(Ərzi-hal)
Mən 20-ci Sahədə, Sürücülük Məktəbinin yanında yaşayıram. Yerdən ikiotaqlı darısqal mənzildir, 4 baş ailə qışda soyuqdan, yayda istidən ölürük. Həyətin ancaq adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolunun yanında iki nəfərlik oturacaq da var, özüm düzəltmişəm. Bu oturacaqda oturmağı, xəyala dalmağı sevirəm...
Mən Opera Teatrının üstündə, “Monolit”də anadan olmuşam. Atam tanınmış neftçi olub, mənzil ondan yadigar qalıb. Kişi 80-lərdə bacımı ərə verib və bu dünyaya əlvida deyib. 90-lar isə bizim ailəyə ümumiyyətlə qara gəlib. Anam məni öz qohumu ilə evləndirib və atamın yanına gedib. Sonra isə mən işimi itirmişəm. İki körpə uşaq, yoldaşım da işləmir – təsəvvür edirsinizmi?! Qeyd edim ki, mən atamın yolu ilə getmişəm, ixtisasca neftçi-mühəndisəm. Atamın sağlığında birtəhər onun kölgəsində hərlənmişəm, 90-larda isə hər şeyi itirmişəm...
Birtəhər dolanmaq üçün Monolitdəki 3 otaqlı mənzili babat qiymətə satdıq və Yasamalda, Şərifzadədə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı mənzil aldıq. 10 il atamın mənzilinin pullarını yedik, iki qızımızı da 10 yaşına yetirdik. Və yaxşı günün ömrü az olar deyirlər - pullar qurtardı. Qeyd edim ki, mən 10 il iş axtardım, amma tapmadım. Bəlkə atamın adını versəydim, bağlı qapılar açılardı, mənə babat bir iş tapılardı. Amma atamın adını çəkməyə, özümü bu vəziyyətdə göstərməyə çəkindim... Əlimdən hər iş gəlir, “Vosmoya” Qul bazarına gedirdim, arabir evə 5-3 “şirvan” gətirirdim. Amma belimdən ağrılar tutdu, min dollara kimi pul verdim, əməliyyat etdirdim, iş qabiliyyətini tamam itirdim...
90-ların axırlarında Sərifzadədə 1-ci mərtəbədə küçəyə baxan mənzillər bahalaşdı, imkanlılar alıb yerində obyekt salırdı. Biz də 3 otaqlı mənzilimizi satıb şəhərin o biri başında, Yeni Günəşlidə 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı mənzil aldıq. Mən dediyim kimi, iş qabiliyyətini itirmişdim, əsa ilə gəzirdim, amma şikəstlik pensiyası ala bilmirdim. Qızlar böyüyürdü, pul verə bilmirdik, repetitor yanına göndərmirdik. Onlar da orta məktəbi qurtardılar, ali təhsil almadılar, evdə qaldılar. Kasıbın diplomsuz qızını kim alar?! Qərəz, yeni əsrin 1-ci onluğunu birtəhər yola saldıq, Yeni Günəşlidə 1-ci mərtəbədəki mənzillər ucuzlaşdı, dəyər-dəyməzinə satdıq. Ucuz ev axtzrışları bizi dənizin o biri tərəfinə, 20-ci Sahəyə gətirdi. İllər keçdi, 2-ci onilliyi yola və 3-cü mənzilin pullarını yelə verdik... Arabir bacım kömək edir, rayondan bizə sumka-filan göndərir...
