Qədim Yoqa və müasir Nişşi (Yapon alimi) prinsiplərinə əsaslanır. Hər səhər yuxudan sonra və axşam yuxudan əvvəl, mütləq acqarına yerinə yetirilir. Yazda və yayda adi palazın, qışda isə nazik döşəkçənin üstündə həyata keçirilir. Təxminən 20-25 dəqiqə çəkir.
1. Arxası üstə düz və bərk yataqda uzanırsız. Ayaqlar bir yerdə, bir-birinə sıxılır. Əllər başın arxasına doğru dartılır. Növbə ilə hər ayağı 7 dəfə dizdən yığıb-açmaqla bədəni sim kimi dartmağa çalışın. Bundan sonra əl barmaqlarını çarpazlayıb başın altına qoyun. Ayaqları sağa, başı sola və əksinə hərəkət etdirin. 70 dəfə təkrar edin, sonra ilkin vəziyyətə qayıdıb bədəninizi yenidən dartın. Daha sonra yenidən 70 dəfə təkrar edin. Bu hərəkət onurğa sütununu burub-açmağa, onurğa ağrılarından qurtarmağa xidmət edir, «qızıl balıq» adlanır.
2. 1-ci vəziyyətdə uzanmısız. Boynunuzun altına bükülmüş ədyal, ya da balaca döşəkcə qoyun, elə edin ki başınız yerə dəyməsin (1-ci şəkil), 2-3 barmaq döşəmədən hündürdə qalsın. Əlləri bir-birinə sıxıb sinənizin üstündə bədəninizə perpendikulyar yuxarı qaldırırsız. Ayaqlar bir yerdədir, onları yavaş-yavaş qaldırırsız, bədəninizə perpendikulyar, yəni llərinizə paralel hala gətirməyə çalışırsız. Əlləri və ayaqları paralel vəziyyətdə bədəninizin üzərində sinxron olaraq yuxarı və aşağı hərəkət etdirməyə başlayırsız, 70 dəfə təkrar edirsiz. Sonra ilkin vəziyyətə qayıdıb bədəninizi yenidən dartın. Daha sonra yenidən 70 dəfə təkrar edin. «Ağcaqayın» adlanır, qan dövranının yaxşılaşmasına, toxumaların oksigenlə yaxşı qidalanmasına xidmət edir, ürəyi möhkəmləndirir.
3. 2-ci vəziyyətdə uzanmısız, əlləriniz və ayaqlarınız bir-birinə sıxılıb. Ayaqlarınızı dizdən büküb, daban və pəncələrinizi bir birinə sıxırsınız, imkan dərəcəsində bədəninizə yaxınlaşdırırsız, əllərin içini bir-birinə sıxırsınız. Asta-asta nəfəs alırsız. Nəfəsi verdikdən sonra dərhal almağa çalışmayın, əvvəllər 5-10, sonralar 10-15 saniyə dözün. 70 dəfə nəfəs almaqla bu vəziyyətdə qalın. Bu hərəkət qan təzyiqinin, ürək ritmlərinin normalaşmasına xidmət edir. Sonra ilkin vəziyyətə qayıdıb bədəninizi yenidən dartın, qalxıb yerinizdə oturun.
4. Dizlərinizin üstündə oturmusuz. Ayaqlar dizdən bükülüb, bir-birinə sxılıb, əllər də dirsəkdən bükülüb, böyürlərdən tutub. Bədəninizi (başınızı yox) sağa-sola hərəkət etdirirsiz, mütləq qarınla nəfəs alırsız. 70 dəfə yerinə yetirirsiz. Sonra nəfəsinizi dərib yenidən yetmiş dəfə təkrar edirsiz. Bu hərəkət onurğa ağrılarından qurtarmağa, qan dövranının yaxşılaşmasına, qan təzyiqinin normalaşmasına kömək edir.
5. 4-cü vəziyyətdə dizlərinizin üstündə oturmusuz. Dizlər bir yerdə qalır, ayaqları yavaş-yavaş aralayırsız, döşəməyə oturmağa çalışırsız. İlk vaxtlar çətin olacaq, amma sonralar alınacaq. Bu vəziyyətdə burnunuzdan qarnınızla dərin nəfəs alın, anusu sıxmaqla havanı buraxın. Nəfəs almağa tələsməyin, əvvəlcə anusu on dəfə sıxın, dərindən nəfəs alın. Sonra təkrar edin, hər dəfə anusu bir dəfə artıq sıxın. İyirmiyə çatınca davam edin. Daha sonra ayaqları çarpazlayıb (bardaş qurub) oturun, 5-ci hərəkəti olduğu kimi təkrar edin. Bu hərəkətlər prostat vəzisinin (qadınlarda yumurtalıqların) və daxili cinsiyyət orqanlarının qanla daha yaxşı qidalanmasına, yəni prostatitin aradan qaldırılmasına və impotensiyanın qarşısının alınmasına xidmət edir.
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий