ATATÜRK: Hər kəsin polisi onun
vicdanıdır, polis vicdanı olmayanların qarşısındadır...
Düşünürəm ki, Yeni
Yasamalda baş verən məlum olaylarla bağlı, polis - vətəndaş
qarşıdurması yaratmaq istəyənlər var. Əvvəla, biz polisi Amerikadan, Avropadan
gətirmirik. Bunlar bizim uşaqlardır, mənim qardaşımdır, sənin oğlundur,
Həsənin, Hüseynin qohumudur. Əgər polis pisdirsə, kobuddursa, qanunu pozursa,
deməli biz də pisik - ot kökü üstündə bitər. Sonra...
Doğrudur, vətəndaşın mənzilində axtarış aparmaq üçün prokurorun sanksiyası
olmalıdır, vətəndaşın saxlanılması üçün məhkəmənin qərarı vacibdir. Amma polis
dövlət nümayəndəsi kimi məsuliyyəti öz üzərinə götürərək, lazım bildiyi evə
girə və baxış (axtarış yox!) keçirə bilər. Axı, prokurorun sanksiya, məhkəmənin
qərar verməsi üçün (karantin dövründə!) vaxt lazımdır, bu müddətdə də cinayətdə
şübhəli şəxs qaçar gedər, ya da əşyayi-dəlilləri gizlədər...
Yeni Yasamalda polisin başına isti su, zibil tökən, söyüş söyən adamlar cinayət məsuliyyəti daşıyır və öz cəzasını
almalıdır. Bu, faktiki olaraq, iş başında olan dövlət
nümayəndəsinə qarşı çıxmaq, ona sui-qəsd etmək cəhdidir. O ki, qaldı polisin
keçirdiyi əməliyyatda kobudluq etməsinə, vətəndaşa dovşan deməsinə, bu da qanun
pozuntusudur və adekvat cəzasını almalıdır. Əsas odur ki, cəmiyyət polisi
dəstəkləməli, polis də cəmiyyətin keşiyində
durmalıdır. Polissiz cəmiyyət olmadığı
kimi, cəmiyyətsiz də polis yoxdur...
P.S. Şəkildəki polis özünü oda atıb, bu uşağı yanğından çıxarıb, xilas edib. Sonra şəkil çəkdiriblər...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий