среда, 10 июня 2020 г.

ATATÜRK DEYİR, BİZ EŞİDİRİK:



Kəlamlar

-Özünün müstəqil dövlətini quran və qoruyan xalqa millət deyilir...

-Hər kəsin polisi onun vicdanıdır. Polis vicdanı olmayanların qarşısındadır...

-Bir millət təhsil ordusuna sahib deyilsə, nə qədər güclü orduya malik olursa-olsun, döyüş meydanında nə qədər zəfər çalırsa-çalsın, gələcək onun deyildir. Gələcək təhsil meydanında zəfə çalanlarındır...

-Biz cahil dediyimiz zaman məktəbdə oxumayanları, təhsil almayanları nəzərdə tutmuruq. Əsas elmi, həqiqəti bilməkdir, millətə xidmət etməkdir. Yaxşı təhsil alanlar arasından  böyük cahillər çıxdığı kimi, məktəbdə oxumayanların da arasından aqillər çıxır...

-Millətlərin tarixində elə dövrlər olur ki, ali məqsədlərə çatmaq üçün məmləkətdə maddi, mənəvi nə varsa, hamısını birləşdirmək, bir istiqamətə yönəltmək lazım gəlir. Milləti və məmləkəti içəridən və çöldən gələn təhlükələrdən qorumaq üçün bütün milliyyətçi, inqilabçı və respublikaçı qüvvələrin birləşməsi və bir bayraq altında yürüməsi lazımdır...

Комментариев нет:

Отправить комментарий