(Pritça)
Məlum olduğu kimi, son vaxtlar meşələrdə maralların sayı sürətlə azalır və marallar qoruqlara üz tutmaq məcburiyyətində qalır. Səbəb həmin səbəbdir: meşələrdə iş yoxdur, heyvanlar işsiz, yemsiz qalır və balalarını saxlaya bilmir. Odur ki, marallar nəzarət altında olan və qorunan qoruqlara üstünlük verir. Burda azadlıq olmasa da, iş tapmaq imkanı olur... Babat bir iş tapırsan və birtəhər başını saxlayırsan. Amma bu, ilk nəzərdən asandır və hazırkı pritçanın da məqsədi problemləri marallara çatdırmaqdır...
Deməli, günlərin bir günü xallı və yanı balalı bir maral yuxarıdakı səbəbdən azad meşələrlə vidalaşmalı və ailəsi ilə birlikdə bərkgedən qoruqlardan birinə üz tutmalı olur. Yuva şəraitini yaxşılaşdırmaq və babat bir iş tapmaq məqsədilə Qoruq İdarəsinə müraciət edir. İdarədə də hər yerdə olduğu kimi, bütün vəzifələrdə eşşəklər oturur. Maral əvvəl qeydiyyat otağına girir, sənədlərini və ərizəsini hüquqi qaydada təqdim edir. Qeydiyyata baxan eşşək heç sənədlərə baxmır, marala baxır. Deyir bu, nə buynuzlardır, bu nə biabırçılıqla mən səni qeydiyyata ala bilmərəm. Əvvəla, qoruqda buynuzla gəzmək təhlükəlidir, sonra heyvanlar başqa cür başa düşə bilər. Bəli, maral buynuzlarını çıxarıb yerə qoymalı olur.
Yuvaya baxan kabinetdəki eşşək maralın boy-buxununa, rənginə irad tutur, deyir bu boy-buxunla, bu xallarla siz qoruqda yaşaya bilməzsiz. Maksimum mənim boyda olmalısız. İnsafən özü də tənbəllik etmir, kreslodan qalxır və tələb olunan ölçüləri nümayiş etdirir. Sonra da əlavə edir ki, xalları da silin, qaradan, bozdan ciddi bir rəng seçin. Maralın razılaşmaqdan başqa çarəsi qalmır. Zira, mənzil məsələsi şəhərdə olduğu kimi, yuva məsələsi də qoruqda strateji məsələdir...
İş, məşğuliyyət məsələlərinə baxan eşşək də marala bir neçə irad tutur. Deyir, əvvəla, bu nə başdır, qoruqda işçinin başı yekə olmalıdır – mənim başım kimi. Hamı bilr ki, yekə baş ağıl-kamal əlamətidir. Sonra, bu nə gözlərdir, ürkək-ürkək baxırsan, kimdən qorxursan?! Qoruqda işləyənin gözləri iri və ağıllı olmalıdır, heç nədən qorxmamalıdır – mənim gözlərim kimi. Və sair və ilaxır... Maral yenə razılaşmalı olur, axı, qoruqda iş məsələsi də stratejidir - çörək məsələsidir...
Qərəz, uzun çək-çevirdən sonra maral qeydiyyat və iş sənədlərini, yeni yuvanın orderini alır, İdarənin çıxış qapısına yaxınlaşır. Burda gözü iri güzgüyə sataşır. Güzgüdən ona buynuzlu, xallı maral yox, yekəbaşlı, boz bir eşşək baxır...
Qalib ARİF

Комментариев нет:
Отправить комментарий