Azərbaycanda korrupsiyaya qurşanmış vəzifəli şəxslərə qarşı mübarizə çərçivəsində dövlət səviyyəsində sərt tədbirlər davam edir. Son dövrdə 5-6 korrupsiyaçı icra başçısı MTX-nın əmkdaşları tərəfindən "zərərsizləşdirilib" və həbs edilb. Artıq növbə korrupsiyaçı nazirlərə yetişib... Sanki heç zad baş vermir - yerdə qalan vəzifəlilər öz işindədir...
Burda mətləbə
dəxli var deyə mətləbdən uzaqlaşmaq, bir haşiyə çıxmaq istəyirəm. Deyirlər, Napoleon
hər döyüşdən sonra dərhal döyüş meydanında hər 100 metrdən bir dar ağacı
qurdurarmış. Dar ağacı dəhşətli olsa da, məqsəd ədalətli imiş... Deməli, hər böyük
döyüşdə hər iki tərəfdən minlərlə, bəzən 10 minlərlə əsgər və zabit qırılarmış. Döyüşdən sonra da
yaxından, uzaqdan, hətta şəhidlərin döyüş yoldaşlarından ibarət
"maradyorlar" (ölü soyanlar) sürüsü ölənlərin üst-başını, ciblərini
soyurnuş. Bu zaman "iş başında" yaxalanan hər kəs sorğu-sualsız,
yaxınlıqdakı dar ağaclından asılırmış və hamıya ibrət olsun deyə, döyüş meydanı
təmizlənincə, günlərlə dar ağacından sallanırmış. Amma buna baxmayaraq, ölümdən
qorxmayaraq, "maradyorlar" elə dar ağaclarının altında ölüləri
soyurmuş... İnsan nəfsinin, acgözlüyünün miqyasını təsəvvür edirsinizmi?!
Belə çıxır
ki, bizm bəzi vəzifəli adamlarla Napoleon dövrünün maradyorları arasında elə bir fərq yoxdur! Axı,
pandemiya (oxu; fəlakət) dövründə dövlət strukturlarının, ictimai təşkilatların
əhalinin kasıb təbəqəsinə ayırdığı köməyi mənimsəyənlər, ərzağı ələ keçirənlər ölülərin
cibini soyan həmin maradyorlar deyilmi?! Deməli, Azərbaycanda hər rayonda 100 metrdən bir dar ağacı qurmaq, bizim vəzifəli maradyorları da asmaq lazımdır?!
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий