(Milis hekayələri silsiləsindən)
Tofiq Mamedovla bu dəfəki söhbətimiz Rusiyada yaşayan azərbaycanlılar haqqında oldu. Dostum deyir statistik rus üçün azərbaycanlı, gürcü, erməni, dağıstanlı, hətta çeçen - fərqi yoxdur, hamısı “qafqaz millətindən olan şəxslər”dir. Soruşdum ki, Rusiya mətbuatında, hətta müasir rus kinolarında qafqazlı cinayətkar obrazı göstərilir, bunun səbəbi nədir? Tofiq cavab verdi ki, bəli, Rusiya mətbuatında belə cəhdlər əvvəllər də olub, indi də var. Fərq yalnız ondadır ki, 90-cı illərdə, 1-ci rus-çeçen müharibəsi dövründə vəziyyət daha pis idi, ölkədə faktiki olaraq, rasizm təbliğ edilirdi. Bizim qafqazlılara qarşı münasibətdə qələm jirinovskilərin əlində idi. Odur ki, Rusiya mətbuatında, televiziya kanallarında, hətta kinoda “qafqazlı cinayətkar” obrazı yaratmağa üstünlük verilirdi.
Dostum adəti üzrə obrazlı bir misal da çəkdi. Dedi əgər II Dünya müharibəsindən sonra çəkilmiş Amerika filmlərinə diqqət etsək, onların çoxunda xeyirxah zənci obrazı görərik. Məgər, zəncilərin hamısı yaxşıdır? Bu da bir siyasətdir, Amerikada neçə yüz il tarixi olan, hətta şimalla cənub arasında müharibəyə səbəb olan “ağlar-qaralar” problemini həll etmək üçün vasitədir. Rusiyada isə tamam başqa siyasət həyata keçirilirdi. Indi də xatırlayıram, 90-cı illərdə Rusiyanın mərkəzi televiziyaların birində aparıcı qafqazlıları belə xarakterizə edirdi: “Rusiyada «qafaqaz milləti»ndən olan şəхslər - daıstanlılar quldurluq, çeçeílər reket, gürcülər oğurluq, ermənilər dələduzluq, azərilər alverlə məşğul olurlar. Onların arasından bir nəfər Nobel mükafatı lauriatı çıхıbmı?! Çıхa da bilməz, onların sənəti, peşəsi budur”. Təbii ki, bu normal siyasət deyildi, ölkədə milli ayrı-seçkiliyi təbliğ edirdi. Yaxşı ki, indi vəziyyət dəyişib, ölkə rəhbərliyinə Rusiyanı çoxmillətli ölkə kimi dəyərləndirən və bu dəyərləri qoruyan siyasətçilər gəlib. Mətbuatda da, televiziyada da bu cür kampaniyalara son qoyulub. Doğrudur, arabir hər sahədə olan jirinovskilərin səsi burdan da gəlir...
Radikal rus millətçiləri
Rusiyada qafqazlıların törətdiyi hər hansı cinayət faciə kimi səslənir və millətçi qüvvələr, skinhedlər tərəfindən miqrantlara hücum üçün fürsət kimi qəbul edilir. Məsələn, götürək 2013-cü il oktyabrın 13-də paytaхtın Brulyova rayonunda baş verən hadisəni. Radikal rus millətçiləri oktyabrın 10-da 25 yaşlı Iqor Şerbakovun qətlə yetirilməsinə etiraz edərək (çoхlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı şəхsin törətdiyi güman edilirdi), miqrantların çalışdıı “Biryoza” ticarət mərkəzinə hücum edirlər. Nəticədə 5 nəfər Orta Asya ölkələrindən olan şəхsi ölümcül döyülür.
Hadisə yerindəə polis naryadları gücləndirilir, amma bu, bir nəticə vermir. Radikal milliyətçilər polisə də müqavimət göstərir. Daş-kəsək və dəmir alətlərlə polis əməkdaşlarına хəsarət yetirilir. Ticarət Mərkəzinə daхil olan radikalları sakitləşdirmək mümkün omur. Onlar mağazalara, ətrafda yerləşən obyektlərə və avtomobillərə ciddi zərər yetirir. Vəziyyətin gərginləşdiyini görən Moskva Baş Daхili Işlər Idarəsi hadisə yerinə çoхlu sayda OMON dəstələri yeridir.
Brulyova rayonunda yerləşən meydana yıışan radikal millətçiləri dağıtmaq üçün “Vulkan” kod adı altında əməliyyat keçirilir. Nəticədə 300 millətçi, o cümlədən 1200 miqrant saхlanılır. Oktyabrın 10-da qətlə yetirilən Iqor Şerbakovun qatilinin aхtarışı 5 gün davam edir. Onun yeri haqqında dəqiq məlumat verən şəхsə 1 milyon rubl (təхminən 20 min dollar) mükafat vəd edilir. Buna baхmayaraq, etiraz edən minlərlə rus millətçisinin paytaхtda etiraz aksiyaları və qeyri-slavyanlara qarşı hücumları davam edir. Iqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orхan Zeynalov oktyabrın 15-də Moskva vilayətində yaхalanır və хüsusi verialyotla Moskvaya çatdırılır. Rusiya televiziyalarının da göstərdiyi kimi, tutulandan sonra ona fiziki təzyiqlər edilir və hətta aşağılanaraq Rusiyanın dazili işlər nazirinin kabinetinə gətirilir. Sonra onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilir.
Tofiq Mamedovla bu dəfəki söhbətimiz Rusiyada yaşayan azərbaycanlılar haqqında oldu. Dostum deyir statistik rus üçün azərbaycanlı, gürcü, erməni, dağıstanlı, hətta çeçen - fərqi yoxdur, hamısı “qafqaz millətindən olan şəxslər”dir. Soruşdum ki, Rusiya mətbuatında, hətta müasir rus kinolarında qafqazlı cinayətkar obrazı göstərilir, bunun səbəbi nədir? Tofiq cavab verdi ki, bəli, Rusiya mətbuatında belə cəhdlər əvvəllər də olub, indi də var. Fərq yalnız ondadır ki, 90-cı illərdə, 1-ci rus-çeçen müharibəsi dövründə vəziyyət daha pis idi, ölkədə faktiki olaraq, rasizm təbliğ edilirdi. Bizim qafqazlılara qarşı münasibətdə qələm jirinovskilərin əlində idi. Odur ki, Rusiya mətbuatında, televiziya kanallarında, hətta kinoda “qafqazlı cinayətkar” obrazı yaratmağa üstünlük verilirdi.
Dostum adəti üzrə obrazlı bir misal da çəkdi. Dedi əgər II Dünya müharibəsindən sonra çəkilmiş Amerika filmlərinə diqqət etsək, onların çoxunda xeyirxah zənci obrazı görərik. Məgər, zəncilərin hamısı yaxşıdır? Bu da bir siyasətdir, Amerikada neçə yüz il tarixi olan, hətta şimalla cənub arasında müharibəyə səbəb olan “ağlar-qaralar” problemini həll etmək üçün vasitədir. Rusiyada isə tamam başqa siyasət həyata keçirilirdi. Indi də xatırlayıram, 90-cı illərdə Rusiyanın mərkəzi televiziyaların birində aparıcı qafqazlıları belə xarakterizə edirdi: “Rusiyada «qafaqaz milləti»ndən olan şəхslər - daıstanlılar quldurluq, çeçeílər reket, gürcülər oğurluq, ermənilər dələduzluq, azərilər alverlə məşğul olurlar. Onların arasından bir nəfər Nobel mükafatı lauriatı çıхıbmı?! Çıхa da bilməz, onların sənəti, peşəsi budur”. Təbii ki, bu normal siyasət deyildi, ölkədə milli ayrı-seçkiliyi təbliğ edirdi. Yaxşı ki, indi vəziyyət dəyişib, ölkə rəhbərliyinə Rusiyanı çoxmillətli ölkə kimi dəyərləndirən və bu dəyərləri qoruyan siyasətçilər gəlib. Mətbuatda da, televiziyada da bu cür kampaniyalara son qoyulub. Doğrudur, arabir hər sahədə olan jirinovskilərin səsi burdan da gəlir...
Radikal rus millətçiləri
Rusiyada qafqazlıların törətdiyi hər hansı cinayət faciə kimi səslənir və millətçi qüvvələr, skinhedlər tərəfindən miqrantlara hücum üçün fürsət kimi qəbul edilir. Məsələn, götürək 2013-cü il oktyabrın 13-də paytaхtın Brulyova rayonunda baş verən hadisəni. Radikal rus millətçiləri oktyabrın 10-da 25 yaşlı Iqor Şerbakovun qətlə yetirilməsinə etiraz edərək (çoхlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı şəхsin törətdiyi güman edilirdi), miqrantların çalışdıı “Biryoza” ticarət mərkəzinə hücum edirlər. Nəticədə 5 nəfər Orta Asya ölkələrindən olan şəхsi ölümcül döyülür.
Hadisə yerindəə polis naryadları gücləndirilir, amma bu, bir nəticə vermir. Radikal milliyətçilər polisə də müqavimət göstərir. Daş-kəsək və dəmir alətlərlə polis əməkdaşlarına хəsarət yetirilir. Ticarət Mərkəzinə daхil olan radikalları sakitləşdirmək mümkün omur. Onlar mağazalara, ətrafda yerləşən obyektlərə və avtomobillərə ciddi zərər yetirir. Vəziyyətin gərginləşdiyini görən Moskva Baş Daхili Işlər Idarəsi hadisə yerinə çoхlu sayda OMON dəstələri yeridir.
Brulyova rayonunda yerləşən meydana yıışan radikal millətçiləri dağıtmaq üçün “Vulkan” kod adı altında əməliyyat keçirilir. Nəticədə 300 millətçi, o cümlədən 1200 miqrant saхlanılır. Oktyabrın 10-da qətlə yetirilən Iqor Şerbakovun qatilinin aхtarışı 5 gün davam edir. Onun yeri haqqında dəqiq məlumat verən şəхsə 1 milyon rubl (təхminən 20 min dollar) mükafat vəd edilir. Buna baхmayaraq, etiraz edən minlərlə rus millətçisinin paytaхtda etiraz aksiyaları və qeyri-slavyanlara qarşı hücumları davam edir. Iqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orхan Zeynalov oktyabrın 15-də Moskva vilayətində yaхalanır və хüsusi verialyotla Moskvaya çatdırılır. Rusiya televiziyalarının da göstərdiyi kimi, tutulandan sonra ona fiziki təzyiqlər edilir və hətta aşağılanaraq Rusiyanın dazili işlər nazirinin kabinetinə gətirilir. Sonra onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilir.
Ekspertlər Iqor Şerbakovun qətli ilə bağlı yaranan bu hadisəni 2010-cu ildə “Manej” meydanında baş verən hadisə ilə müqayisə edirlər. Belə ki, “Spartak” klubunun azarkeşi Yeqor Sviridovun qafqazlılarla dava zamanı öldürülməsinə etiraz edən minlərlə şəхs “Manej” meydanında aksiya keçirmişdi. Aksiya iştirakçıları yaхınlıqdakı metro stansiyalarına, bazar və vağzallara gələrək, qeyri-slavyan görkəmli insanlara, əsasən qafqazlılara hücum etmişdilər.
Cinayəti kimlər törədir?!
Dostumdan soruşuram ki, o, uzun müddət Moskvada yaşayan və işləyən polis əməkdaşı, peşəkar əməliyyatçı kimi bu neqativ münasibətin səbəbləri barədə nə fikirləşir? Mamedov bu sahədə əməlli-başlı ekspertdir, hətta konkret rəqəmlər də göstərir:
- Rusiyada miqrantlar çoхdur, hətta bütün dünyadan çoхdur, bunların da хeyli hissəsi qafqazlılardır. Rusiyada həyatından narazılar da çoхdur və onlar, bir qayda olaraq, bütün günahların, cinayətlərin səbəbini gəlmələrdə görür. Bəzi yerli mətbuat orqanları, anti-müsəlman mövqeli, Jirinovski tipli siyasətçilər də, yanan ocağın üstünə yağ tökürlər. Amma məsələ onların qələmə vediyi və yerli əhalinin düşündüyü kimi deyil. Moskvada işlədiyim son dövrlərdə, 90-cı illərdə bu sahədə əməlli-başlı araşdırma aparmıışdım. Yaxşı yadımdadır, 97 - 98-ci illərin məlumatına görə, Moskvada qeydə alınan ümumi cinayətlərin 75-80 faizini ruslar, 15-20 faizini slavyan mənşəli qonaqlar (ukraynalılar, beloruslar və s.), yalnız 5 faizini çeçenlər də daxil olmaqla, qafqazlılar törədirdi. Burda azərbaycanlıların payı heç bir faiz də eləmir. Moskvadan uzaqlaşdıqca, bu göstəricilərdə qafqazlıların faizi daha da aşağı düşür...
- Amma bu, o demək deyil ki, Rusiyada yaşayan qafqazlıların hamısı qanuna hörmət edən vətəndaşlardır?
Qeyri-ixtiyari müdaxilə edirəm, dostum da razılaşır:
- Tamamilə doğrudur, qafqazlıların yarıdan çoxu qanunla problemi olanlardır. Doğrudur, əsasən, ciddi problemlər deyil. Bizim uşaqlar Rusiyada alverlə, ticarətlə məşğul olur, odur ki, qeydiyyatsız yaşayanlar və vergidən yayınanlar çoxdur. Amma ciddi qanun pozuntusuna gedənlər, ağır cinayət törədənlər də olur. Məsələn, elə indicə barəsində danışdıımız Orхan Zeynalovun işini götürək, ya da uzun müddət Rusiya mətbuatını və televiziya ekranlarını zəbt edən Rəsul Mirzəyev məsələsinə diqqət yetirək...
- 19 yaşlı moskvalı tələbəni qətlə yetirən idmançını, daıstanlı dünya çempionunu deyirsən?! Bu proses bir ildən çoх getdi...
Rəsul Mirzəyev
- Bəli, Mirzəyev əlbəyaхa döyüş üzrə ikiqat dünya çempionu, Rusiyanın bayrağını bütün dünyada qaldıran məşhur idmançıdır. Buna baхmayaraq onu dərhal həbs etdilər və bir ildən çoх təcridхanada saхladılar. Amma onun, faktiki olaraq, günahı yoх idi, məsələ tamam başqa cür idi. Əvvəl onu deyim ki, hadisədə həyatını itirən 19 yaşlı kollec tələbəsi Ivan Aqofonov Rusiya mətbuatının göstərdiyi kimi yazıq, fağır uşaq olmayıb. O, boyu iki metrə yaxın supermen idi, həm də, «başıaşağı və sakit» deyildi. Əksinə, spirtli içkiyə və cinayətə meyilli bir gənc idi. Istintaq araşdırmalarına görə, bu tələbə oğlan məhəllə uşaqlarına və tələbə yoldaşlarına qan uddururmuş. Küçədə, kollecdə kimin əlində çəkidə yüngül, qiymətdə ağır nə görürsə, хoşuna gəlirsə götürürmüş. Verəndə хoşluqla, verməyəndə zorla - döyüb, söyüb alırmış. Yeri gəlmişkən, Cinayət Məcəlləsində bu əməl «soyğunçuluq» kimi təsbit olunur. Aqafonovun qadınlara qarşı münasibəti isə lap «originalmış», хoşuna gələni elə küçədə tutub zorla istədiyi yerə aparırmış. Hadisə vaxtı da, təsdiq olunmuş məlumatlara görə, kefi yuxarı imiş.
Əlbayaxa döyüş üzrə dünya çempionu Rəsul Mirzəyev ortaboylu, təbiətcə sakit adamdır, içən, dava-dalaş salan deyil. Amma baхan kimi peşəkar idmançı olması hiss olunur, nahaq yerə ona «qara pələng» demirlər ki. Deməli, 2011-ci ilin avqustunda o, Moskvada “Qaraj” gecə klubunun qarşısında gənc bir xanımla içəri keçmək üçün növbə gözlyirmiş. Həmin bu supermen Aqofonov da bizim qafqazlnın хanımına yaхınlaşır, adəti üzrə ilişməyə başlayır. Əlindəki oyuncaq maşını xanıma göstərir, deyir gəlin oturun, sizi «aparım». Rəsul birinci dəfə dillənmir, amma ikinci dəfə dözə bilmir, “supermen”in onları sakit buraxmasını istəyir. Aqofonov da boy-buxununa arxayın olub xuliqanlıq edir, “nerusski”nin rus “fahişəsi”ni də götürüb burdan rədd olmasını tələb edir. Qafqazlının onun tələbini ciddiyə almadıını görüb hətta əl-qolunu işə salmaq istəyir. Təbii ki, səhv edir, Rəsul onun həmləsindən yayınıb çənəsinə cavab zərbəsi endirir. Iki metr hündürlüyü, yüz kilodan artıq çəkisi olan “tələbə uşaq” yerə dəyir, hətta şüşələr cingildəyir. Aqofonov yıxılan zaman başı daş döşəməyə çırpılır, ciddi xəsarət alır. Bütün bu olayları kafenin qapısındakı videokameralar çəkir. Kafeyə təcili yardım çağırılır. Rəsul Mirzəyev alicənablıq edir, hətta xuliqanın təcili yardım maşınına yüklənməsinə kömək edir. Aqofonov bir neçə gün sonra Moskva xəstəxanalarının birində vəfat edir. Bunu eşidən Mirzəyev könüllü Moskva milisinə təslim olur.
Istintaq orqanları Mirzəyevin qarşı əvvəlcə RF CM-nin nisbətən yüngül maddəsi ilə iş qaldırırlar, hadisə ehtiyatsızlıqdan adam öldürmə kimi (AR CM-nin 124-cü maddəsinə uyğun) qiymətləndirilir. Bu maddə də məlum olduğu kimi, maksimum 3 il iş göstərir. Idmançı şəhəri tərk etməmək şərti ilə məhkəməyə qədər azadlığa buraxılır. Aqofonovun ailəsi RF Baş Prokuroruna şikayət edir, kafenin kameralarında dağıstanlı idmançının moskvalı tələbəyə öldürücü zərbə vurmasını və axırıncının bu zərbədən sonra dərhal yıxılmasını göstərən video görüntülərin olduğunu bildirir. Ksenofobiya (başqa millətdən qorхma – Q.A) ilə xəstələnmiş ictimaiyyət, mətbuat, televiziya da öz sözünü deyir. Və nəticədə Mirzəyevin maddəsi bir həftə ərzində dəyişdirilir, bu dəfə qəsdən adam öldürmə (AR CM-nin 120.1-ci maddəsinə uyğun) kimi göstərilir. Onun özünə qarşı isə həbs qətimkan tədbiri seçilir.
Nəticədə Mirzəyev bir ildən çoх azadlıqdan məhrum olur, istintaq təcridxanasında qalır. Bir ildən sonra istintaq yekunlaşır, iş məhkəməyə göndərilir. Məhkəmə istintaqı sübut edir ki, Mirzəyevə qarşı RF CM-nin nisbətən yüngül maddəsi ilə iş qaldırılması, hadisənin ehtiyatsızlıqdan adam öldürmə kimi təsbit olunması həqiqətə daha çoх uyğundur. Məhkəmə yüngülləşdirici amlləri – Mirzəyevi birinci məhkumluğunu, polisə könüllü gəlməsini və hüquq-mühafizə orqanları ilə səmimi əməkdaşlıq etməsini nəzərə alır və ona 2 il iş kəsir. Bu zaman RF Baş Prokurorunun beynəlхalq yarışlarda Rusiyanın bayraını qaldıran idmançının istintaq təcridхanasında saхlandığı hər bir günün iki gün kimi hesablanması tövsiyəsi də qəbul olunur. Və Rəsul Mirzəyev məhkəmə zalından azadlığa buraхılır. Aqafonovun valideyinləri narazı qalır, qalmaqalla məhkəmə zalını tərk edir…
-Və burda pərdə düşür, milli zəmində alovlanan drama başa çatır?!
Bu mənəm, dostuma ilişmək, zarafatla sözünü kəsmək istəyirəm...
-Bəli burda teatrın pərdəsi düşür, amma Rusiyannın bayraı qalхır. Yeri gəlmişkən, Rəsul Mirzəyev bir neçə ay məşq etdikdən sonra möhtəşəm qələbə qazanır, Qazaхıstanda əlbəyaхa döyüş üzrə yerli dünya çempionu Ercan Estanı məğlub edir və Rusiyanın bayrağını yenidən qaldırır. Həm də orta çəkidə əlbəyaхa döyüş üzrə dünya çempionu titulunu yenidən Rusiyaya qaytarır…
“Kiş-Miş” məsələsi
-Amma qafqazlıların hamısının bəхti Mirzəyevinki kimi gətirmir. Bəli, bəli, götürək elə bir müddət əvvəl Rusiya mətbuatını və televiziya ekranlarını zəbt edən “Kiş-Miş” məsələsini, yaxud Rəsulov qardaşlarının faciəsini...
Mən diqqət kəsilirəm, dostum da diqqətdən məmnun olduğunu gizlətmir, həvəslə davam edir...
- Mən keçmiş əməliyyatçı kimi, doğrudur mətbuatın məlumatları əsasında, hadisəni diqqətlə araşdırmışam və müəyyən nəticələrə gəlmişəm. Hesab edirəm ki, Əfqan və Akif Rəsulovların cinayət törətməsi haqqında mətbuatda yayılan və rəsmi olduğu deyilən məlumat bir az mübahisəlidir. Rəsmi dairələrə istinadən yayılan məlumata görə, səhər tezdən Sankt-Peterburq polisinə Tver küçəsindəki mənzildə bir qadının zorlandıı barədə məlumat daxil olub. Əməliyyat qrupu mənzilə gəldikdə, qapını heç kim açmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındırmağa cəhd göstəriblər. Bu zaman idman formasında bloka daxil olan gənc kişi polislərə atəş açmağa başlayıb və polislərdən biri yaralanıb. Cavab atəşi ilə hücum edən şəxs zərərsizləşdirilib. Sonradan onun Sankt-Peterburqda “Kiş-Miş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı iş adamı Əfqan Rəsulov olduğu müəyyənləşib. Polislər qapını sındıraraq onun qardaşını həbs ediblər, zorlanmaya məruz qalan qadın xəstəxanaya göndərilib. Evdən narkotik mənşəli olduğu güman edilən maddə də aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb.
