Düşünürəm ki, dələduzluq üçüncü (fahişəlikdən və oğurluqdan sonra) qədim peşədir. Yəqin ki, bütün qədim peşələr kimi, erməni mənşəlidir. Bunun da borc alıb qaytarmamaqdan tutmuş qızıl əvəzinə mis satmağa qədər müxtəlif formaları var. Amma ən çox yayılanı və insanlara ziyan vuranı «üskük» və «muncuq» oyunlarıdır.
"Üskük" oyununu dələduzlar avamlara qarşı oynayırlar, burda böyük ağıl və pul tələb olunmur. Söhbət sadəcə olaraq, əl itiliyindən gedir. Üsküyü fırladan, adətən, bu qəbildən olur və yumşaq, yüngül materialdan olan şarı üsküyü geri çəkməklə ovcuna götürə , irəli itələməklə, əksinə üsküyün içinə itələyə bilir. Yanında da 3-4 nəfər qolu zorlu, başı və vicdanı boş keşik çəkir. Oyun uzun çəkmir, ətrafda polis görünən kimi, hərəsi bir tərəfə əkilir. Burda bütün hallarda udmaq ehtimalı sıfra bərabərdir. Təsadüfən şarı tapsan, qoluzorluların zoruna məruz qalırsan. Amma insaf xatirinə demək lazımdır ki, burda da günah uduzandadır. Təsəvvür edin ki, ömründə «üskük» oynamayan avamlar bu işdə «baş ağartmış» əclaflarla oynamaq və hətta udmaq istəyirlər. Söhbət təxminən bakılı dünya çempionu Qarri Kasparovla pulla şahmat oynamaqdan gedir, bütün hallarda kimin udacağı əvvəlcədən bəllidir.
Lotoreya oynamaqdan tutmuş qumar (ruletka, kart, zər və s) oyunlarının bütün formaları «üskük» dələduzluğuna aiddir və uduş bütün hallarda sıfır səviyyəsindədir.
«Muncuq» oyununda isə ağıl və pul, vaxt, hətta reklam lazımdır. Müasir anlamda buna totalizator, piramida da deyilir, çünki oyuna çoxlu insan cəlb edilir və onu artıq hüquqi şəxslər həyata keçirir. Əsas mahiyyəti budur ki, ilkin mərhələdə 5-10 nəfərə ucuz muncuq dəstləri verilir və müəyyən pul müqabilində onları ipə düzmək tələb olunur. Muncuğu alan tez bir zamanda onu ipə düzür və qəbul məntəqəsindən vəd olunan məbləği alır. Üstünü düzəldir, verib yenə mucuq alır, sonra borca girir, daha sonra maşınını, hətta evini satır, muncuq alır. Muncuq alanlar da, qoyulan pullar da, reklamın hesabına, hər gun artır. «Muncuq» dələduzluğunun başında duranlar da «qurbanlar»ın çoxalmasını, «maşın və ev» mərhələsinin çatmasını gözləyirlər. Bu mərhələ yetişən kimi, pulları da götürüb aradan çıxırlar. Nəticədə minlərlə adam borca girir, yüzlərlə adam maşınını, onlarla adam evini itirir. Muncuğa verilən pullar isə, bir qayda olaraq, batır. Çünki dələduzlar artıq hardasa Avropada, Amerikada, bəlkə də Avstraliyada, amma başqa ad altında kef çəkir. Ən qəribəsi və deyərdim ki, ən dəhşətlisi isə odur ki, “muncuq” oynayanlar, bir qayda olaraq, ağıllı, savadlı adamlar olsa da, biri də fikirləşmir ki, bu qədər muncuq bu filankəsin nəyinə lazımdır? Ən azı, ipə düzülən muncuqları onlara verilən pula satmaq olarmı?
“Muncuq” dələduzluğunun məşhur formaları Rusiyada AO MMM (Mı Mojem Mnoqoe), Bakıda isə məlum Vahid Bank olub. Rusiyada dələduzlar on milyonlarla, Bakıda isə yüz minlərlə adamı aldadıb, var-yoxunu əlindən almışdılar. Amma qaytarmadılar və haqlı cəzalarını almadılar. Doğrudur, Allah hər ikisini başına daş saldı... Gec oldu, amma güc oldu…
Qalib ARİF

Комментариев нет:
Отправить комментарий