İşləyə bilmirəm, pensiya yaşım da çatmayıb ki, pensiya alım, bəzən evdə dişə dəyəsi şey gözə dəymir... Arvadın, uşağın üzünə baxa bilmirəm, bu fani dünyanı tərk etmək istəyirəm. Evimizdən bir az aralı Səlyan yolu keçir. Arabir əsa ilə bu yola qədər gedirəm, dənizin sahili uzaqdır - gedə bilmirəm. Bu yolda fikrimi həyata keçirmək, atamın-anamın yanına getmək niyyətindəyəm. Səhər-səhər yolda maşın çox olur, işıqforlara baxmayaraq, sürətlə gedirlər. Mən də əsanı işıq dirəyinə dirəyib səbrlə dayandım, qarşıdan gələn qara maşının qabağına tullandım. Sürücü cavan adam idi, cəld tərpəndi, qarşı yola keçdi, qarşıdan gələn maşınla kəllə-kəlləyə gəldi. Səs-küy düşdü, aləm bir-birinə dəydi, elə bildim ki, dünyanın axırıdır. Əsamı əlimə aldım, aradan çıxdım. Axı, yuxarıda dedim ki, mən bir az utancaq adamam...
Mən yalnız utancaq deyiləm, həm də tərs adamam. Başıma bir fikir girdisə, mıxla da vurub çıxarmaq mümkün deyil. Əgər mən bu fani dünyadan getmək qərarına gəlmişəmsə, deməli getməliyəm. Səlyan yolunda adam ölümü ilə nəticələnən yol qəzaları məni yolumdan saxlaya bilməz. Bizim 20-ci Sahə dairəsində bir “Zoomağaza” var, burda çox şey satılır. Əsamı əlimə aldım, yolumu bu mağazadan saldım, “siçan dərmanları”na baxdım. Qırmızı rəngli uzunsov paket diqqətimi cəlb etdi. Üstündə ingiliscə (danışmasam da, oxuyuram) yazılmışdı ki, bir buğda dənəsi bir siçanı öldürür. Paketdə yüzlərlə buğda dənəsi olardı, “yarım” arağım da vardı. Hava isti olduğundan evdə adam yoxdu. Fürsətdən istifadə etdim, arağı elə butulka ilə başıma çəkdim. Hərəsi bir siçan öldürən qırmızı buğda dənələri ilə “zakuska” etdim, bütün paketi yedim. Məni yuxu tutdu, divana yıxıldım... Sonrası yadıma gəlmir...
Səhər yuxudan gec ayıldım, ürəyim-zad bulanmırdı. Qızlar mənə baxdı güldü, arvad da dedi ki, kişi yaman yatmısan, üz-gözün də şişib. Nə isə... 20-ci Sahə dairəsində Ramazanın mağazası var, “1001 xırdavat” satılır. Yolumu burdan saldım, bir yumaq ağ kəndir aldım. Evə qayıtdım, gözlədim, uşaqlar çıxandan sonra işə başladım. Bizim evin qabağı qonşunun ikimərtəbəli imarətinin arxasına baxır. Bizim arvad deyir ki, bu, işığın, havanın qabağını kəsmək üçündür. Biz bura köçəndə bu divar vardı, amma indi mənim işimə yaradı. Binanın 1 və 2-ci mərtəbələri arasında beton pltələr qoyulmuşdu, bəzi armaturları biz tərəfə çıxmışdı. Evdən gətirdiyim kətilin üstünə çıxdım, kəndirin bir ucunu yuxarı atıb armaturlardan keçirdim, uclarını tutub düyünlədim, yerdən 2 metr arlı babat bir ilgək düzəltdim. İlgəyi boynuma keçirib “Kəlmeyi-şəhadətimi” dedim. Sonra stulu ayağımın altından itələdim...
Ayılanda gördüm arvad-uşaq başıma yığılıb, ağlaşırlar. Hələ qonşudan gələn, mərsiyə deyən arvadlar da var. Arvadların köməyi ilə dirsəklənib ayağa qalxdım, özümü ayaqyolunun yanındakı oturacağa saldım. Xəyala daldım... Bunların zəhərləri kimi, ipləri də çürükdür... Adamı adam kimi yaşamağa, adam kimi ölməyə qoymurlar, barı imkan versinlər, ilan kimi sürünək. Arabir qurbağadan-zaddan tutub yeyək ki, acından ölməyək...
Qalib ARİF

Комментариев нет:
Отправить комментарий