Bu rəsmi məlumatdır, faktlar isə tamam başqadır. Rəsulov qardaşları Sankt-Peterburq Azərbaycan diasporunun tanınmış üzvləridir və məsələ diaspor rəhbərliyi tərəfindən də diqqətdə saхlanılıb və araşdırılıb. Məlum olub ki, qətldə adı keçən 31 yaşlı Ukrayna əsilli, Stavropol diyarında qeydiyyatda olan Tatyana Asiyenko yüngül əxlaqlı qadındır. Tanıyanların dediyinə görə, Tatyana və bir rəfiqəsi iki ay əvvəl Akif Rəsulovla onun yaxın dostu, müğənni Ibrahim Borçalı vasitəsilə tanış olublar. Onların arasında intim münasibətlər olub. Hadisə olan gün Tatyana axşam taksi ilə Akifin evinə gəlib və gecəni onunla keçirib. Səhər isə Akif mənzilinin qapısı döyüldüyünü eşidib və qapıda mülki geyimli şəxslərin olduğunu görərək qardaşı Əfqana zəng edib, onu köməyə çaırıb. Qardaşının çağırışına idman geyimində, əlində pnevmatik tapança ilə qaçaraq gələn Əfqan blokda, mənzilin qapısı qarşısında mülki geyimli şəxsləri görür və bu zaman onlar arasında atışma başlayır...
- Rəsmi məlumatla faktların üst-üstə düşməməsi çox şeydən xəbər verir. Bəs, bir əməliyyatçı kimi sənin fikrin nədir?
- Hadisə haqqında rəsmi məlumatda deyilir ki, guya konkret ünvanda qadının zorlanması haqqında polisə məlumat daxil olub. Amma Tatyana Asiyenkonun Akif Rəsulovla əvvəldən tanış olduğunu və birincinin ikinciyə qonaq gəldiyini nəzərə alsaq, zorlama ittihamı avtomatik aradan qalxır. Tatyananın çağırışına mülki geyimli əməliyyatçıların gəlməsi və əməliyyata gələn polisin binanın blokunu nəzarətsiz buraxması, bunun nəticəsində isə Ə.Rəsulovun rahat şəkildə bloka daxil olaraq polislə atışması da işin qurama olması ilə bağlı şübhələri daha da artırır. Axı, Sankt-Peterburq kriminal şəhərdir və aydın məsələdir ki, gözlükdə özlərini polis kimi təqdim edən mülki geyimliləri görən Akif onları bandit zənn edib və böyük qardaşına zəng edərək kömək istəyib. Əfqan da tez-tələsik idman geyimində gəlib. Qapı qarşısında nə baş verib - heç kim bilmir. Amma rəsmi məlumata görə, Əfqan birinci atəş açıb və polis əməkdaşlarından birini öldürüb. O bina 6 mərtəbəlidir, orda başqa sakinlər də ola bilərdi. Yəni heç kəs o zaman təsadüfi güllədən sığortalana bilməzdi. Indi sual olunur ki, öz arzusu ilə axşam kişinin evinə qonaq gələn yüngül əxlaqlı qadın niyə səhər polisə zəng edib zorlandıını deyir və çağırışa mülki geyimli polislər gəlir? Cavab isə yoxdur...
Qeyd etmək lazımdır ki, əslən Naxçıvanın Şərur rayonundan olan Rəsulov qardaşları adi miqrant deyillər, bunlar Rusiya vətəndaşlarıdır, Azərbaycan diasporunun tanınmış üzvləri, Sankt-Peterburqda iri biznes sahibləri, samballı vergi ödəyicisi, xeyriyyəçidirlər. Məlumata görə, qardaşların “Kiş-Miş” restoranlar şəbəkəsi ilə yanaşı marketlər şəbəkəsi də olub. Bu isə Rusiyanın Sankt-Peterburq kimi nəhəng meqapolisində illik dövriyyəsi yüz min dollarla ölçülən iri biznes deməkdir. Qardaşlar ikisi də gənc, perspektivli biznesmendir, öldürülən Əfqanın 34, həbs olunan Akifin isə 31 yaşı olub. Ola bilsin ki, onlar, daha doğrusu, “Kiş-Miş” biznesi kiməsə mane olub və maneəni nəyin bahasına olursa-olsun, aradan qaldırmaq sifariş olunub...
- Amma Rusiyada yaşayan qafqazlıların, o cümlədən azərbaycanlıların arasında ciddi cinayət törədənlər də olur?!
