Son vaxtlar Azərbaycanda, hətta bütün postsovet məkanında murdar bir dəb düşüb. Amalaını, məsləkini satanlar, qarnı başından yuxarı qalxanlar deyir biz mövqemizi dəyişmişik. Sonra da əlavə edirlər ki, bir ölülər, bir də dəlilər mövqelərini dəyişmirlər. Amma söhbət mövqeyini dəyişməkdən yox, mövqeyini, məsləkini satmaqdan gedir. Bu gün müqəddəs dəyərlərini satanlar sabah da Vətənini, millətini satacaq. Sadəcə olarq, vaxt və pul lazımdır...
Bu gün Azərbaycanda amalını, məsləkini satanlar çoxdur, çərisində tanınmışları, hətta ad qazanmışları var. Düşünürəm ki, 4 nəfəri daha məşhurdur, onlardan danışmaq istəyirəm. Nə qədər qəribə olsa da, hamısı əski Əli Həsənovun trollarıdır. Sifətlərini itirsələr də, cinsiyyətlərini yəqin saxlayıblar, üçü kişi, biri qadındır. Ad çəkmirəm (hamı tanıyır!), xronoloji ardıcıllıqla onları təqdim etmək istəyirəm. Beləliklə...
Birincisi hardasa, mənimlə tay-tuşdur, başında bir qara tükü yoxdur. Onun haqqında mənim “Odda yanmır, suda batmır” adlı yazım də olub. Bu adam 90-larda, müxalifət qəzetində olanda mərhum Heydər Əliyev, İlham Əliyev haqqında elə murdar şeylər danışır, yazırdı ki, bunları hətta təkrar etmək kişiyə şərəf gətirmir. Sonra məsləkini satdı, Əli Həsənovun troluna çevrildi, AzTV rəhbərliyinə gəldi. Elə murdar yaltaqlanmağa, yarınmağa başladı ki, hətta MTN araşdırsaydı, onu bayağı "şəxsiyyətə pərəstiş" təcrübəsi yaydığına görə siyasi təxribatçı kimi həbs edə bilərdi. Amma etmədi, əvəzidə AzTV-də gurultu ilə qovuldu, bir müddət yox oldu. Beləsi odda yanmır, suda batmır. İndi səsi yenə yuxarılardan gəlir, bütün Azərbaycana koronovirus dərsi keçir....
İkincisi qocaman, dəniz qulduruna oxşayan birisidir, Azərbaycanda ən yaşlı qəzet menecerlərindən biridir. 90-lardan, hərəkat dövründən qəzet buraxır, əsas işi siyasi şantajdır, yəni ondan pul alıb bunu, bundan pul alıb onu qaralamaqdır. Cavanlıqda bir şakəri də vardı, gənc, perspektivli xanımları Türkiyəyə “arzularının şəhərinə” qonaq aparırdı. Bir müddət fırladıb Bakıya qaytarırdı, hərəsinə bir qəzet açırdı. Bu xanımlardan tanınanlar, indi də TV-lərdə veriliş aparanlar var. Qəzet meneceri də 20 ildən çox müddətdə Heydər Əliyev, İlham Əliyev haqqında murdar şeylər danışır, yazırdı. Hətta "X" gününün birini "Bir Məmmədə" (qəzetinin qiyməti - red.) satırdı. Buna gərə də bir neçə dəfə cəzalandırılmışdı. 2010-larda Əli Həsənovun yanında yer aldı, elə bil ağıllandı. Radikallardan aralandı, özünü “konstruktiv” kimi təqdim rtməyə başladı, hətta fəxri ad aldı. Amma qırxından sonra öyrənən gorunda çalar deyirlər...
Üçüncüsü məlum rusdilli jurnalistdir ki, onu bu siyahıda birinci də yazmaq olardı. Cavandır, Azərbaycanda batırmamış bir qapı qoymayan adamdır. O, ilk nəzərdən adi nərd zəri kimidir, üzdə olan 6 sifətidir. Amma altda neçə sifəti var, bir Allah bilir. Bu adam müxalifət partiyalarında olub, müxalifət qəzetlərində, jurnallarında olub, iqtidar partiyasında, qəzet və jurnallarında olub. Bunu ANS-də döyüblər, jurnalda döyüblər, qəzetdə döyüblər...Sözün əsl mənasında maraqlı, “istedadlı” adamdır. Bir vaxtlar "Prezidentin 7 səhvi"ndən yazırdı, indi sabunun 7-sini birdən alır. Qəzet meneceri kimi bu da siyasi şantaj hərləyir, pul alıb pulluları şərləyir. Onun Mübariz Mənsimovla sifarişli “mübarizəsi” bir ayrı söhbətdir. Amma bir vaxtlat MTX mətbuatın məlum şantaj babalarını həbs etsə də, qəzet meneceri ilə rusdilli jurnalistə toxunmadı...
Və nəhayət, əsərimizin axarıncı “qəhrəmanı”... Oxucular yəqin deyəcək ki, mentalitet var, adət-ənənə var, qadına toxunmaq olmaz. Amma bizdə bir misal da var: Aslanın erkəyi-dişisi olmadığı kimi, çaqqalın da erkəyi-dişisi olmur. Əgər qadın öz amalını, məsləkini satırsa, bütün dəyərlərini atıb pulun altında yatırsa, biz susmalıyıq?! Əksinə, belələrini ifşası cəmiyyətin təmizlənməsinə, yeni nəslin tərbiyəsinə köməkdir. Klassik demişkən, cinayətin cəzasız qalması cəmiyyətin iflasına dəstəkdir. Bu qadın siyasi mövqeyini əlcək kimi, mövsümdən mövsümə dəyişir. Təsəvvür edin, maxalifət yazarı olanda deyirdi Heydər Əliyevin nəşini Azərbaycan torpağı qəbul etməyəcək. Əli Həsənovun trollarına qoşulduqdan və fəxri ad aldıqdan sonra o səviyyədə yaltaqlanmağa və yarınmağa başladı ki, hazırda MTX onu sda iyasi təxribatçı kimi həbs edə bilər... Amma hər gözəlin öz vaxtı var deyirlər...
Və son olaraq. Dostlar, bu cür simasızların, amalını, məsləkini satanların cəmiyyətdə yuxarı qalxmasında, üzdə qalmasında biz özümüz günahkarıq. Bu adamların tanışları, qohumları, qonşuları yoxdurmu, onları tanımırlarmı?! Niyə onlara salam verirlər, yanında işləyirlər, dəstək verirlər?! Düşünürəm ki, ictimai qınaq olmalıdır, bu adamların ayağı altında torpaq yanmalıdır, bizim cəmiyyətdə onlara yer olmamalıdır.,, Onda cəmiyyət də təmizlənər, millət də rahat nəfəs alar...
Qalib ARİF
P.S. Dostlar, amalını, məsləkini satanlardan hər cür təxribat gözləyirəm. Amna bu halda onların adlarını açıq yazmaq niyyətindəyəm...
Комментариев нет:
Отправить комментарий