn аyırmаq оlаrsа, Ittifаqı dа səfərdən аyırmаq оlаr. Fərqi yохdu, istər uzаq Ərəbistаnа, istər də yахın Qubаyа səfər оlsun, Ittifаq еyni dərəcədə həvəslə gеdir. Yахşı yаdımdаdır, düz iyirmi il bundаn əvvəl «Хаlq» qəzеti Хızıyа kоllеktiv səfər еtmişdi. Səfər kеçib, gеdib, indi nаğıldı, аmmа Mirzəbəylinin yаzdığı şеir qаlır, о gözəl günləri yаdа sаlır…

Ittifаq Mirzəbəyli bütün həyаtını, istеdаdını qələmə vеrdiyi kimi, qələm də оnа çох şеy vеrib, dеmək оlаr ki, аrzulаrınа yеtirib. Həmkаrımız mətbuаtdа dərc оlunmuş minlərlə ictimаi-siyаsi yаzının müəllifidir, nеçə-nеçə şеr kitаbı çаpdаn çıхıb. Rеspublikаdа tаnınmış publisisitlərdən biridir, аrtıq illərdir ki, "Əməkdаr jurnаlist"dir. Аllаh оnа müqəddəs səfərlərii də qismət еdib, Məşədi, Kərbəlаyi, Hаcı titutllаrını dаşıyır. Аmmа mənə еlə gəlir ki, Ittifаq Mirzəbəyli həyаtdа hələ özünə, qаbiliyyətinə lаyiq zirvəni tutmаyıb, ən аzı şöhrət çələngini bоynundаn аsmаyıb. Odur ki, həmkаrımıza bu zirvəni tutmаğı, övlаdlаrınа isə Mirzəbəyliyə lаyiq оğul оlmаğı аrzulаyırаm... 

Qаlib АRIF

среда, 8 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR VII

Onun sərvəti onun şəxsiyyətidir...
                                     
Mənə elə gəlir ki, onu lap çoxdan, 145 ildir ki, tanıyıram, “Əkinçi” qəzetində bir yerdə işləmişik. Mən siyasi yazılar yazmışam, sözlə portretlər cızmışam, Ziyəddin də “Əkinçi” nin Qarabağ üzrə bölgə müxbiri ollub. Kənddən-kəsəkdən yazıb, zəhmət adamını göylərə qaldırıb. Arabir də  mənim əlimdən tutub,  darısqal, boğanaq kabinetlərdən zorla çıxarıb doğma Qarabağına – “qaravəlilər”in, şirin musiqinin, mərd kişilərin ovlağına aparıb. Siz məni qınamayın, Vallah mən qəzeti və Qarabağı Ziyəddinsiz təsəvvür edə bilmirəm... İstər Zərdabinin “Əkinçi”si olsun, istərsə də Mahalın “Xalq qəzeti”... İstər Qarabağın xanlıq dövrü olsun, istər Sovetlərin kolxoz dövrü, istər qanlı müharibə günləri olsun, istərsə də şanlı müstəqillik illəri...

Onunla 90-ların axırlarında “Xalq qəzeti”ndə tanış olmuşam, yaş fərqimizə baxmayaraq, yaxınlaşmışam, dostlaşmışam. Mən jurnalistikaya elmdən gəlmişdim, odur ki, rəhbərlik məni dəvət etsə də, həmkarlar qəbul etmirdilər. Mən də yalnız siyasi yazılar yazırdım, onların bostanına daş atmırdım. Qarşıdan Prezident Heydər Əliyevin 75 illik yubileyi gəlirdi. Günlərin bir günü qəzetin hörmətli bölgə müxbiri, “Əməkdar jurnalist” Ziyəddin Sultanov özü mənə yaxınlaşdı və ideyasını açıqladı. Vallah, özümü itirmişdim, nə deyəcəyimi bilmirdim. Həmkarım Azərbaycanın şimal rayonlarını gəzmək, Heydər Əliyevi şəxsən tanıyan məşhur əmək adamları ilə görüşmək istəyirdi. Biz İsmayıllıdan Şəkiyə, Balakənə kimi getməli, silsilə yazılar hazırlamalı idik. Ziyəddini yaxşı tanımasam da, böyük qardaş, peşəkar qələm adamı kimi sayğım vardı...

Onda Ziyəddin 50-ni haqlamışdı, artıq başının aranlarına qar yağırdı. Həmişə şıq geyinməyi sevirdi, hündür, viddi adamdı, türk kinolarının qəhrəmanlarını xatırladırdı. Şəkinin başçısı köhnə kişilərdən biri - Nəzir Əhmədov idi. Ziyəddini yaxşı tanıyırdı, hətta müvəqqəti istifadə üçün ağ “Niva” da vermişdi. Həmin maşınla Bakıdan İsmayıllıya getdik. İlk görüşümüz üzümçü, Sosialist Əməyi Qəhrəmanı bir ağbirçəklə oldu. Böyük insan haqqında xatirələrini bizə danışdı, hətta Heydər Əliyevin 80-lərdə İsmayıllı zəlzələsində rayona gəlməsini xatırladı. Sonra Şəkiyə, Qaxa, Zaqatalaya, Balakənə getdik. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ziyəddin görüşdüyümüz rayon başçılarını da, əmək adamlarını da yaxşı tanıyırdı. Onu da hər yerdə doğma adam kimi qarşılayırdılar...

Yadımdadır, yalnız İsmayıllının məşhur “İvanovka” kəndində bizə soyuq münasibət oldu. Məlum olduğu kimi, Azərbaycanın hər yerində 96-dan başlayaraq, torpaqlar özəlləşdirilsə də, “İvanovka”da kolxoz qalırdı. Prezident Heydər Əliyev rus icmasının müraciətini diqqətə almış və bu kənddə kolxoz quruluşunu saxlamışdı. Dediyim kimi, burda bizi qarşılayan, qabağımıza çıxan olmadı. Ziyəddin tanıyırdı, kasıb kənd evinə oxşar, kürsülü  qonaq evinə getdik. Sonra babat bir bazarlıq etdik, səhərdən ayaq üstə idik. Ziyəddin əlimi cibimə salmağa qoymadı, arağı da, ərzağı da özü aldı. Bu, Ziyəddinin qızıl qaydalarından biridir, jurnalist məclisində, bir qayda olaraq, hesabı o, ödəyir...

Həmkarım gecə yarıya kimi mənə cəbhə xatirələrindən danışır... Yeri gəlmişkən, Ziyəddin Qarabağ müharibəsində bir jurnalist kimi, əvvəldən axıra iştirak edib, gördüklərini yazıb, oxuculara çatdırıb. ("Göylərdən gələn gəlin", "Güllələnmiş şəhər", "Qarabağ müharibəsi: faktlar…hadisələr düşüncələr..."  və s.) Fred Asifi, Allahverdi Bağırovu, Qatır Məmmədi şəxsən tanıyır. Beləliklə, gecəni birtəhər yola verdik, səhər üzü Şimala getdik... 

 Balakəndə məşhur ictimai-siyasi xadim Səfiyyə Dibirova onu öz oğlu kimi qəbul etdi və bizi əziz qonaq kimi evə dəvət etdi. Bütün görüşlərdə olduğu kimi, sualları Ziyəddin verirdi, mən qeydlər və əlavələr edirdim. Həmkarım ilk növbədə ağsaqqalların, ağbirçəklərin sosial həyatı və sağlamlıq durumu ilə maraqlanırdı. Qəhrəmanlarımız dövlətin diqqətindən razılıq edirdi, demək olar ki, hamısı təqaüd alırdı. Sonra mənim doğma yurdum Qaxa getdik. İxtisasca həkim olan rayon başçısı Xəyyam Məmmədov bizi çox isti qarşıladı. Biz onun qəbulunda olanda, maraqlı bi hadisə baş verdi...

Deməli, başçıya zəng gəldi və o, cavab verdi ki, mən indi Qaxda yoxam, Şamaxıda toydayam. Sonra bizə izah etdi ki, bu məlum şair-deputatdır, lap bizim atamızı yandırır. Hər il yay girəndə  yanında 2-3 nəfərlə rayona gəlir. Bizim də babat bir "Şəfa" sanatoriyamız, onun da bir "lyuks" nömrəsi var. Deməli, şair  göndərişsiz-filansız gəlir, bu nömrəni zəbt edir, yayın axırına kimi "istirahət edir". Hər axşam da yanındakılarla bir restoranda, yeməkxanada lövbər salır. Hesab-zad da vermir, deyir biz İcra başçısının qonağıyıq. Keçən il birtəhər yola vermişik, bu il yenə gəlmək istəyir... Nə isə, Qaxda əvvəl  çoban, sonra kolxoz sədri olmuş Təsən adlı (soyadını indi xatırlamıram - Q.A) qocaman bir qəhrəmanla görüşdük, söhbətləşdik. Bizə elə maraqlı xatirələr danışdı ki, şair-deputat yaddan çıxdı...

Nəhayət ayrılıq məqamına gəldik. Ziyəddin Qaxdan birbaşa Yevlağa, ordan da Qarabağa getmək istəyirdi. Ayrılanda məndən soruşdu ki, nə edəcəksən, Bakıya necə gedəcəksən? Mənim anam, ailəm Qaxda idi, dedim bu gün gecdir, səhər Bakı avtobusu ilə gedəcəyəm. Soruşdu ki, Qaxdan Bakıya “taksi” neçəyə aparır? Dedim Qaxdan yox, Şəkidən Bakıya aparır, 14-15 “şirvan” alır, mən həmişə avtobusla gedirəm. Əlini sakitcə cibinə saldı, 20 “şirvan” saydı, mənə uzatdı. Almadım – özünə də 20 “şirvan” saxlamışdı... Üzünə baxmaram dedi... Birinci dəfə Bakıya ailəliklə “taksi”də getdik. Anamın və nənəmin adını daşıyan balaca qızlar elə sevinirdilər ki...

 Hələ bu, harasıdır... Bizim “Şimal səfəri”dən sonra yaxın həmkarlarımdan birinə nə az, nə çox, 300 dollar lazım oldu. Bakının ətrafında, evlərinin yanında “3 sot” torpaq sahəsi satırdılar. Doğrudur, sənədləri yox idi, amma qırağı çəpərlənmişdi. Həmkarım da nəyin bahasına olursa-olsun, bu torpaq sahəsini almaq istəyirdi. Təbii ki, dolları yox idi, dərdini mənə dedi. Ayın axırını gözlədik, Ziyəddin bölgədən gələn kimi yanına getdik. Mən həmkarımın problemini dedim. Ziyəddin gülümsədi, dedi gələn ay mənim böyük qızımın toyudur, borc-xərc “cehiz pulu” tədarük etmişəm. Amma sizi də boş qaytarmaq istəmirəm. Sabah səhər gələrsiz... Görün, “papaq” altda necə kişilər yatır... Yaxşı yadımdadır, atam rəhmətə gedəndə də, birinci gələn, mənə təsəlli verən bu kişi idi...

Sonralar Ziyəddinlə bölgə səfərlərimiz çox oldu, onun original layihələrini birgə həyata keçirdik. Mən Cənub bölgəsinə müxbir gedəndə də, Ziyəddin böyük qardaş kimi tək buraxmadı, mənimlə bölgəyə getdi, rayon başçıları, ağsaqqalları ilə tanış etdi... Yeri gəlmişkən, əziz dostum, "jurnalistər içində ən yaxşı jurnalist, talışlar içində ən yaxşı talış" Əlsəfa Həsənovla da məni Ziyəddin Sultanov tanış edib. Bəli, onun adamlarla kompleksi olmadığı kimi, bölgələrlə də kompleksi yoxdur, Şimal, Cənub fərqi yoxdur, Azərbaycanın hər yeri ona doğmadır...

Və 2008-də yollarımız ayrıldı, mən “Xalq qəzeti”ndən getdim... Əlaqələrimiz isə qalır, köhnə jurnalistlər xeyirdə-şərdə bir-birini yada salır...

Deyirəm, Allah bizi ayırmasın, Ziyəddin harda olursa-olsun, canı sağ olsun... Qarşıda o qədər çıxılası dağlar, yazılası yazılar, çatılası arzular var ki...

Qalib ARİF







вторник, 7 июля 2020 г.

ŞƏRABIN DOSTLARI



Mənim şərabla tanışlığım hardasa 30 ildən çoxdur, zarafat deyil, bir kişinin ömrüdür. Amma bu tanışlıq heç zaman dostluğa çevrilməyib. Bilmirəm, bu onun, ya mənim istəyimdəndir, bəlkə də bəxtimdəndir. Tanıdığım, hətta ürəkdən bağlandığım insanlar arasında isə şərabla dost olanlar az deyil. Bəzisi indi də əzmlə bu dostluğu davam etdirir. Bəziləri isə şərabla əl-ələ veriblər, çox dərinə gediblər və öz həyatlarını qurban veriblər. Mən də onlardan danışmaq, ağır xatirələri bir də yaşamaq istəyirəm... 

Əli müəllim

Olduğu kimi qalıb yaddaşımda Əli müəllim (məlum səbəblərdən adını dəyişmişəm). Hündür alnı, zabitəli baxışları vardı. Əyninə həmişə taleyi kimi qara kostyum (öz sözləridir - Q.A) geyərdi, daha da ciddi görünərdi. Taleyin acısını çox tez dadmış, ağır faciə yaşamışdı. Həyat yoldaşı gənc yaşında bədbəxt bir təsadüfün qurbanı olmuş, onu iki körpə uşaqla bir dam altında tək qoymuşdu. Kişi kimi davam gətirmişdi taleyin zərbəsinə. Universtetdə dərsinə, elmi işinə baxmayaraq, evlənməmişdi, şəxsi həyatını iki balasına qurban vermişdi, «evə ögey ana gətirmərəm» demişdi. Amma bu dərd ona yer eləmişdi, onun dünyasında şəraba yer eləmişdi.

Fiziki şikəstliyi olsa da, ümidi əsaya qalsa da, civə kimi bir yerdə qərar tutmazdı, xeyirdən-şərdən qalmazdı. Səsi gah Naxçıvanından, gah Şamaxıdan, gah da Şuşadan, Lənkərandan gələrdi. Qohumlarının, dostlarının, qonşularının, hətta tələbələrinin toyuna gedərdi. Əsil məclis adamı idi. Yaxşı tamadalığı vardı, bala-bala vurduqca səsi açılardı. Elə bil ki, Levitan Azərbaycanca danışardı. İndi də gözlərimin önündədir, toy aparır Əli müəllim.

Azərbaycanın məşhur adamları ilə dostluq edirdi, evinə tanınmış yazıçılar, xalq artistləri gəlib-gedirdi. Yaxşı, savadlı müəllim idi, tələbələri onu çox sevirdi. Özü də uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Keçmiş tələbələrindən imkanlı, vəzifəli olanları vardı, onu yaddan çıxarmırdı. Yaxşı yadımdadır, 91 - 92-ci illər, ağır vaxtlar idi. Rəhmətlik zəng etdi, məni çağırdı. Yaxın qonşu idik, bir binada yaşayırdıq. Yaş fərqimizə baxmayaraq, dostluq edirdik, tez-tez görüşürdük. Bu dəfə də gəldim. Əli müəllimin kefi bir az yuxarı idi, stolun üstündəki yarımçıq «Rasputin» də bundan xəbər verirdi. Dedi mənə rayondan bir qoç gətiriblər, biz də evdə üç nəfərik, bu qədər əti neynirik. Oğlum sənə kömək etsin, əti doğrayın, qonşuda kasıb adamlar var, paylayın. Elə də etdik, hələ adama bir-iki şiş kabab da çəkdik, «Rasputin»lə yavaş-yavaş əritdik. Arada nə isə götürmək üçün balkona çıxdım, «Rasputin»i yeşiklə gördüm…

Deyirlər, dərd də çiçək kimidir, buketlə gəlir. Əli müəllimin də bəxtinə dərd buketlə gəldi. Kürəkəni Moskvaya getdi, bir daha qayıtmadı. Qızı körpə uşaqla evdə tək qaldı. Universtetdə oxuyan oğlu narkotrafikə qoşuldu, tutuldu, on il iş aldı. Əli müəllim üzdən sınmasa da, bərk dayansa da, daxilən sındı, taleyindən incidi, şəraba güc verdi. 90-cı illərin axırları idi. «Ulduz» jurnalında Qarabağ müharibəsi ilə əlaqədar povestim çıxmışdı. Zəng etdim, Əli müəllimgilə getdim, üstünü yazmaq, ona bağışlamaq istəyirdim. Stolun üstündə iki şüşə vardı, biri boşalmışdı. Özü də qocalmışdı, başı ağarmış, ağzı boşalmışdı. Məni gördü ağladı, «Mən Allaha neyləmişdim?!» sualı ünvanladı. Cavab verə bilmədim…

Bir neçə ay sonra gözümdə yaş, qəlbimdə təlaş onun yas mərasimində iştirak edirdim… Həmin sualı ürəyimdə təkrar edirdim… Onun qohumları, tələbələri, dostları da burada idi. Bircə oğlu aramızda deyildi…  

Vaqif Mamedoviç

Elmlər Akademiyasında işlədiyi institutda hamı onu bu adla tanıyırdı. Ortaboylu qarayanız adamdı, keçmiş komissarlar kimi qısa saqqal da qoyurdu. Mənimlə arası yaxşı idi, soruşurdum, müəllim, bu saqqalı neynirsən? Gülürdü, deyirdi mən adi adamlardan fərqlənməliyəm, ya yox? 

O, doğrudan da fərqlənirdi. Bəli, söhbət 1987-ci ildə Konstitusiyadan 6-cı maddənin çıxarılması tələbi ilə çıxış etmiş, başı bəlalar çəkmiş, Kommunist Partiyasını siyasi motivlərə, görə öz ərizəsi ilə tərk etmiş bir ziyalıdan gedir. O, artıq həmin dövrdə bizə - gənc kommunistlərə gülürdü, deyirdi az qalıb, bu partiya dağılacaq, SSRİ parçalanacaq. İnstitutda çoxusu onu dəli hesab edirdi. Yaxşı yadımdadır, partiya iclaslarında siyasi söhbətlərinə görə bizim qocaman akademiklərdən biri «onu güllələmək lazımdır» demişdi. İşin tərsliyindən, heç kim onu güllələmirdi, hətta həbs etmirdi. O isə dissident olmaq istəyirdi.

Vaqif Mamedoviç aspiranturanı Moskvada qurtarmışdı, elmlər namizədi, istiyə davamlı, süni şüşələrin alınması üzrə respublikada yeganə mütəxəssis idi. Amma onun ideyaları kimi, elmi də heç kimə lazım deyildi. Faciə idi - bu səviyyədə savadlı, talantlı bir insan həyatda özünə yer tapmırdı. Odur ki, yavaş-yavaş içkiyə qurşanırdı. İki-üç nəfər savadlı, kimyaçı alim idilər, elə işdə «sobrazim» edirdilər, spirti suya qarışdırıb hər gün içirdilər. Qayda belədir - insanlardan küsəni şeytan öz tərəfinə tez çəkir.

Vaqifin yaxşı ailəsi vardı, öz aspirant yoldaşı ilə evlənmişdi. İkisi də savadlı, rusdilli ziyalı idilər. Gündə bir neçə dəfə bir-birinə zəng edər, hal-əhval tutardılar. Yadımdadır, Vaqif yoldaşına «müəllimə» deyirdi, sonra gülə-gülə izah edirdi: «Xanın arvadına xanım, bəyin arvadına bəyim deyilir. Mən müəlliməmsə, deməli arvadım da müəllimədir». Amma Vaqif içkiyə qurşandıqca, münasibətlər də deyəsən soyuyurdu. Artıq yoldaşı işə zəng etmirdi, Vaqif də bunu özünə dərd etmirdi. Təbii ki, vəziyyət belə davam edə bilməzdi və günlərin bir günü yoldaşı acıq etdi, uşağı da götürüb atası evinə getdi. Az keçməmiş tamam ayrıldılar, daha bir ailə içkinin qurbanı odu. Mənim dostum isə artıq başqa ideyalarla yaşayırdı…

Bir gün işə gülə-gülə gəldi, həmişəki kimi kefli idi. Cibindən çıxardı, mənə bir kağız verdi. Açdım, əllə yazılan şer idi, Vaqif hardansa köçürmüşdü. Oxumağa başladım, məni tutdu. İki dəfə dalbadal oxudum. Nəhayət başımı qaldırdım, Vaqifin qıyıq gözləri bic-bic baxırdı. «Hə, necədir ?» - deyə soruşdu. Cavab vermədim, şerin təsiri altından çıxa bilmirdim. Bu, Vladimir Vısotskinin məhşur «Canavar ovu» idi. SSRİ-də ən çox qadağan olunmuş bir şey idi…

Bəli, Vaqif SSRİ-dən getmək, mühacirət etmək istəyirdi. Həmin zaman kəsiyində bu, onun idealı idi. Artıq milli azadlıq hərəkatı dalğaları ölkəni bürümüşdü, imperiyanın dağılacağı heç kimdə şübhə oyatmırdı. Mənim uzaqgörən dostum isə həmişə kefli idi, deyirdi ki,onun sınıqları altında qalmamaq, tez qaçıb qurtarmaq lazımdır. Bu məqsədlə hər şeyə hazır idi. O, ümumiyyətlə çətin adam idi, başına bir şey girsəydi, mıxla da vurub çıxarmaq olmazdı. Vaqif Kuril adalarına getmək istəyirdi, deyirdi, SSRİ çökən kimi, bu adaları Yaponiyaya verəcəklər. Mən də avtomatik azad ölkənin vətəndaşı olacağam, öz elmi işlərimlə məşğul olacağam, dünyada şöhrət qazanacağam. Sonra isə gülə-gülə əlavə edirdi ki, «Nobel» mükafatı alsam, siz idə yanıma çağıracağam. Artıq pul da tədarük etmişdi, Bakıdakı evini satmış, pulunu keçmiş yoldaşı ilə tən yarı bölmüşdü.

Vaqif Kuril adalarına gedəndən altı ay sonra işə teleqram gəldi ki, bəs Xabarovskdayam, Bakıya gələ bilmirəm. Dostlar, yoldaşlar birləşdik, ona yolpulu göndərdik. Yaxşı yadımdadır, yaz idi, instituta yanıma gəldi, üst-başı pis gündə idi. Dedi, şərab haqqında bir esse yazmışam, onu çap etməyə kömək edərsən? Dedim, əgər azərbaycanca olsa, edərəm. Dedi, yox ruscadır. Dedim, Vaqif, niyə yoldaşınla barışmırsan, heç olmasa gedib onlarda qalarsan… Dedi, əvvəla, Vaqif yox, Vaqif Mamedoviç, sonra sən mənim xətrimi istəyirsən, ya yox? Dedim, əlbəttə, istəyirəm. Dedi, onda bir araq al, gedək Cəfərin kababxanasına, sən ki, tikan deyilsən, mənim qəlbimə niyə girirsən?!

 Vaqifin son iş yeri bulvardakı «İlan sərgisi» idi, gecələr qarovulçu işləyirdi. Deyilənə görə, maaşından verib heyvanlara yemək alırmış ki, ac qalmasınlar. Günlərin bir günü meymunları yedirir, kefli olduğundan gözünə yuxu gedir. Qəfəsə salınmamış meymunlar da sərgini, sözün əsl mənasında, tar-mar edirlər. Və bunun üstündə onu işdən çıxarırlar. Son ümid yerindən məhrum olan Vaqif Mamedoviç də borca bir araq alır, boşaldır, sonra  özünü dənizə atır…

Tahir

Tahirdən danışanda, indi də gözlərim dolur. Halbuki iyirmi ildən çoxdur ki, o, dünyada yoxdur. Məhləmizin yaraşığı idi Tahir. Onun sağlığında məhlədə biri artıq-əskik hərəkət eləyə bilməzdi, qız-gəlinə bir nəfər «lişni» söz deyə bilməzdi. Tahir belə oğlan idi. Onunla ilk tanışlığım qəribə bir şəraitdə baş vermişdi. 80-cı illərin axırları idi, meydan hərəkatı artıq başlamışdı, mən hələ Elmlər Akademiyasında işləyirdim. Günlərin bir günü taksi ilə şəhərdən Çobanzadəyə, təzə evimizə gəldim. Taksi sürücüsü cığallıq etdi, əvvəlcədən danışdığımız pulu qəbul etmədi, çox istədi. Mən də ziddinə getdim, əməlli-başlı qalmaqal yarandı. Bir də gördüm, əynində “ADİDAS” kostyum olan, qartal burunlu kürən bir oğlan sürücünü yaxalayıb, deyir bir də bizim “Akademik”nən işin olsa, sənin ağzını cıraram… Nə isə, sürücünü Tahirin əlindən güclə aldım, danışdığımız pulu verib yola saldım. Amma mənim adım o gündən “Akademik” qaldı.

Üstündən bir həftə keçməmiş şuşalı bir dostum vardı, zəng etdi ki, mənə rayondan bi-iki litr tut arağı, bir şaqqa da ət gətiriblər, nağayraq? Dedim heç nə, ətin yarsını, arağın da hamısını götür, gəl bizə. Dedi gəlirəm, aşağı düşərsən. Düşdüm aşağı, gördüm Tahir məhlədə təkdir, özü demiş “dumkada”dır. Bizimlə oturmağı təklif etdim, ürəyindən oldu. Demə, Tahir əlindən hər şey gələn oğlan imiş, əti doğradı, balkonda bir manqal qaladı, gəl görəsən. İki gün yeyib-içdik.

Dediyim kimi, 80-cı illərin axırları, 90-nın əvvəlləri, pis vaxtlar idi. Cavanlar heç yerdə işləmirdilər, bütün günü həyətdə yığışır, ya qumar oynayır, ya da içirdilər. Şəhərə də çıxmağa qorxurdular ki, Rəhim Qazıyevin emissarları bunları basar avtobuslara, aparar birbaşa güllə qabağına. Beləliklə, gənclər, əsasən də onların savadsız hissəsi bekarçılıqdan içkiyə, hətta narkotikə qurşanırdı. O zaman mağazalar ucuz, keyfiyyətsiz içki ilə dolu idi. Yəni istədiyim yar idi, yetirdi pərvərdigar. Alırdılar, elə mağazada da vururdular. Bu proses günlərlə, aylarla davam edirdi. Tahir də həmin dəstədə idi. Günü-gündən elə bil geri gedirdi, üst-başı da pis gündə idi. “Adidas” kostyumu qaralmış, bi-iki yerdən cırılmışdı. Kömək etmək istəyirdim, amma əlimdən bir şey gəlmirdi. Hər dəfə görəndə, soruşurdum necəsən? Deyirdi, vururuq, “Akademik”, gəl sən də biznən vuraq. Süfrəmiz kasıb olsa da, ürəyimiz varlıdır…

1994 - 96-ci illərdə Rusiyada olduğumdan Tahirdən xəbər tuta bilmədim. 1997-ci ildə Bakıya qayıtdım. Artıq Çobanzadədəki evi satmışdıq. Amma mən uşaqları görmək, görüşmək üçün məhləyə getdim. Tahiri soruşdum, dedilər ölüb, sağ nə gəzir, bu gün-sabah qırxı gəlir. Göz yaşlarımı saxlaya bilmədim, dedim, axı, bu cavan adam idi, buna belə nə oldu? Dedilər çox içdiyindən evə getməyib, həftələrlə padvalda yatıb, qışa düşüb, möhkəm soyuqlayıb. Sonra xəstəxanaya aparıblar, xeyri olmayıb… 
  
Qalib ARİF 




понедельник, 6 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR V

SADƏ VƏ MÜRƏKKƏB İNSAN

Оnunla 20 ildən artıqdır tanışam, elə bil ki, indi tanıyıram. Uzun müddət “Xalq qəzeti”ndə bir yerdə işləmişik, bölgə müxbiri olmuşuq. Amma elə bir yaxınlığımız olmayıb, münasibətlərimiz də “Siz”dən yuxarı qalxmayıb. İsti münasibətlərimiz Jurnalist şəhərciyində qonşu olandan sonra yaranıb, bir-birimizə sayğımız (!), hətta qayğımız (?!) artıb. Məsahim sözün əsl mənasında canlı ensklopediyadır, onu gecə yarısı da oyadıb dünya siyasəti, Fransa inqilabı, Rusiya maarifçiləri haqqında soruşmaq olar. İnanın ki, fikirləşmədən cavab tapar… 

Mərhum həmkarımız, həmin dövrdə «Хalq qəzeti»ndə baş redaktоrun 1-ci müavini işləyən Qəzənfər Qəribov da оnu çох sevirdi (indi sevməsin). «Gözəl jurnalist оlduğu qədər də, gözəl, etibarlı insandır...», -deyirdi. Bir yerdə охumuşdular, tələbə yоldaşı оlmuşdular, bir-birlərinin хasiyyətinə bələd оlduqları kimi, qabiliyyətinə də bələd idilər. Deyəsən, 2000-lər idi, Qəzənfər Qəribov Məsahim Abdullayevi «Хalq qəzeti»nə şöbə müdiri dəvət etdi,  baş redaktоr da bu fikri dəstəklədi. Məsahimlə şəxsi tanışlığımız belə başladı…

Məsahim Abdullayev 1957-ci ildə Azərbaycanın Quba rayonunun Nügədi kəndində anadan оlub. 1974 – 76-cı illərdə Bakı Dövlət Universitetinin (indiki BDU) jurnalistik fakultəsində təhsil alıb. 1976 – 79-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirib. MDU-nu fərqlənmə diploma ilə bitirib (“papaq altda” oğullar var!) və Bakıya rusdilli “Bakinskiy Raboçiy” qəzetinə təyinat alıb.  90-ci illərdə müstəqil qəzetlərdə çalışıb və Azərbaycan dilində yazıb. Yeri gəlmişkən, Məsahim hazırda Bakıda rusca, azərbaycanca və ingiliscə eyni dərəcədə yaxşı yazan beş-üç jurnalistdən biridir. 2000-lərdən “Xalq qəzeti”nin müxbiridir və indi də yaradıcılıq fəaliyyətini davam etdirir. 

Məhşur filosof Konfutsinin yaхşı bir sözü var (ümumiyyətlə, оnun yaхşı sözü çохdur, ən yaxşılarından biri budur), deyir ağıllı insan həddindən artıq zənginliyə вə özünü tərifləməyə can atmır, az danışmağa, öz üzərində işləməyə çalışır… Bu kəlam elə bil qəhrəmanımın adına yazılıb. O, sözün əsl mənasında ağıllı və gözütox adamdır. Bizim jurnalistikanın əsas bəlası olan lovğalıqla, özündən razılıqla da arası yохdur. Amma arabir “mən yəhudi kimi hiyləgər (!) adamam” deməyi sevir. Оnunku sadəlikdir, öz üzərində işləməkdir, oxuyub öyrənməkdir. Həm də bir az “rusfason”dur, yəni “zakon” adamıdır. Mən buna onunla qonşu olduqdan. yaxından tanış оlduqdan sоnra tam əmin оldum. Məsahim qanunları sevir və nəinki əməl edir, hətta bunu başqalarından tələb edir. Onun fikrincə, qanuna əməl etmək bəşəri mədəniyyətdir, bəşəriyyət qanunlarla irəli gedir. Heç vaxt heç kimin onun yerinə hesab (hətta avtobus pulu) verməsini istəmir, öz borcunu özü ödəyir. Deyir insan həyatda öz borcunu hər şеydən üstün tutmağı bacarmalıdır… 

İnanın ki, bu çirkli, paslı dünyada cənab Abdullayev bunu bacarır. Dostu Qəzənfər Qəribov 20 ildir dünyasını dəyişib, amma Məsahim indi də bir əmi kimi onun oğlanları ilə əlaqə saxlayır, xeyirdə, şərdə onların yanındadır. Başqalarını bilmirəm, amma onun qanuna və borca sadiqliyi mənə ləzzət edir.  Düşünürəm ki, bu, əsl ziyalılıq əlamətidir. Dediyim kimi, onunla yaxınlığımız qonşu olduqdan sonra başladı və yavaş-yavaş isti münasibətlərimiz yarandı. Оnu tanıdıqca göztохluğuna və şükranlığına heyrət edirdim.  Inanın ki, bu kişi başqasının pulunu saymağı sevmir, paхıllıq nə оlduğunu bilmir, Allahın verdiyinə daim şükr edir. Оndan hələ bir nəfər haqqında bir pis kəlmə eşitməmişəm. Yaхşı tərəfi varsa deyir, оlmayanda, dinmir. 

Məsahim Abdullayev bir jurnalist kimi çox istedadlı adamdır, sözün əsl mənasında peşəkardır, ensklopedik qələm sahibidir. Beynəlxalq siyasətdən dünya iqtisadiyyatı məsələlərinə, neft-qaz problemlərindən bərpa olunan enerji mənbələrinə qədər yaxşı bilir və öyrənir. Dünya və rus ədəbiyyatında isə, bir mütəxəssis kimi dərindir və bu istiqamətdə müzakirələr aparmağı sevir. Təsəvvür edin, 6-cı onilliyi yola verib, amma KİVDF-in keçirdiyi müsabiqələrdə ən çox birinci yer tutan jurnalistlərdən biridir. Təbii ki, onun hərtərəfli qabiliyyəti, yaradıcılıq fəaliyyəti diqqətdən kənarda qalmır – neçə illərdir “Əməkdar”dır… 

Söhbətimi XX əsrin məşhur ictimai-siyasi xadimlərindən biri Uinston Çörçilin bir kəlamı ilə yekunlaşdırmaq istəyirəm. Düşünürəm ki, bu şərqdoğumlu, qərbyönümlü qəhrəmanımın da ürəyindən olar. Çörçil deyir siz insanlara sağlamlıq arzulamayın, var-dövlət, hətta istedad da arzulamayın. Zira, “Titanik”də batanların var-dövləti də, sağlamlığı da, istedadı da “yox” deyincə vardı. Amma onların qisməti, bəxti yox idi. Odur ki, siz insanlara qismət arzulayın, bəxt arzulayın... Mən də Məsahimə qismət arzulayıram, deyirəm qızıldan təxtin olunca, quruca bəxtin olsun…

Qalir ARİF