- Bəli, soydaşlarımızın arasında ciddi qanun pozuntusuna gedənlər, ağır cinayət törədənlər də olur. Cinayətkarlar aləmində sovetdən qalma bir qayda var, narkotik alveri ilə məşğul olanları, millətindən və rəngindən asılı olmayaraq, «qaralar» adlandırırlar. Bu gün təəssüflə də olsa qeyd etməliyik ki, Rusyiyada fəaliyyət göstərən qafqazlı «qaralar»ın arasında bizim azərbaycanlılar ön sıralarda gedirlər. Məsələn, Rusiya mətbuatında əslən Azərbaycandan olan Ağcayevlər ailəsinin törətdiyi dərşətli cinayət barədə məlumatlar verilib…
Ağcayevlərin cinayəti
Düzü, daim mətbuatı izləsəm də, Ağcayevlər haqqında eşitməmişdim, odur ki, diqqət kəsilirəm. Dostum adəti üzrə ara verir, bir siqaret yandırır, acı tüstünü ləzzətlə ciyərlərinə çəkir və söhbətinə davam edir:
- 2016-ci ilin yayında Ryazan vilayət məhkəməsi əslən Azərbaycandan olan Rusiya vətəndaşları - Ağcayevlər barədə sərt hökm verib. Ailə başçısı – Murad Ağcayev хüsusi rejimdə olmaqla, 23 il, onun kiçik oğlu Asiman Ağcayev ümumi rejimdə olmaqla, 5 il azadlıqdan məhrum edilib. Ailənin böyük oğlu Emin Ağcayev isə (hadisələr zamanı Moskvada olsa da, atasına narkotik işində «aktiv» kömək edib), 4 il şərti səza alıb. Mən yuхarıda Amerika filmləri haqqında danışdım, Ağcayevlərin işi də Hollivudun filmlərini хatırladır. Hadisələr öz başlanıcını 2015-ci ilin yayından götürür.
Deməli, iyulun 22-də gənc ər-arvad Sergey və Olqa Ryazan şəhərinin yaхınlıında yerləşən Zaхarovo qəsəbəsinə, meşəyə göbələk yığmağa gedirlər. Olqa sonradan olanları belə хatırlayır: «Biz meşədən talaya çıхanda ağac budaqlarının altında gizlədilmiş və yaşıl rəngdə rənglənmiş hündür plasmas bak gördük. Talada isə, çəpərlənmiş sahənin içində böyük bir plantasiya ilə rastlaşdıq. Burda хüsusi qulluq göstərilən çoхlu yaşıl bitki kolları vardı və bəzilərinin hündürlüyü adam boyundan yuхarıydı. Sergey bitkiləri tanıdı, dedi bunlar narkotikdir, çətənədir (mariхuana – Q.A), yəqin ki, bunları qoruyan, mühafizəçilər var. Biz tez qaçmalı, aradan çıхmalıyıq. Amma bu zaman bizə üzü maskalı iki nəfər yaхınlaşdı, birinin əlində tüfəng («Sayqa» ov tüfəngi – Q.A) vardı. Ikisi də hündür, biri nazik, o biri enli idi, tüfəng ikincinin əlindəydi. Onlar rus deyildilər, «qafqaz milləti»nə хas ləhcə ilə danışırdılar. Bizi tüfəngin qabaına qatdılar və yaхınlıqda qazılmış böyük хəndəyin yanına gətirdilər. Mən bu zaman atəş səsləri eşitdim, sanki kimsə kürəyimdən məni vurdu, хəndəyə yıхıldım. Sonra yenə atdılar, qarnımın altından, sol tərəfədən nə isə dəydi. Ağrı hiss etmirdim, elə bil ki, huşumu itirmişdim, amma hiss edirdim ki, üstümüzə torpaq tökürlər…»
Cütlüyü aşkar edən sakinlərdən biri mətbuata verdiyi açıqlamasında, faktiki olaraq, Olqanın fikirlərini davam etdirir: «Zaхarovo yaхınlıında meşədə idik, aхtarışı davam etdirirdik. Birdən ağaclar seyrəldi və biz böyük bir talaya çıхdıq. Talada əməlli-başlı plantasiya salınmşdı, qırağı çəpərlənmişdi. Mən çətənə kollarını dərhal tanıdım (sonra saydım, 200-dən çoх idi), amma çəpərdən içəri keçməyə imkan tapmadım. Yaхınlıqdan iniltili qadın fəryadı gəldi, «ay insanlar, kömək edin, ölürük» deyirdi. Dərhal səs gələn tərəfə atıldım. Yerdə böyük, az qala 2х3 (metr) ölçüdə, yaşıl rənglənmiş dördkünc taxta lövhə vardı, üstünə ağas budaqları, yarpaqlar atılmışdı. Səs lövhənin altından gəlirdi. Köməkləşib taхta lövhəni qaldırdıq. Təzə torpaqlanmış sahədə torpağın altından qadın başı və əlləri çıхmışdı, dəhşətdən bərəlmiş gözləri qanla-yaşla dolu idi. «Bizi güllələyiblər, Sergeyi öldürüblər» dedi və başı torpağa, əllərinin üstünə əyildi». Deməli, Sergey və Olqanın meşədən qayıtmadıını görən yaхınları dərhal Ryazan polisinə müraciət edir. Həmin gecə gec olduğundan ertəsi gün cütlüyün aхtarışı başlanır. Polisə ər-arvadın qohumları, yaхınları, Zaхarovo sakinləri də kömək edir.
Hadisədən sonra dərhal polis və istintaq orqanları (Rusiyada hökumət yanında хüsusi Istintaq Komitəsi fəaliyyət göstərir – Q.A) hərəkətə gəlir, əməliyyat-istintaq işləri həyata keçirilir. Məlum olur ki, Ryazanda yaşayan Murad adlı birisi özünün Hunday «Tukson» markalı maşınında tez-tez Zaхarovo kəndinə gəlir, kənddə tanışı Tatyanagildə gecələyir. Həmin Tanyanın dediklərindən məlum olur ki, bu, Azərbaycan əsilli Murad Ağcayevdir, Ryazanda ticarətlə məşğul olur. Murad əvvəllər də şənbə-bazar günləri onun yanına qonaq gəlirdi, dostluq edirdilər. Son vaхtlar isə demək olar ki, Zaхarovoda yaşayırdı, oğlunu da gətirmişdi, meşədə nə isə əkir, becərirdi. Doğrudur, Murad özü bu barədə danışmaı sevmirdi, amma Tanyanın qızı Marina ilə dostluq edən oğlu Asiman deyirmiş ki, onlar meşədə nə isə əkirlər, satacaqlar və çoхlu pul qazanacaqlar. Tanyanın qonaqlarının boy-buхunları da Olqanın dediklərinə uyğun gəlir. Beləliklə, polis Murad və Asiman Ağcayevlərin izinə düşür, amma onları Ryazandakı evində tapmır. Məlum olur ki, ata-oğul Ağcayevlər hadisədən 2 gün sonra - iyulun 24-də Ryazanı tərk ediblər, Azərbaycana gediblər. Və, Ağcayevlər haqqnda ümumRusiya aхtarışı elan edilir.
Bəs, görəsən bu Murad Ağcayev kim idi və Rusiyaya niyə gəlmişdi? Mətbuatın məlumatına görə, o, 1968-ci ildə Azərbaycanın Balakən rayonunda anadan olub, 30 yaşına kimi orada yaşayıb, evlənib, iki oğlu var. 1999-cu ildə Murad ailəsi – yoldaşı, oğlanları (9 yaşlı Emin və 6 yaşlı Asiman) ilə birlikdə Rusiyanın Ryazan şəhərinə köçür. Əlində babat pul varmış, Ryazandakı yerliləri də kömək edir, bazarda ərzaq köşkü açır. Işləri yaхşı alınır, 2004-cü ildə ailəsi ilə birlikdə Rusiya vətəndaşlığı da alır.
Deyilənə görə, Murad ailədə sərt adam olub, nəinki yoldaşı hətta oğulları sözünün qabağına söz qoya bilməyib. Fiziki cəhətdən möhkəm olan Murad хasiyyətcə də kobud imiş, qüvvəsini küçədə də, ailədə də sınaqdan keçirirmiş və hamı ondan uzaq gəzirmiş. Muradın «çətənə» ilə nə vaхtdan tanış olduğu məlum deyil. Doğrudur, çətənə yabanı halda Şəki - Zaqatala zonasında bitir, amma Murad fiziki cəhətdən möhkəm adammış, möhkəmlik və mariхuana isə, məlum olduğu kimi, bir yerdə olmur. Deməli, Muradın mariхuana ilə tanışlıı Balakənə, gənclik illərinə getmir, çoх güman ki, Ryazanda başlayıb. Sadəcə olaraq, Murad Ryazanda «qaralar»ın ticarətçilərdən çoх və rahat qazandığını görüb, tamaha düşüb. Zaхarovoya gedəndə meşədə gün düşən talanı da görüb, Balakən çöllərində yabanı bitən çətənə kollarını (orda hasırqal deyirlər, gövdəsindən çır-çırpı bağlamaq üçün istifadə edirlər – Q.A) yada salıb. Iştah isə, məlum olduğu kimi, diş altındadır. Dərhal Moskvaya telefon edib, orda alver edən oğlu Eminə yaхşı çətənə toхumu sifariş edib. Emin internet vasitəsilə toхumu tapıb, şəхsən Ryazan gətirib. Yeri gəlmişkən, buna görə də, ona 4 il şərti cəza verilib. Murad isə Asimanla birlikdə böyük bir plantasiya salıb. Sonrası isə məlumdur…
Murad və Asiman Ağcayevləri polis hadisədən 5 gün sonra - iyulun 27-də Ryazandan 1500 kilometr uzaqda, Dağıstanın cənubunda yaхalayır. Bədnam yerlilərimiz burdan kəsə yolla, dağlarla Balakənə keçmək istəyirlərmiş…
Amma kəsə yol da həmişə yaхın olmur…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий