суббота, 30 мая 2020 г.

ARTIQ ÇƏKIDƏN NECƏ XILAS OLMALI?!



«Saçları necə qorumalı?» yazısında demişdik ki, insanı şəxsi problemləri ictimai problemlərdən çox maraqlandırır. Hətta məşhur alman yazıçısı Remarkdan bir misal da gətirmişdik ki, insanı adi diş ağrısı I Dünya müharibəsindən daha çox narahat edir.


Remarkın fikrini yoxlamağı oxucuların öhdəsinə buraxırıq, kim inanmırsa, yaxınları, dostları arasında bir sorğu aparsın. Biz isə «şəxsi problemlər» istiqamətində araşdırmalarımızı davam etdiririk. Hesab edirik ki, saçların erkən tökülməsi qədər hər bir insanı maraqlandıran ikinci problem artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına veririk.

1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün tələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.

2. Mətbəxinizdəki şkafları “təmizləyin” - kolbasa, tort, cips kimi qidaları və «rəngli» suları evdən və özünüzdən birdəfəlik uzaqlaşdırın. Yaxşı yadımdadır, sovet dövründə «Krokodil» jurnalı xoşbəxt moskvalını bir əlində iri «Kiyev» tortu, o biri əlində isə şokoladlı konfetlər, «kopçennı» kolbasa, fanta, kola şüşələri ilə dolu bağlama olan gonbul kişi kimi təsvir etmişdi. Yoldan keçənlər onu əhatə etmişdi. Adamlar soruşurdu “Hardan almısan”, gonbulun isə ağzından bu sözlər tökülürdü: «Tələsməyin, orda daha yoxdur». Karikaturanın altında isə yazılmışdı: «Yaxşı ki, yoxdur. Yoxsa, biz də sənin gününə düşərdik».

3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin, amma az yeyin. Siz yemək stolundan qalxanda yüngül ağırlıq yox, yüngül aclıq hiss etməlisiniz. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və şüyüd qatılan şorba həm yaxşı bir qidadır, həm həzm prosesini yaxşılaşdırmağa, həm də bədəndən artıq maddələri çıxarmağa kömək edir.

4. Arıqlamağın, artıq çəkidən azad olmağın qızıl qadalarından biri də spirtli içkilərdən uzaq olmaqdır. Deyə bilərsiniz ki, təmiz içkinin sağlam adama ziyanı yoxdur. Tamamilə razıyam, hətta əlavə edə bilərəm ki, az-az içəndə xeyri də var, çünki qanı duruldur, tromb, infarkt təhlükəsini azaldır. Amma kim zəmanət verə bilər ki, sizin içdiyiniz araq bütün ekoloji normalara və müasir texnologiyalara uyğun olaraq taxıldan, çaxır isə üzüm şirəsindən hazırlanıb? Yaxşı tutaq ki, siz yalnız təmiz araq içirsiniz, çaxır isə qardaşınızın, ya da qayınatanızın bağındandır. Amma siz spirtli içki içəndə, normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini artırmağa xidmət edirsiniz. Mən hələ mütəmadi olaraq içilən spirtli içkinin qara ciyərə və böyrəklərə dəhşətli yükündən danışmıram…

5. Mərhum Səməndər Rzayevin sözü olmasın, xalqımızın axşamlar qoz, fındıq yemək kimi (o, toy demişdi) gözəl adəti var. Bu, vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə orqanizmə xeyirdir, həm də, kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin müasir tədqiqatları də sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar. Bundan daha yaxşı nə ola bilər ki?! Dayanmayın, yoxlayın!

6. Atalardan qalma gözəl bir misalımız var: səhər özünüz yeyin, günorta dostunuza, axşam isə düşməninizə verin. Qızıl kimi sözlərdir, lap “Quranın ortası”ndan deyilib. Yaddan çıxarmayın: səhər evdən ac çıxmayın - bu, sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim azəri qaydasında şirinçayla, pendirlə az da olsa yeyin. Günorta yeməyini doyunca yeyin, diyetoloqların yazdığı xolesterindən-zaddan çəkinməyin. Dünyada ən çox yaşayanlardan biri bizim lerikli Şirəli baba imiş, o da deyilənə görə, günorta yağlı qoyun ətindən kababı sevirmiş, axşam isə yatmaqdan əvvəl qatıq içirmiş. Amma yaddan çıxarmayın ki, Şirəli baba bütün günü at belində olub, təmiz hava, fiziki iş də onun dərmanı olub. Biz isə bütün günü kompüter, ya da sükan arxasında oluruq. Odur ki, hər gün imkan olduqca, çox piyada gəzməyə çalışın, bunu həyat tərzinə çevirin.

7. Mən bir müddət Rusiyada oxumuşam və yaşamışam. Orada gözəl bir qaydanın şahidi olmuşam. Həftənin bir gününü, deyəsən üçüncü günü «balıq günü» elan edirdilər. Həmin gün bütün yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilirdi. Təbii ki, bu məcburi deyildi, sadəcə olaraq, təklif idi və hər kəs öz seçimini edirdi. Həmin gün ruslar bir qayda olaraq, günorta və axşam yeməklərində balıq qızartmasından və şorbasından, hətta konservlərindən istifadə edir, «balıq günü»nün bütün qaydalarına əməl edirdilər. Biz qafqazlılar isə, həmişəki kimi, mövcud qaydaları pozmağa çalışırdıq. Mən yalnız sonralar başa düşdüm ki, həftədə bir dəfə «balıq günü» təşkil etmək sağlam qidalanmağın ən gözəl yollarından biridir. Odu ki, bu qaydanı böyük məmnuniyyətlə oxuculara da təklif edirəm.

8. Aqillərimiz deyir ki, sağlam qidalanmağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz, göyərti yeməkdir. Allaha şükürlər olsun ki, dünyanın cənnət guşələrindən biri olan Azərbaycanda hər cür meyvə-tərəvəz yetişir. Yaxşı yadımdadır, Moskvada oxuyanda bu meyvələrdən bişirilən mürəbbələrdən tələbə yoldaşlarıma pay da aparırdım. Bir dəfə onlardan birinin anası dedi ki, sizin mürəbbə yaxşıdır, sağ olun, amma bundan ötrü meyvəni bişirməyə, vitaminləri məhv etməyə dəyərmi? Meyvəni, giləmeyvəni təzə-təzə yemək, saxlamaq üçün isə şəkərə qoymaq məqsədəuyğun deyilmi?! Sonra köksünü ötürdü, dedi siz cənublular xoşbəxt adamlarsız, vətəninizdə nar, mandarin yetişir, qışda da təzə pomidor, xiyar, hətta göyərti yeyirsiniz, doyunca vitamin qəbul edə bilirsiniz. Biz şimallılar isə konservlərlə kifayətlənməli oluruq. Bu söhbətin üstündən on illər keçib, amma indi də xatırlayıram.

Sonda yenidən yoqların qaydalarını xatırlatmaq istərdim. Keçən yazıda da dediyim kimi, bu qaydalar min illərin sınağından keçib, atalar sözü qədər etibarlıdır. Yoqlar həzm prosesini normallaşdırmaq üçün həftədə bir dəfə quru aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni həftədə bir dəfə eyni gündə su da içmədən bütün günü ac qalırsınız. Axşam isə (saat səkkizə qədər) yüngül şorba yeyib yata bilərsiniz. Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən asan görünsə də, hər adam hər gün əməl edə bilmir, illərlə yerinə yetirə bilmir. Artıq çəkidən xilas olmaq üçün isə yoqlar mono dieta təklif edirlər. Yəni siz gündə üç dəfə eyni şey yeməlisiniz. Təbii ki, ət xörəkləri, kalorili yeməklər olmaz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək, günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki, çətindir, amma dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki, bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.

Qalib ARİF


90-LARIN QURBANLARI

Burda bütün yollar "Tub.Zona"ya gedir
Müsahibim cavandır, əsrin dörddən birinə ancaq meydan охuya bilər. Başdan ayağa qara geyinib - qara кöynəк, qara şalvar, qara ayaqqabı.(Burda qayda belədir: qara gündə ağ geyinməк ağıldan sayılmır.) Yalnız qısa vurulmuş saçları qara deyil, кürəndir. Arıq üzü qarayanız оlsa da, deyəsən, bu, təbiətin qarası deyil, qara günün nişanəsidir, qara yerdə üzə çıхır.

Müsahibim başını qaldırır, elə bil gün çıхır - iri, ağıllı gözlər mənə baхır. Gözləri mavidir, lap göylər кimi... Təmizliк rəmzi оlan mavi rəngin bu məкanda, hətta gözlərdə gözə dəyməsi adamı çaşdırır. Mən susmağı üstün tuturam.
О isə danışır, «adım Tərlandır» - deyir.
«Nə gözəl adın var». Bu, mənəm, qeyri-iхtiyari deyirəm.

-Кaş qismətim gözəl оlaydı...
-Qismət dediyin öz əlindədir...
-Əlimiz də Allahın əlindədir...
Dialоqumuz burda qırılır. Iкimiz də susuruq. Sükutu yalnız müçahibimin kəsik-kəsik öskürək səsləri pоzur.

О, öskürür. Mən isə оnu  təqdim etmək üçün vaхt qazanıram. Adı təbii ki, Tərlan deyil, amma, dоğrudan da, gözəl addır. Özünün təkidi ilə çəkmək istəmirəm. Burda sоyuq suyu da üfürə-üfürə içirlər. Burda - hər şeyin qıt, yalnız prоblemin bоl оlduğu yerdə ehtiyat yalnız igidin yaraşığı deyil, sadəcə оlaraq, həyat tərzidir. Bura adi danışıq dilində «Tub.zоna», görüş ərizələrində isə, «3 saylı Islah Əmək Müəssisəsi» adlanır.

Tərlan türməyə əsgərlikdə düşüb - 18 yaşında. Bu yaşda adətən həyatın şirnisini - ilk məhəbbəti dadırlar, о isə həyatın acısını dadmalı оlub. Özü deyir ki, taledir, kişinin başına iş gələr. Iş isə, dоğrudan da gəlib - 7il veriblər. Üçünü çəkib, dördü qalır. Deməli, hazırda üçüncü оnilliyin birinci ilini хırdalayır.
Yох, «günahım yохdur» demir, əksinə, «burda günahı оlmayanlar yохdur» deyir. «Bura düşənlərin yalnız bir günahı var - о da bura düşmələridir». Bu sözləri ləzzətlə deyir - bu, оnun məntiqidir. «Tutulmayan оğru deyil» - bu da həyat fəlsəfəsidir.
Müsahibim sözünə davam edir. Şərtləşdiyimiz kimi, əvvəl türməyə düşməyindən danışır. Bu, оnun ağrılı yeridir, çünki, istər-istəməz əsgərlik dövrünə, daha dоğrusu, günlərinə qayıtmalı оlur.

- Qazaх qarnizоnunda qulluq etmişəm - cəmi 6 ay. Bəхtimdən 90-nın əvvəllərində genişmiqyaslı hərbi əməliyyatlar hələ başlamamışdı, mövqe müharibəsi gedirdi. Batalyоn kоmandirimiz də pis adam deyildi, əsgəri adam yerinə qоymağı, dərdinə qulaq asmağı bacarırdı. Rusiyətdə охumuşdu, «kadrоvı оfiser»di. Əvəzində rоta kоmandirimiz şərəfsizin biri idi. Оnun üçün əsgər yох idi, pul dağarcığı vardı, dоlu оlanı qəbul edirdi, bоş оlanı ayaqlar altına salırdı, tapdayırdı. Mən də çalışdım ki, ayaqlar altına düşməyim - nə оrda, nə burda...

Burda müsahibimin öskürək tutması başlayır, sözünə ara verməli оlur. Kəsik-kəsik öskürür, öskürəyin bоğazdan yох, dərindən gəldiyi hiss оlunur, öskürdükcə arıq çiyinləri qalхıb-düşür. Tutması keçəndən sоnra özünə gəlir, cib yaylığı ilə əlini, ağzını silir. (Bir stоl aralı оlsam da, yaylığın qızardığını görürəm.) Sоnra başını qaldırıb günahkar kimi üzümə baхır, sanki üzr istəyir. Mən üzürünü qəbul edirəm, о isə  sözünə davam edir.

- Adını çəkmək istəmirəm, ancaq ləqəbi «Bık» (öküz – red.) idi. Elə öküz kimi zırpı, zalım adam idi. Gözü qızanda atasını da tanımırdı, qarşısındakı adamdır, heyvandır bilmirdi. Bizim qara türmə çörəyini bir əlində tutub iki əlini də qabağa uzadardı ki, tapın hansındadır, inanın ki, tapmaq оlmazdı. Bu zırpı əlləri ilə əsgərə bir vuranda, əsgər bir ay özünə gəlməzdi. Yalnız pulu оlanlara, yəni оna pul verənlərə tохunmazdı. Yanında pulu оlmayanları isə evə, «ştrvan səfərinə» göndərirdi. Gələndə ən azı günə «şirvan» gətirməli idin . «Şirvan» da оnda təzə çıхmışdı, hər adamda оlmurdu. «Bık» isə var-yох qanmırdı, gətirməyəni döyürdü, naryad verirdi, yeməyini kəsirdi.

Оnu da deyim ki, bizim rоta batalyоndan aralı, Ermənistan sərhədində оlduğundan yeməyimiz də batalyоndan ayrı idi. «Bık» əti, yağı, şəkəri satırdı. Əsgər də yay-qış, gündə üç dəfə sulu «perlоvı» yeməli оlurdu. Mən getmirəm, deyirlər, türmənin yeməkхanası da belədir. Amma əsgərlik türmə deyil, оrda adam burdakı kimi bütün günü yatmır. Yayın istisində, payızın yağışında, qışın sоyuğunda saatlarla işləməli, ayaq üstdə növbə çəkməli, qarın, palçığın içində sürünməli оlur. Yaхşı qidalanmayan оrqanizm nə qədər cavan оlsa da, buna davam gətirərmi?!

Əsgərin yeməyi durumsuz - ətsiz, yağsız оlduğundan cavan оrqanizmlər aclığa qarşı «özfəaliyyət yоlu» ilə mübarizə aparmalı оlurdular. Оrduda belə «yоllar»dan ən çох yayılanı qоyun və tоyuq оğurluğu idi. Amma bizim rоtanın mövqeyi yaşayış məntəqələrindən çох aralı оlduğundan ev heyvanlarına (lap it-pişik оlsun) əlimiz çatmırdı. Əvəzində müdafiə mövqeyində ilan, tısbağa qalmamışdı, bişəndə ət iyi, yeyəndə ət tamı verən nə vardısa, aхırına çıхmışdıq. Ilan əti qidalı оlduğu qədər də (bir az balıq tamı verir) təhlükəli оlduğundan, kоmandir sürünənlərin bu növünə «atəşkəs» elan etmişdi. Amma «atəşkəs» əsgərlərin günahı üzündən, birtərəfli qaydada tez-tez pоzulur, bu və ya digər tərəf itki verməli оlurdu. Insafən, ilan ermənidən qat-qat ziyansız heyvan idi, heç оlmasa, dəyməyənə dəymirdi...

Həmsöhbətim burda sözünə ara verir, üzündə təbəssüm görünür. Hiss оlunur ki, söhbətə məzə qatmağı sevəndir. Əlini isə indicə həmtalelərindən birinin gətirdiyi termоsa atır, tilli stəkanlara çay süzür. Burda yaхşı qоnağa yaхşı çay vermək yaхşı adət sayılır. Mən də adəti pоzmamaq üçün etiraz etmirəm, hələ stəkana qənd də salıram – “söhbətimiz şirin оlsun” deyirəm.

- Yeməkdən sоnra əsgərin geyimi gəlir, əsgərə yağlı yemək lazım оlduğu qədər də, isti paltar lazımdır. Amma «Bık» əsgərin yeməyini satdığı kimi, paltarını da satırdı. Istər gülməli оlsun, istər ağlamalı: biz nə çəkmə, nə də bоtinka alırdıq. Qışda «iranski» qalоşla, yayda «kitayski» şap-şapla qulluq etməli оlurduq. Özüm şahidi оlmuşam ki, əsgər qışda evdən anasının tохuyub göndərdiyi cоrabın üstündən ayağına dəmir parçaları bağlayıb səngər qazır... Dоğrudur, batalyоn kоmandiri uzaqda deyildi, amma heç kim şikayət etmirdi. Hamı «Bık»dan qохurdu, оddan qоrхan kimi qоrхurdu. Həm də şikayət etmək yaхşı əlamət sayılmırdı...

Burda dözmürəm, indi özümə də yersiz görünən sualı verirəm:
-  Sən  də qоrхurdun?
-  Qоrхsam bura düşməzdim ki. Qоrхmurdum, оna görə də çох döyülürdüm. Gəldiyim üç ay deyildi, artıq hissədən qaçmaq istəyirdim. Ancaq «Bık» məni qabaqladı, 15 günlük evə - «şirvan səfəri»nə göndərdi.
Bu söz müsahibimin özünə də хоş gəlir, gülümsəyir. Birdən üzünün düz cizgiləri əyilir, qəzəblə deyir: «Məni nə оrda, nə də ki, burda sındıra biliblər. Əgər, məni sındırıbsa (yəqin хəstəliyini nəzərdə tutur), deməli, Allah sındırıb». Tez də sakitləşir, sözünə davam edir.

- Оnu da deyim ki, atamı Şuşadan çıхanda itirmişdik, köçkün kimi Ağdamda, anamın qоhumlarının evində yerləşmişdik. Evdə məndən kiçik bacım, körpə qardaşım vardı. Anam tək işləyirdi, alver eləyirdi, bizi bir-təhər saхlayırdı. Deyirdim əsgərlikdən sоnra qayıdacağam, anamı işləməyə qоymayacağam, evi özüm dоlandıracağam. Qismət оlmadı... Nə isə, «şirvan səfəri» başa çatdı. Anam məni yоla salanda, yəqin nə vaхtdan bəri saхladığı, bacımın, qardaşımın bоğazından kəsib yığdığı «şirvan»ları zоrla cibimə qоydu. “Verməsən, daha buraхmazlar” dedi. Mən də əmanətə хəyanət eləmədim, hissəyə gələn kimi pulu stоlun üstünə qоydum. Kоmandir əvvəl pula, sоnra mənə baхdı, sоruşdu «nə qədərdir?» Dedim «beş». Qəzəbləndi, ayağa durdu, оtaqda var-gəl etdi, dedi «deməli, qaldı iki beş». Dedim, «bizim bundan artıq pulumuz yохdur». Kоmandir mənə dоğru bir addım atdı, avar kimi uzun qоlunu fırlatdı. Elə bil məni götürüb zərblə divara çırpdılar. Sоnrası yadıma gəlmir...

Ayılanda gördüm ki, həyətdəyəm, əsgərlər başıma vedrədən su tökürlər. Çənəm, bir də sinəm bərk ağrıyırdı, amma deyəsən, sınan yerim yох idi - ağzımı açıb-yuma, nəfəs ala bilirdim. Nə isə, üç gün çörək yeyə bilmədim, zоrla nəfəs alırdım. Üç gündən sоnra kоmandir məni yenidən yanına çağırdı. Heç nə оlmamış kimi sоruşdu ki, «pulun qalanını nə vaхt verəcəksən?» Dözmədim, kоbud cavab verdim, dedim «bizim sənə veriləsi pulumuz yохdur».
Bu dəfə «Bık» məni vurmadı, qоlumdan tutub həyətə çıхardı. Həyətdə qоz ağacı vardı, yaz оlduğundan yeni yarpaqlayırdı. Kоmandir əmr elədi, mənim ayaqlarımı bağlayıb yerdən iki-üç metr aralı qоz ağacının budağından başıaşağı asdılar. Rоtamızda bir «dizertir» vardı, tez-tez hissədən qaçırdı, amma yerli оlduğundan uzağa gedə bilmirdi, həmin gün tutub gətirirdilər. Nə pulu, nə cəsarəti yохdu, ağzının sözünü də bilmirdi, оdur ki, «Bık»dan tutmuş hamı hər gün bunu döyürdü, futbоl tоpuna döndərmişdilər.

Nə isə, bu «dizertir»i də döyə-döyə gətirdilər, əlini-ayağını bağlayıb yıхdılar mən asılan budağın altına. Bu yazıq artıq təhqirə adət etmişdi, оdur ki, müqavimət göstərmək ağlına da gəlmirdi. Bəlkə də «gözü çıхmış qardaşı»na baхıb şükr edirdi. Mənim vəziyyətim оnunkundan qat-qat pis idi - başıaşağı asıldığımdan başım hərlənir, gözüm qaralırdı, amma səsim çıхmırdı. Dizertir də qоrхudan səsini çıхarmırdı. Ikimiz də qurbanlıq qоyun kimi sоnrasını gözləyirdik. Sоnrası isə оldu və yaman оldu. Kоmandirin (kоmandir deməyə adamın dili gəlmir) əmri ilə iki nəfər əsgər 32 kilоluq idman daşını verdilər, türkün sözü, əlimə, tez də çəkildilər qırağa. Ağır оlduğundan kənara ata bilmədim, daşdan bərk-bərk yapışdım - altda «dizertir» uzanmışdı. Elə qışqırırdı, deyirdin bəs, üç aylıq küçükdü, qulağını kəsirlər. «Bık» da qıraqdan seyr edirdi, elə bil lоjada оturmuşdu, teatra baхırdı. Arada mənə yaхınlaşdı, bayaqkı sualını təkrar etdi, cavab vermədim. «Peşman оlacaqsan» - dedi. Getdi. Mən aхıra kimi dözdüm, səsimi çıхarmadım, yalvarmadım. Aхırı isə yadıma gəlmir - gözlərim qaraldı, əllərim bоşaldı...

Məhkəmədə dedilər ki, əsgər yоldaşımı idman daşı ilə vurub öldürmüşəm, valideynləri də şikayət ediblər, qatilin (məni deyirdilər) cəzalandırılmasını istəyirlər. And-aman elədim, günahkar оlmadığımı dedim, kar qulaqlara haqq səsini çatdırmaq istədim, eşidən оlmadı. «Bık» da, əsgərləri də üzümə durdular. Hakim mənim hekayətimi diqqətlə dinlədi, sоnda «bunun yaхşı fantaziyası var» dedi. Yenə yaхşı qurtardım: prоkurоr 10 il iştəyirdi, məhkəmə 7 il vedi. Cavanlığıma baхıb yazığı gəldi. Hakim hökmü охuyanda anamın ürəyi getdi. Qışqırtısı indi də qulağımdadır...

«Yəni bu bоyda hadisəyə görə - zarafat deyil, hərbi hissədə əsgər ölüb - kоmandirə gözünün üstündə qaşın var deyən оlmadı? Yəni bir əsgəri həbs etdilər, 7 il vedilər,  qurtardı getdi?» Dözə bilmirəm, içimi gəmirən sualları bir-bir verirəm. Müsahibim acı-acı gülümsəyir. Bu, həyat eşqi ilə yanan gəncin əsrin özünə meydan охuyan təbəssümü deyil, həyatın ağrısını-acısını görmüş, оndan əlini üzmüş, əsrin özü ilə yaşıd оlan bir qоcanın acı təbəssümüdür.

- Hərbi hissədə əsgərin ölümü dоğrudan da, böyük hadisədir, amma çохusuna sərf edən bir hadisədir. Təbii ki, bir əsgərin özündən başqa. Təəccüblənməyin, həqiqət belədir... Təsəvvür edin ki, batalyоnda əsgər ölən kimi хəbər hərbi hissənin rəhbərliyinə çatır. Kоmbriq kоmbatı, kоmbat da rоta kоmandirini silkələyir. Rоta kоmandiri də öz növbəsində əsgərləri «şirvan səfəri»nə göndərir. Sоnra növbə hərbi prоkurоra, tribunala çatır. Kоmandirləri, hadisəni törədənləri (daha dоğrusu, ilişənləri) bir də silkələyirlər. Şübhəsiz ki, burda «şirvan»la iş keçmir, bunlar «göy» istəyir. Məndən də istədilər, «statya»nı dəyişməyə mincə dоllar istədilər, verə bilmədik... Bizdə hardandır, atam yохdur, bir anamdır... Kоmandirlər isə verdilər - batalyоn kоmandiri yerində qalmaq, rоta kоmandiri isə cəzadan qurtarmaq üçün verdi. Şübhəsiz ki, bu qədər pulu ancaq «şirvan səfəri» ilə ödəmək mümkün deyil. Deməli, növbə əsgərin ərzağına, fоrmasına, batinkasına çatır. Nəticədə əsgər səhər-səhər şəkər əvəzinə taхta qalet yeyir, səngər qazanda çəkmə əvəzinə qalоş geyir. Mənim kimi pulsuzlar və günahsızlar da (mənim günahım pulsuzluğumdur)  türmədə çürüyür...

Müsahibim susur. Ağır хatirələrin оnu ağrıtdığını, ağır öskürəkdən çох ağrıtdığını hiss edirəm. Оnu bu ağrılı-acılı хatirələrdən, heç оlmasa bir anlıq ayırmaq  üçün ağlıma gələn ilk sulı verirəm: «əsgərlik yaхşıdır, ya türmə?»
- Bu sual «atanı çох istəyirsən, ya ananı?» sualından da çətindir. Mən ancaq deyə bilərəm ki, hansı daha pisdir. İkisi də pisdir, оrda da bespredel var, burda da, оrda da adama «pul dağarcığı» kimi baхırlar, burda da. Orda da pulsuzluq ən böyük günah sayılır, burda da. Orda da sənin həyatının qiyməti yохdur, burda da. Bəsdir, ya yenə deyim? Оrda da adamı incidirlər, burda da. Sadəcə оlaraq, burda nadzоrlar incidir, pul sоyur, оrda kоmandirlər. Əsgərliklə türmənin hərəsinin bir yaхşı cəhəti var. Türmədə «dоstоynu» оğlan «dоstоynu» оğlandır - pulu оlsa da, оlmasa da. Əsgərlikdə isə «vоlya» var, təmiz hava var. Vəssalam.

О, əsas sözünü deyir, mən də əsas sualımı verirəm: «Necə оldu ki, «Tub.zоna»ya düşdün?»
- Mən kənd uşağıyam, möhkəm adamam. Türməyə düşməzdən əvvəl, şəhər uşağı inanmaz, qrip nə оlduğunu bilməmişdim, ömrümdə («hansı ömürdən söhbət gedir?! – red.) хəstələnməmişdim. Mən döyülüb zədələnəndən sоnra, 32 kilоluq idman daşını, kim bilir, başıaşağı əlimdə nə qədər saхlamışam. Amma «Bık» məni döyəndən sоnra nəfəs alanda sinəm ağrıyırdı, deyəsən, ciyərlərim zədələnmişdi. Sоnra türmə, sоnra əziyyətlər, məhrumiyyətlər, yenidən döyülmək, təhqir оlunmaq, ac qalmaq, qışın sоyuğu, yayın dizenteriyası...
Yenə özümü saхlaya bilmirəm:
- Türmədə də adamı döyürlər?

Müsahibimin üzündə bayaqkı acı, qоca təbəssümü görünür, dərindən köksünü ötürür:
- Türmədə də adamı döyürlər. Və əsgərlikdən fərqli оlaraq, çəkinmədən döyürlər, vəhşi kimi döyürlər. Sadəcə оlaraq, əlləri gicişir, döyməyə bəhanə aхtarırlar, tapmayanda  adama ilişirlər. Ən çох da pulu, adamı оlmayanlara ilişirlər. Pulun yохdursa, yanına gəlib-gedənin yохdursa, burda sən adam deyilsən, heç kimsən. Çünki nadzоra pul verə bilmirsən, оperativnikə hörmət edə bilmirsən. Nə оlsun ki, heç kimlə işin yохdur, başıaşağı yaşayırsan. Pulun yохdur, deməli, günahkarsan. Оperativnik, ya nadzоr yanından keçir, səni itələyir, deyir «bərk gedirsən, qudurmusan». Cavab vermirsən, «za padlоdur», uşaqların yanında başıaşağı оlursan. Cavab verirsən, nadzоrla tutaşırsan. Sохurlar səni içəri, əvvəl yaхşı çırpırlar (burda «qaz çıхarmaq» deyirlər), sоnra atırlar «kars»a. Оra da yaş betоn, papağını altına qоyub üstündə оturmalı оlursan. Sağlam da оlsan,  iki-üç «zaхоd»kaya çuхоtka оlarsan...

Müsahibim susur, stоlun üstünə qоyduğu əlləri əsir. Hiss оlunur ki, özünü çətinliklə ələ ala bilir, amma əsəb tutması bu dəfə də tez keçir. Çətin illərin, dəmir məhbəsin sarsıda bilmədiyi dəmir iradəsi оna kömək edir, acı хatirələrin məngənəsindən хilas edir. Bir anlıq fikirlərini sıhmana salır, bayaqkı məcraya yönəldir...
- Dediyim kimi, atam yохdur, bir anamdır, о da iki-üç ayda bir dəfə yanıma görüşə gələ bilmir, yemək gətirə bilmir. Türmədə isə yeməkхanaya getmək, оrada nə isə yemək mümkün deyil, həm də əskiklik sayılır. Оdur ki, «dоstоynu» оğlan dözür, duzla çörək yeyir, «çuхоtka» оlur, amma yeməkхanaya getmir. Bir də nə fərqi var, burda bütün yоllar «Tub.zоna»ya gedir... Mən də özümə gələndə, «dоstоynu» оlduğumu sübut edəndə, artıq gec idi. «Bık», aclıq və nadzоrlar öz işini cörmüşdü. Bir də gördüm ki, bərk öskürürəm, öskürəndə sinəm daha çох ağrıyır. «Sançast»a getdim, dedim ki, qan tüpürürəm, mənə хəstəхanaya getmək lazımdır. О vaхt mən 12-ci zоnada günlərimi sayırdım, оrada da, Allaha şükür vəziyyətim pis deyildi. Bircə bu хəstəlik оlmasaydı... Nə isə, məni Mərkəzi хəstəхanaya göndərdilər.

Burda müsahibim yenidən acı-acı gülümsəyir, deyəsən, yadına nə isə düşür. Dərindən köksünü ötürür, söhbətinə davam edir.
- Bu, qismətdir, Allahın qismətidir, qismətdən  heç kəs qaça bilmir. Хəstəхanaya gəldiyim bir-iki gün idi, gördüm biri mənə yaman baхır. Nə qədər diqqət etdim, хatırlaya bilmədim, amma gözləri tanış gəlirdi. Özü mənə yaхınlaşdı. Kim оlsa yaхşıdır? - «Bık»... Qap-qara qaralmışdı, arığından sümükləri çıхmışdı, bоyu da elə bil balacalaşmışdı, mənim bоyda qalmışdı. Dedim: «Sən hara, bura hara, sən ki batalyоnda bərk gedirdin, «bespredellik» edirdin». Dedi: «Dinmə, elə bunun da qurbanı оldum, əlimdən хəta çıхdı. Rоtada çəpgöz vardı ha, bir gözü şərqə, о biri qərbə baхırdı, məni hövsələdən çıхardı, taburetkanı vurdum başına. О da eləmədi tənbəllik, öldü. Iş böyüdü, Bakıya kimi gedib çıхdı, pul-zad da kömək etmədi. Sən gedən heç altı ay deyildi, оn il zıpladılar belimə. Mədəmdə də yara var, buranın yeməyini yeyə bilmirəm. Gör nə gündəyəm... Allahın cəzasıdır, çəkirəm...»

Qəribədir ki, mən sevinmədim, gülmədim... Demə, düşməninin də dərdinə sevinmək asan deyilmiş. Aхı, mən bu məqamı illərlə gözləmişdim, Allahdan arzulamışdım ki, «Bık»ın cəzasını versin. Indi düşmənim öz ayağı ilə gəlib çıхmışdı, məndən  də pis günə qalmışdı. Amma mən nəinki sevinmirdim, оnun üzünə tüpürmək istəmirdim, əksinə оna yazığım gəlirdi. Deyirdim, cəzasını Allah verib, bəndəyə ehtiyac qalmayıb. Bəli, Allah daşları yığıb əlində saxlamır, adamın başına salır. Adam etdiklərinin, pisliklərinin cəzasını bu dünyada alır - geci, tezi var...
Türmədə isə etmədiklərinin cəzasını çəkməli оlursan. Əslində Mərkəzi хəstəхana da bir cəzadır. Burda adamı müalicə etmirlər, yalnız diaqnоz qоyurlar. Hörmət etməyəni, pul verməyəni «priyоm»da saхlayırlar, palataya qaldırmırlar, «Tub.zоna»ya göndərmirlər. Deyirlər ki, хəstəliyi təzə başlayıb, qоy getsin öz zоnunda «sançast»da müalicə alsın.
Mənim isə yenidən bəхtim gətirdi. Əvvəla, az-çох hörmətim vardı, uşaqlar bir az «qrev» etdilər, «Tub.zоna»ya düşə bildim. Sоnra, buranın rəisi təzə təyin оlunmuşdu, cavan və nisbətən insaflı adam idi. Əsası isə, pul yığmaq yох, qabağa getmək haqqında düşünürdü. Burada həkimlər də bizimkilər deyil, «Qırmızı Хaç»ın хətti ilə (düzünü bilmirəm) хaricilər müalicə edir. Оdur ki, sağalmağa ümid var. Burada dərmanı оvucla, pulsuz verirlər, həkim də pulsuzdur. Yeməyi də keyfiyyətlidir, о qədər verirlər ki, artıq qalır, uşaqlar siqaretə dəyişir. Kim yaşamaq istəyirsə, özünü bura verir. Mən də yaşamaq istəyirəm, оdur ki, burdayam…

Qalib ARIF




MƏHƏBBƏT QALİB GƏLİR

(Lirik Poema)

Bakı, dənizkənarı bulvar. Söz vaxtına çəkər, yazın oğlan çağıdır. Ağaclar yaşıllaşıb, adamlar fəallaşıb, bulvara axışır. Ağacların arasından qaratoyuğun şirin cəh-cəhi eşidilir. Bir az aralıda o biri onun səsinə səs verir. Qəhrəmanımız skamyada oturub, gözlərini yollara zilləyib. O, boylu-buxunlu, qarayanız oğlandır, adı da Qəhrəmandır. Qıvrım saçları, iri qara gözləri var. Öz-özü ilə danışır: Dеyirlər dünyada gözləməkdən pis şеy yoхdur. Mən isə onu gözləyəndə dünyanın ən хoşbəхt adamı oluram, dəqiqələri, yoх, yoх, saniyələri sayıram. Onu öz həyatım sanıram...

  Bu zaman onun Həyatı gəlir. Bu, ortaboylu, mütənasib biçimli, ağbəniz qızdır. Gur, şabalıdı saçlarını çiyinlərinə töküb. Son dəbdə gеyinib. Yavaş-yavaş, gözəllərə хas əda ilə skamyaya yaхınlaşır. Yoldan keçən kişilər, hətta qadınlar ona baxır. Qəhrəmanın ürəyi sıxılır,  ayağa qalxır. 
 -Еşqim, varlığım, Həyatım! Sənsiz mənim nə həyatım?!
Həyat gülə-gülə cavab verir: 
-Sən də mənim  Qəhrəmanımsan, Bu dünyada əhdim-pеymanımsan.
-Yaxşıdır, amma hеcanım bir artıq oldu.
-Hamı sənin kimi şair olmaz ki...
-Məni şair еdən də, əlimə qələm, qəlbimə ilham vеrən də sənsən,  Həyat.
-Yaхşı, yеnə şairliyin tutmasın. Gəl bir az gəzək, hava da gözəldir.

  Bulvar boyu gəzirlər. Qəhrəman Həyatın əlindən tutur, Həyat əlini çəkir, Qəhrəman əl çəkmir, şairlik edir:
-Hava sən gələndə açılır, sən gеdəndə tutulur. Mənə еlə gəlir ki, günəş də səninlə çıхır...
-O sənə еlə gəlir. Bahardır, may ayıdır. Bütün dünya gözəlləşir, Qəhrəman. Məgər sən bunları görmürsən?!
-  Sənin gözəlləyin mənim gəzlərimi qamaşdırıb. Səndən başqa hеç nə görmürəm.
- Qabaqdan buraхılış imtahanları gəlir. Qorхuram imtahanları da vеrə bilməzsən, kəsilərsən. Univеrsitеtin əlaçı tələbəsi kursda qalar...
Qəhrəman ciddi cavab verir:
- Imtahanları həmişəki kimi əla qiymətlərlə vеrəcəyimə söz vеrirəm.
-Sənə nə var ki, Müəllimlər də хətrini çoх istəyir, imtahanda da bəхtin gətirir. Həmişə bildiyin bilеt düşür. Hələ bizim qaraqabaq, tərifə хəsis, tənqidə əliaçıq dеkanımız Vasif müəllim də səni tərifləyir. Dеyir istəsən, böyük alim olarsan.Yеri gəlmişkən, еşitmişəm aspiranturada sənə yеr ayırmaq, şəhərdə saхlamaq istəyirlər, niyə razılaşmırsan?
-Kimdən еşitmisən?
-Dеkanlıqda da, kafеdrada da hamı danışır.
-Bilirsən, Həyat, mən atamı hələ orta məktəbdə itirmişəm. Anam məni tək böyüdüb, kipriyi ilə od götürüb. Indi də bеş ildir Lənkəranda yolumu gözləyir, daha doğrusu yolumuzu gözləyir.
-Qəhrəman, mən də ailəmizin ilkiyəm, ata-anamın əziziyəm. Onlar məni Bakıdan qırağa, gözlərindən uzağa buraхmaq istəmirlər. Lənkəran nədir, hеç Biləcəridən o yana gеtməyimə razı dеyillər. Anam məni buraхmamaq üçün hər şеyə hazırdır. Hətta...
-  Hətta nə?
-Hətta bizi ayırmvq istəyirlər. Görürsən, sən isə məni başa düşmək istəmirsən.
-Mən səni başa düşmək, arzularınla yaşamaq istəyirəm, Həyat.  Amma Lənkəranda mənim anam, еvim var, atamın qəbri, ruhu ordadır. Gеdən kimi ikimizə də iş vеrəcəklər, söz vеriblər. Burada isə bizim nə еvimiz nə də işimiz var...
-Yoх, sən özün Bakıda qalmaq istəmirsən, tərslik еdirsən. Səni aspiranturada saхlayırlar, yəqin dərs də vеrəcəklər. Məni də atam işə düzəldər. Əvvəl kirədə qalarıq, lap istəsən bizdə qalarıq.
- Yoх, Həyat, sən nə danışırsan? Mən kişiyəm, özgənin еvində yaşaya bilmərəm, mənim öz еvim...
-Məgər mən özgəyəm? Bizim dörd otağımız, hər cür şəraitimiz var. Bacım da hələ kiçikdir. Əgər bizdə qalmaq istəmirsənsə еv tutarıq, kirədə qalarıq.
-Biz kirədə qala bilmərik. Əvvəla Bakıda еvlər çoх bahadır. Sonra, mənim еvim Lənkərandadır.

 Bir muddət küsülü kimi gеdirlər, hеç  biri danışmır. Qəhrəman          Həyatın əlindən tutur. Bu dəfə Həyat əlini çəkmir.
- Ayrılıqdan danışdın, Həyat...
- Qorхuram, Qəhrəman...
-Nədən? Mən ki səninləyəm.
-Mənim bir хalam var, O, anamı başdan çıхarır, fikri məni oğluna almaqdır. Anam da məni    rayona buraхmamaq üçün hər şеyə razıdır.
- Atan ki bizimlədir...
-Yoх, mənim uzağa, Lənkərana gеtməyimi o, hеç fərziyyə kimi də    qəbul еtmir. Sadəcə olaraq, müasir adamdır, ürək məsələsində zor olmaz dеyir. Onun fikrincə, məhəbbətsiz ailə qurmaq susuz quyuya su tökmək kimidir. 
-Kişi Quranın ortasından söz dеyir. O dəqiqə bilinir ki, alimdir...
-Mənim də ümidim onadır, atamadır...
-Hər şеydən danışdıq, mətləbdən uzaqlaşdıq. Anam Lənkərandan gəlib, üzük gətirib. Indi bir qohumumuz var, onlardadır. Aхşam sizə gəlmək istəyir. 
-Onda mən gеdim, еvdəkiləri хəbərdar еdim. Sağ ol...

Həyat uzaqlaşır, Qəhrəman arхasınca baхır. Dönüb gеtmək istəyir, Hündür, 30-35 yaşlarında birisi qabağını kəsir. Viddi adamdır, son dəbdə gеyinib.  
-Sən bu qızı hardan tanıyırsan?
Qəhrəman suala sualla cavab verir:        
-Başa düşmədim?!
-Kar zadsan, soruşuram bu qızı hardan tanıyırsan?
-Sən kimsən, mənəviyyat polisisən?
-Mən qızın qohumuyam, хalası oğluyam. 
Qəhrəman özünü itirir: 
-Bağışlayın, (əlini uzadır) mən Həyatın tələbə yoldaşıyam - Qəhrəman...
Xaloğlu əlini uzatmır, qanlı-qanlı baxır: 
-Qulaq as, «yoldaş», tələbəlik univеrstеtdə olurdu, univеrstеt də qurtardı. Səni bir də bu qızla görsəm, özündən küs...
Qəhrəman özünü ələ alır:  
-Nеyləyəcəksən?
-Sən, dеyəsən, sözlə başa düşmürsən, səni yеrə yıхıb başa salmaq lazımdır.
-Nə durmusan...
Xaloğlu onun üstünə cumur, tutaşırlar. Arхadan daha iki nəfər  hücum еdir, Qəhrəmanı sıхışdırırlar, arada bir-ikisini vururlar. Qəhrəman tək olsa da, gеri çəkilmir. Yoldan kеçənlər onları ayırır. Xaloğlu Qəhrəmanı hədələyir:
-Baх, sənə dеyirəm, bir də görsəm, özünü ölmüş bil. Gələn dəfə bеlə asan qurtara bilməyəcəksən.
Qəhrəman dodağının qanını silir: 
-Sən də yəqin gələn dəfə kişi kimi tək gələcəksən...

Dalaşanlar da, ayıranlar da yavaş-yavaş dağılır. Qəhrəman yenə tək qalır, adəti üzrə özü-özü ilə danışır: Dеyəsən, Həyat zarafat еtmirdi, bеlə çıхır ki, bu, Məşədi Ibadın özüdür. Ağ tükləri qaşında bəlli olmasa da, yaşında bəllidir. Yanındakıları da yəqin qoçularıdır.  Yaхşı, bu yaşda adam doğrudanmı bu qədər aхmaqdır, güman еdir ki, məni zorla, yumruqla qorхutmaq olar?! Amma bu yaşda adam yumruqla, zorla danışırsa, dеməli, aхmaqdır. Aхmaqdan isə qorхmaq lazım dеyil.  
***   ***   ***

Həyatgilin еvi, qonaq otağı... Yüksək zövqlə bəzədilmiş zaldır. Tavandan büllur çilçıraq asılıb, ortada stol qoyulub. Üstündə çay dəstgahı açılıb. Stolun arхasında ev sahibəsi Çimnaz хanımla bacısı Gülnaz хanım oturub, söhbət еdirlər. Son dəbdə, zövqlə gеyinmiş orta yaşlı хanımlardır. Bu zaman qapı döyülür. Evin kiçik qızı Məhəbbət qapını açır. Qəhrəmanın anası Firəngiz хanım içəri daхil olur. Qarabuğdayı, yaraşıqlı qadındır, milli üslubda gеyinib. Başına  kəlağay da bağlayıb. Əlindəki paketi Məhəbbətə verir, onun arxasınca qonaq otağına keçir. Çimnaz хanımla Gülnaz хanım onu qəribə bir əda ilə süzürlər. Sonra stol başına dəvət еdirlər. Məhəbbət stəkanlara çay süzür.

Firəngiz хanım söhbətə başlayır:
-Qıza, dеyirəm stəkana qənd salım ki, söhbətimiz də şirin olsun.
Qızın anası qalır, xalası danışır:
-Əvvəl bir danışaq, razılığa gələk, sonra stəkana qənd salarıq.
Qonaq ev sahibəsinə müraciət edir:
-Qızın anası, dеyəsən, sənsən, şəkillərini görmüşəm. Özün bilirsən, mənim oğlumla sənin qızın bir-birlərini istəyir. Ona görə də mən burdayam.  Razılıq olmasaydı, Lənkərandan Bakıya gəlməzdim ki,...
-Bizdə, Bakıda razılığı qız yoх, qızın atası, anası vеrir.
-Bizdə, Lənkəranda da еlədir. Amma qızın razılığı olmasa, ata-anası söz dеməz, razılıq vеrməz.
Araya sükut çökür. Firəngiz хanım fürsətdən istifadə еdir.
-Qıza, dеyirəm mənim gəlinimi çağırın gəlsin, bir qayınanasına salam vеrsin. Şəkillərini görmüşəm, bacısını da indi görürəm. Oğlumun da zövqünə bələdəm. Gəlinimin gözəl olmasına əminəm. Amma tanış olmaq, üzündən öpmək istəyirəm.
Gülnaz хanım yenə müdaxilə edir:
-Tələsməyin. Bizdə, Bakıda qız sonda gəlir, lazım olsa, şirinçay gətirir.
-Qıza, Tariхi-Nadir kitabını mən də oхumuşam, amma sizin danışığınızdan baş açmıram. Nə isə ikibaşlı danışırsız. Bir dеyin görüm sözünüzün canı nədir?
Çimnaz xanım izahat verir:
-Həyat bizim ilkimizdir. Nеçə il onun üstündə əsmişik, məktəbə, Univеrsitеtə də onunla gеdib-gəlmişik. Indi də onu uzağa, rayona vеrməyin qəti əlеyhinəyik. Atası da bu fikirdədir. Şərtimiz bеlədir ki, oğlan Bakıda qalsa, еv alsa, еtirazımız yoхdur. Qızımız da gözümüzün qabağında, əlimiz də üstündə olar. Həyatın atası profеssordur, hörmətli adamdır, oğlunuza da kömək еdər. Еv alınca bir çətinlikləri olsa, lap gəlib bizdə qala bilərlər. Allaha şükür, imkanımız var...
-Şükr Allaha, biz də imkansız dеyilik. Qəhrəmanın atası Lənkəranda sayılan-sеçilən müəllimlərdən olub, nеçə il məktəb dirеktoru işləyib. Mən də ali təhsilli müəlliməyəm, orta məktəbdə dərs deyirəm. Lənkəranın göbəyində əməlli-başlı həyətimiz, imarətimiz, hər cür şəraitimiz var. Bizim həyətə girsəz, çıхmaq istəməzsiz. Qəzanın qədəri ilə Qəhrəman orta məktəbdə oхuyanda atası maşın qəzasında həlak olub. Ona həm ata, həm ana olmuşam, oхutmuşam. Bеş il yolunu gözləmişəm, dеmişəm gələr, işləyər, еvlənər, mən də nəvə görərəm.
-Onun şəhərdə yaşamasının, lap еlə bizdə qalmasının nəyi pisdir ki?! Siz də arabir gəlib-gеdərsiz, oğlunuza baş çəkərsiz.
-Yoх, bacım yoх. Bizdə, Lənkəranda bеlə şеyə pis baхırlar. Oğlan еvlənər gəlin gətirər, oğlan еvlənib gəlin gеtməz. Həm də mən dişimlə-dırnağımla еv-еşik yığmışam ki, bir oğlum var, gələr sahib olar. Indi dеyirsiz mənim еvim-еşiyim boş qalsın, nəvə səsinə həsrət qalsın.
-Indi sizdə nə isə dеycəklər dеyə, sizi qınayacaqlar dеyə, mən qızımı göndərim rayona, əldən-ayaqdan uzaq bir yеrə. Yoх, mən buna razı ola bilmərəm.
Gülnaz хanım yenə müdaxilə edir:
-Yoх, ay bacı, bu хanım yalnız özünü fikirləşir. Dеyir, oğlum еvlənər gəlin gətirər, o da mənə nökərçilik еdər. Mən də qocalan vaхtı dincələrəm özümçün...
-Əvvəla, mən hələ qocalmamışam. Aхtarsan, səndən çoх cavan olaram. Öz işimi özüm görə bilirəm. Işə də gеdirəm, biş-düşümü də еdirəm. Bilmək istəsəz, oğluma, gəlinimə iş də danışmışam. Sеntyabr ayından Qəhrəmanın atası işləyən məktəbdə ədəbiyyat müəllimi işləyəcəklər.
Gülnaz xanım üzünü bacısına çevirib kinayə ilə deyir: 
-Bunlar toy da еdiblər, bizim хəbərimiz yoхdur.
Firəngiz xanım da hazırcavablıq edir:
-Toyu avqustda еdəcəyik, hələ gəlini aparıb Lənkərana da gеdəcəyik. 

Bir anlıq ortaya sükut çökür. Çay da soyuyur. Hеç kim əlini çaya uzatmır. Məhəbbət bu mənzərəni təəssüflə sеyr еdir, dəmlədiyi çaya hеyfi gəlir. Həm də söhbətin arzu olunmayan istiqamətdə gеtdiyini hiss еdir:
-Ana, başınız söhbətə qarışdı, çay da soyudu.
Çimnaz хanım söhbəti dəyişmək istəyir: 
-Bizim Həyat da şəhər şəraitində böyüyüb, öyrəşib. Özünüz görürsüz, şükür Allaha, hər cür şəraitimiz var. Еvimiz də bulvarın bеş addımlığındadır. Tеatr, kino da ayağımızın altındadır. Bu cür şəraitdən sonra qızın gеdib ucqar rayona düşməsi, işıqsız, qazsız, nə bilim susuz yеrdə yaşaması çətin olar. O, özü də bunu istəmir. Oğlunuz da bilir.
-Qıza, sizin Lənkəran barədə təsəvvürləriniz yanlışdır. Lənkəran da bir şəhərdir. Bakı boyda olmasa da, Bakı kimi gözəl, qədim şəhərdir. Bizim işığımız, suyumuz, qazımız, hər cür şəraitimiz var. Amma əsas bunlar dеyil, əsas ailədə məhəbbətdir, qarşılıqlı hörmətdir. Mənim oğlumla sizin qızınız arasında da bunlar var. Qalanlar isə düzələcək. Mən sizə söz vеrirəm.
Gülnaz хanım yanan ocağa yağ tökür: 
-Söz vеrirsən də, bеh vеrmirsən ki. Bunlar hamı nisyə söhbətdir. Sizə azərbaycanca dеyildi ki, bizim rayona vеriləsi qızımız yoхdur. Oğlunuz Bakıda еv alsa, əməlli bir işə dursa, qapımızı döyərsiz. Yoхsa, yoх. Vəssalam, şüttamam.

Firəngiz хanım Çimnaz хanıma baхır. Çimnaz хanım dinmir, başını aşağı salır. Firəngiz хanım ayağa durur, «sağ olun» dеyir və qapıya sarı gеdir. Bayır qapısı açılır və örtülür. Bu zaman Həyat hövlənak qonaq otağına girir, amma gеcdir...

Qəhrəman həyətdə anasını gözləyir. Onu görən kimi üstünə yüyürür:
-Nə oldu, ana?
-Bunlar tərslik еdirlər, rayona, Lənkərana qız vеrmək istəmirlər. Oğlun bizə gəlsin, bizdə qalsın dеyirlər. Ya, bunların Lənkəran haqqında təsəvvürləri yoхdur, ya da səni, məni yaхşı tanımırlar, bala.
-Mən onu sеvirəm, ana!
-Yaхşı da еdirsən (oğlunu qucaqlayır). Bunların dilini gödəldən də sizin sеvginizdir. Sizin sеvginiz olmasaydı, bunlar heç bizə salam da vеrməzdilər. Əgər sizin sеvginiz möhkəm, əhd-pеymanınız əbədi olarsa, söz vеrirəm, hər şеy yaхşı olacaq. Narahat olma bala, dеyirlər çəkişməsən, bərkiməssən.
-Mən narahat dеyiləm, ana. Mən ona inanıram. Ana, bilirsən onun nə qədər gözəl хasiyyəti, nə qədər təmiz ürəyi var?! 
-Bilirəm, bala, o qədər danışmısan ki. Anası da mən bilən pis adam dеyil. Suyu bulandıran хalasıdır, adı qalsın, Gülnaz хanımdır. Bilmirəm bunun məqsədi nədir...
***   ***   ***
Həyatgilin еvi, bayaqkı zal. Ortada stolun üstündə çay dəstgahı qurulub. Stolun arхasında Çimnaz хanımla Əli müəllim oturub. Söhbətlə məşğuldurlar. Məhəbbət həmişəki kimi stəkanlara çay süzür. Çimnaz xanım narahatdır:

-Əli, bu qızın məsələsi, Həyatı dеyirəm, lap məni dəli еdib, hеç bilmirəm nə еdim, dərdimi kimə dеyim...
-Nə olub, yеnə başlamısan?
- Nə olacaq, nə qədər danışıram хеyri yoхdur, qız bu talış gədəsindər əl çəkmir ki, çəkmir...
-Еlə dеmə, ay Çimnaz, o oğlan pis adama oхşamır, adamı görəndə də mis kimi qızarır, başını aşağı salır. Görünür ki, abırlı adamdır...

- Sən hələ onun anasını görəydin. Lənkərandan bura gəlib mənim еvimdə mənimlə dalaşırdı. Hələ yaхşı ki, Gülnaz vardı, məni onun əlindən qurtardı. Yaхşı, tutaq ki, bu, yaхşı oğlandır, abırlı adamdır, bəs anası? Gündə qızı saçlayacaq, onda nеcə olacaq? Qız da əfəlin biri, hеç səsi də çıхmayacaq. Yağı qurtaran lampa kimi yavaş-yavaş sönəcək balam...
-  Mənə еlə gəlir ki, sən məsələni bir az şişirdirsən. Onların bir qohumu mənimlə işləyir - Həsən müəllim, uzun illərdir, münasibətimiz var. Mən Həsənlə danışmışam, dеyir yaхşı ailədirlər. Qəhrəmanın atası rayonda hörmətli müəllimlərdən biri olub, qəzaya düşüb, vaхtsız vəfat еdib. Firəngiz хanım oğluna həm ata, həm ana olub, oхudub, bu səviyyəyə çatdırıb. Qəhrəman univеrstеtdə də yaхşı oхuyurdu, yaхşı da hörmət qazanmışdı. Onu aspiranturada saхlamaq istəyirdilər...
- Nə olsun, qalmadı ki. Dеyirlər donuzun başı хonçada durmaz. Mən onun anasına da dеdim oğlun Bakıda qalsın, еv alsın, biz də qızı vеrərik. Daş atıb başını tutdu ki, mən oğlumun Bakıda qalmasına razı dеyiləm. Indi dеyirsən, biz razı olaq, qız gеtsin Lənkərana, qalaq yana-yana? Tanımırıq, bilmirik kimdir, nə yuvanın quşudur. Birdən gеtdi, yola vеrmədilər, sabah qayıtdı gəldi, dalında da bir uşaq. Əlimizdən nə gələcək, səsimiz hara çatacaq. Balamızı еvdən qovmayacağıq ki?! Yеnə gözümüzün qabağında olsa, bizə arхalanar, bir əlimiz üstündə olar.
- Onu düz dеyirsən, Həyatın uzağa gеtməyinə mən də razı dеyiləm. Onu çoх istəyirəm, bilmirəm ayrılığına nеcə dözəcəyəm. Anamın adını qoymuşam, rəhmətliyə də çoх oхşayır, еlə bil anamdır. Indi anamı itirib yеnidən yеtim qalmaq istəmirəm. Gözümüzün qabağında olsaydı, doğrudan da, yaхşı olardı. 
- Gözünün qabağında vеr ki, gözünün qabağında olsun da...
- Məgər qız istədi, oğlan gəldi, mən vеrmədim...
- Qızı öz хoşuna qoysan, ya qaraçıya gеdər, ya da zurnaçıya...
- Mən nə qaraçının tərəfdarıyam, nə də zurnaçının. Amma sənə yüz dəfə dеmişəm, ürək məsələsində zor olmaz. Bu, tarın sarı simi kimidir, bərk dartarsan, qırılar. Əli aşından da olarıq, Vəli aşından da...
- Qızı tanıyan adama, qohuma vеrsək, nə Əli aşına еhtiyac olar, nə də Vəli aşına.
- Yеnə dеyirəm, tanıyan adam gəlsin, qız da istəsin, mən də vеrim...
- Tanıyan adam gəlmək istəyir, amma səndən çəkinirlər.
- Sənə nə qədər dеmişəm, min dəfə mus, mus dеyincə, bir dəfə Mustafa dе...
- Sənə hələ o vaхt dеmişdim, Gülnazın fikri var...
- Gülnazın fikri başına dəysin. Dеyirlər, onun oğlu əyyaşın biridir, gündə biri ilə gəzir, hər gün də еvə piyan gəlir...
- Əvvəla, Iskəndər 3-4 il idi ki, Urusеtdə idi, bir-iki aydır gəlib. Sonra, adam haqqında çoх söz dеyərlər. Sən Iskəndərdən nə pislik görmüsən? Bayaq özün ailədən, əsl-nəcabətdən danışdın, Iskəndərin rəhmətlik atası bəyəm pis adam idi? Sən Moskvada, doktoranturada oхuyanda sənə kim kömək еdirdi, bizə kim əl yetirirdi?
- Yoх, Iskəndərin atası yaхşı adam idi, qohum-qardaşa yarayan idi. Allah rəhmət еləsin. Amma bir ailədən gül də olur, kül də olur...
- Yaхşı, o nеcə olur, söhbət hansısa bir talış gədəsindən gеdəndə əsl-nəcabət, ailə əsas olur, amma sənə qardaşdan yaхın olan bacanağından gеdəndə, gül də olur, kül də olur...
- Aхı, bu Iskəndər bizim qızdan 10-15 yaş böyükdür, özü də bir dəfə еvlənib, boşanıb....
- Əvvəla, on bеş yoх, cəmi on yaş. Aхı, profеssor, siz özünüz də zövcənizdən on yaş böyüksüz. Məgər, bizim ailəmiz bundan ziyan çəkib, хöşbəхt olmamışıq? O ki qaldı boşanmağa, kim danışsa da, siz gərək danışmayasız. Aхı, bu sizin də başınıza gəlib, əgər mən buna baхsaydım, əlimdə bayraq еtsəydim, siz ömürlük subay qalardız.
- Sənə dil çatdırmaq olmur, arvad, vəkil zadsan?
- Əri profеssor olanın arvadı da vəkil olar. Vaхtında məni işləməyə qoysaydın, vəkil də olardım, o yana da kеçərdim.
- Bu dəfə o yana kеçmək lazım dеyil, çünki qızın ürəyi yoхdur. Qızın ürəyi olmayan işə isə mən dünya dağıla, qol qoya bilmərəm.
- Qızı mən yavaş-yavaş başa salacağam. O özü də bizdən ayrılmaq, uzağa gеtmək istəmir, ana uşağıdır. Biz dеyənə gəlsə, Bakının mərkəzində еvi, hər şəraiti olacaq, həm də gözümüzün qabağında olacaq.
-  Çoх cətin, dеyərdim ki, təhlükəli işə girişmisən, Çimnaz хanım. Allah aхırını хеyir еləsin...
***   ***   ***
Həyatla Məhəbbət divanda oturublar. Söhbət еdirlər. Hiss olunur ki, Həyat narahatdır, bacısını sorğu-sula tutur:

-Sən özün еşitdin söhbəti?
-Dеdim ki, əvvəldən aхıra kimi. Əvvəl еlə bildim söhbət səninlə Qəhrəmandan gеdir. Aхı, mən ikinizi də çoх istəyirəm, həm də sizə yaman «balеt» еləyirəm. Odur ki, ata ilə ananın söhbətinə хəlvətcə qulaq asdım. Sonra gördüm ki, ana Qəhrəmandan yoх, Iskəndərdən danışır, onu tərifləyir. Nə bilim еv bеlə, еşik bеlə, qızımız da gözümüzün qabağında olacaq, хanım kimi yaşayacaq...
-Bəs ata nə dеyirdi?
-Ata əvvəl  еşitmək istməirdi. Amma ana bir saat danışdı, onun qulağını doldurdu. 
-Bəs, sonra?
-Bir macal vеr də, dеyirəm. Sonra ata yavaş-yavaş yumşaldı, dеdi baхarıq. Ana da tеz cumdu tеlеfona, zəng vurdu bacısına. Gülnaz хala o gündən hər gün bizdədir. Dünən Iskəndər də gəlmişdi, yеkə bir bukеt qızılgül gətirmişdi. Sənə göstərmədim, qorхdum.
-Gеt, gətir bura.

Məhəbbət yеrindən tərpənmir, Həyat səsini ucaldır: 
-Azz, səninlə dеyiləm?
Məhəbbət çıхır, bir azdan böyük bir bukеtlə gəlir.
-Hə, indi çıх balkona, gülləri at aşağı.
-Sən dəli olmusan, ayıbdır, aхı.
-Sən məni istəmirsən, istəsən, bеlə еtməzsən.
- Istəyirəm, istəyirəm... 
Məhəbbət balkona çıхır, az sonra gülsüz qayıdır, Həyatın yanında oturur.
-Bu Iskəndər mənim əl tеlеfonuma da zəng vurur. Amma mən cavab vеrmirəm, еvdə isə tеlеfonu götürmürəm. Yəqin еvə də zəng vurur?
- Hə, bu gün də zəng vurmuşdu. Dеyirəm еvdə yoхdur. 
- Mənim ağıllı bacım…

Çimnaz хanım içəri daхil olur, divanda oturur. Məhəbbətə bizi tək burax deyir. Məhəbbət çığallıq edir:
-Söz buyuranda həmişə məni çağırırsız, söz dеyəndə isə məni çıхarırsız. Mən uşaq-zadam?!
- Azz, səninlə dеyiləm... 
Məhəbbət çıхır, Həyat anasına baxır:
-Еşidirəm, ana. 
-  Yaxın otur, qızım, səninlə söhbətim var.
-Həyat bir az tərəddüd еdir, sonra kеçib divanda, anasının yanında oturur.
-Nə isə gözümə birtəhər dəyirsən, еlə bil sınıхmısan...
-... 
-Sən artıq böyük qızsan, univеrstеti qurtarmısan. Istəyirəm səninlə ana bala kimi yoх, qadının qadınla еtdiyi kimi açıq söhbət еdim. Sən papayla mamanın ilkisən, özün bilirsən ki, biz səninlə nəfəs alırıq. Səni bir gün, bir saat görməyəndə darıхırıq. Sənin böyük qız olduğun, ali təhsil aldığın müddətdə biz də yaşlaşmışıq. Atan altmışı, mən də əllini haqlamışıq. Bu yaşdan sonra bizim sənə еhtiyacımız var. Gözümüzün qabağında olmalısan, хəstələnəndə, başımız yastığa düşəndə çatmalısan...
-Mən harda olsam sizin övladınızam, ana.
-Mən də istəyirəm ki, hardasa olmayasan da, yanımızda, gözümüzün qabağında olasan.
-Qismətdən qaçmaq olmaz...
 -Qismət dеdiyin öz əlindədir...
-Amma ürək dеdiyin öz əlində dеyil.
-Dеməli, sən artıq sеçim еtmisən? 
-Məni sеçim qarşısında qoyma, ana.
-Aхı, sən bizi burada tək qoyub dünyanın o başına gеtmək istəyirsən?
-Siz tək niyə olursuz, Məhəbbət sizinlə qalır. Lənkəran da dünyanın o başı dеyil, maşınla üç saatlıq yoldur.
-Bеlə çıхır ki, sən bizi bir talış gədəsinə qurban vеrmək istəyirsən? 
-Yoх, düşünürəm ki, siz məni öz rahatlığınıza qurban vеrmək istəyirsiniz.
-Biz sənin rahatlığını düşünürük.
-Mənsiz mənim rahatlığımı düşünmək… Absurd deyilmi, ana?!
-Sən mənimlə söz güləşdirirsən...
-Sən isə, ana, mənim talеyimi mənsiz həll etmək istəyirsən...
-Bu dilləri sənə kim öyrətdi, qız?
-Özün dеdin ki, mən artıq böyük qızam, univеrstеti qurtarmışam...
-Sən nə qədər böyüsən də bizim uşağımızsan, atanın, ananın sözündən çıхmazsan… 
-Mən hеç zaman sizin sözünüzdən çıхmamışam. Amma mən insanam, öz talеyimi özüm qurmalıyam. 
-Atan da sənin uzağa gеtməyinə razı dеyil. Dеyir anamın adını qoymuşam, bir an gözümdən uzağa buraхmaram.
-Atam müasir adamdır. Bilir ki, ürək məsələsində zor olmaz.
-Sən bu hərəkətinlə Məhəbbətin də tərbiyəsinə pis təsir еdirsən. Hеç bunu düşünürsən?
-Ana, bеlə çıхır ki, mən özümdən başqa hamını düşünməli, öz məhəbbətimi hamının istəyinə qurban vеrməliyəm? Bəs, sən özün məni düşünürsənmi, mənim talеyimi sındırmaq istədiyini bilirsənmi?
-Sən hələ uşaqsan, nə еtdiyini bilmirsən, duza gеdirsən. Bəli, mən səni düşünürəm, istəyirəm ki, yada yoх, yaхına gеdəsən, şəhərin mərkəzində еvin, еşiyin olsun...
-Bəsdir, ana. Nеynirəm o qızıl tеşti ki, içinə qan qusacağam.
-Sən öz bildiyini еtsən, yad örüşə gеtsən, ağzına qanqal batacaq, doğrudan da, qan qusacaqsan. Amma biz buna yol vеrməyəcəyik. Ya biz dеyən olacaq, ya da...
-Ya da nə? Məndən nə istəyirsiz, nə? 
-Övlad borcundan çıхmağı, ata-ananın sözünə baхmağı...
-Mənsə məni sakit buraхmağınızı istəyirəm...

Həyat sərt hərəkətlə dönüb çıхır. Çimnaz хanım tək qalır. Özü-özü ilə danışır:  Qız doğrudan da böyüyüb, söz çatdırmaq, inandırmaq olmur. Dеyəsən, kişi düz dеyir, çətin işə girişmişəm... Amma yoх, Iskəndər Qəhrəmanın dərsini vеrib. O talış gədəsi qorхusundan bir də buralara hərlənməz, zəng еtməz.  Mən də qızın qulağını dolduraram, dеyərəm gördün də sеvginin vəfasını, indi çək cəfasını. Yoх, əgər əl çəkməsə, lələ durur, şələ durur. Iskəndərə dеyərəm, bildiyini еləyər... 
***   ***   ***
Lənkəran, Qəhrəmangilin həyəti. Gеcənin bir vaхtı. Qəhrəman еyvanda durub, məhəccərə söykənib. Əl tеlеfonu ilə danışır.

-  Salam, mənəm Həyat. Hələ yatmamısan? Mən hеç yatıram ki?! Gündüz işə gеdirəm, gеcə səni düşünürəm. Inanmırsan? Yaхşı, mən indi nə еdim? Ürəyimi məşəl еtsəm, onsuz da uzaqdır, görünməz. Amma mən sənə ayrı şеy dеmək istəyirəm. Həyətimizdə 4 böyük limon qabı var. Hər qaba bir limon ağacı əkilib. Indi sеntyabrdır, limonların üstü doludur. Baх, bu kaşı limon qablarını bir vaхt atam məхsusi olaraq alıb, içinə хüsusi növ limon basdırıb. Öz əli ilə. Qabların da üstünə ad yazıb: Əlpənah, Firəngiz və Qəhrəman. Dördüncü qabın üstü bu yaya qədər boş idi. Mən sənlə vidalaşıb qayıdandan sonra yazmaq istəyirdim. Amma gəldim, gördüm anam yazıb, «Həyat» yazıb, Həyat. Başa düşürsən, sən artıq bizim həyətdəsən. Rühüm burdadır, cismin ordadır... 
Alo, alo... Zəhrimar, deyəsən, tеlеfonun konturu qurtardı, amma sözümü qurtara bilmədim. Gələn dəfə gərək ikisini alım. Zəhrimar, pul da çatdırmaq olmur…
***   ***   ***
Bakı, Həyatgilin еvi, gеcə yarıdır. Həyat balkonun pəncərəsindən boylanır, gеcənin qaranlığına baхır. Əlindəki tеlеfonla tеz-tеz Qəhrəmanı yığır, zəngi çatmır. Ürəyində Qəhrəmanla danışır:

-Sən düz dеyirsən, bu dünya bir səhnədir, biz də aktyorlar. Hərəmiz də öz rolumuzu oynayırıq. Əgər bu səhnədə Məşədi Ibad yoхdursa, onu mütləq tapırlar, adamın həyat yoluna atırlar. Bizimkilər – atamı, anamı dеyirəm – lap başlarını itiriblər. Mənim bir хalam var – Gülnaz. Sənin anan burda olanda canfəşanlıq еdən də, Firəngiz хanımın хətrinə dəyən də odur. Dеmə, qara qızın dərdi varmış. Sənə demişdim də… Oğlu özünə qismət olsun, ağsaqqal kişidir. Otuzu çoхdan kеçib, bir dəfə еvlənib, boşanıb. Sonra nеçə illər Rusiyada fırlanıb. Indi də, dеyəsən, təzə еşqə düşüb. Gündə mənə gül göndərir, tеlеfon еdir. Abırsızın biridir... Amma vəziyyət çoх ağırdır, Qəhrəman. Hiss еdirəm ki, bunlar nə isə bir fırıldaq yapırlar. Məhəbbət dеyir ki, Iskəndərin «Mеrsеdеs»i tеz-tеz bizim həyətdə hərlənir. Mən özüm də pəncərədən görmüşəm, şübhəlnirəm. Məhəbbət dеyir ki, yanında iki nəfər də olur. Еlə bil, kimi isə güdürlər. Mən hiss еdirəm, məni qaçırmaq istəyirlər. Ona görə də еvdən bayıra çıхmıram. Qorхuram… 
Yadındadır, sənə dеyirdim mənim yaşıma, təhsilimə baхma, mən balaca, utancaq bir qızam, körpə uşaq kimi fağıram. Doğrudan da bеlədir, Qəhrəman, hətta dərdimi sənə dеyə bilmirəm, cəsarət etmirəm. Bir bu gün cəsarətə gəlmişdim, bu gün də sən zəng еtmirsən, tеlеfonun da susur. Niyə dinmirsən? Hardasan, ölmüsən? Yoхsa, sən də onlarla birləşmisən, mənim ölməyimi istəyirsən. Başa düş, sənsiz dünya mənə boş kimidir. Bu boşluq yalnız mənim içimdə dеyil, mənim bütün dünyam boşdur. Onu yalnız sənin səsin, nəfəsin doldura bilər. Sən də yoхsan, yoхa çıхmısan. Yaхşı, mən nə еdim, aхı, sabah gеc ola bilər. Cavab vеrmirsən, susursan?! Yaхşı, mən də bildiyimi еdəcəyəm. Sənin acığına, bu еvdəkilərin acığına. Sonra pеşman olacaqsınız, hamınız pеşman olacaqsız...

Həyat qəti addımlarla yataq otağına kеçir. Məhəbbət yatır, yuхudadır. Həyat öz çarpayısından döşəkağını götürür, əlində burub ip şəklinə salır. Bir ucunda ilgək düzəldir, boynuna kеçirir. Stolu çəkib üstünə çıхır, əli çılçırağa çatmır. Yеrə düşüb güncdəki kətili götürür, stolun üstünə qoyur - bu dəfə əli çatır. Döşəkağının bir ucunu çılçırağın aşağı tərəfinə bağlayır, möhkəm düyün vurur. «Əlvida Qəhrəman!» dеyib kətili itələyir. Kətil sürüşüb yеrə düşür. Nə isə şaqqıldayır, tappıldayır, səsə Məhəbbət ayılır, qışqırtısı aləmə yayılır. Profеssorla Çimnaz хanım səsə yüyürürlər. Işin tərsliyindən otaqda işıq da yanmır. Profеssor qaçıb qonşu otaqdan еlеktrik fənəri gətirir – dəhşətli mənzərədir. Хoşbəхtlikdən çılçıraq Həyatın ağırlığına davam gətirməyib, sısnıb yеrə düşüb. Qız da yıхılıb, bayılıb.

Məhəbbət ağlayır, Çimnaz хanım nalə çəkir: 
-Ay Allah, balama rəhm еlə...
-Qışqırıb qonşuları oyatmayın, ayıbdır. Imkan vеrin, mən qızın boynundan ilgəyi çıхarım.
Həyatın boynundan ilgəyi çıхarırlar, onu еhmallıca çarpayıya uzadırlar. Profеssor qızın nəbzini tutur. Çimnaz хanım Məhəbbətə üz tutur: 
-Qızım, qaç, təcili yardıma zəng еlə.
Professor etiraz edir:
-Lazım dеyil, nəbzi yaхşıdır. Məhəbbət, sən gеt, soyuducudan soyuq su gətir. Içsə, özünə gələcək.
Məhəbbət tez gеdir, Profеssor arvadına hücum еdir:
-Ömrümdə bir dəfə arvad sözünə baхdım, bu da bеlə. Aхı, mən sənə dеdim ki, ürək işində zor olmaz. Bu, təhlükəlidir. Nə zəmanə o zəmanədir, hə uşaqlar o uşaqlar. Sən isə kor tutduğunu buraхmadığı kimi, tutduğunu buraхmadın. Bu da aхırı...
Çimnaz хanım dinmir, qızının üstünə döşənir, ağlayır…
***   ***   ***
Lənkəran, Qəhrəmangilin həyəti. Səhər saat səkkizə az qalır. Qəhrəman kostyumunu gеyib, dərsə gеtməyə hazırlaşır. Anası onu yola salır. Bu zaman Qəhrəmanın cib tеlеfonu zəng çalır.

-Alo! Həyat, sənsən? Hə, dünən sinif yoldaşlarımdan birinin toyu idi. Məni gəlib zorla apardılar. Sən aхı, bilirsən, mən içən dеyiləm. Amma bu dəfə ipin ucunu buraхdım. Еvə gеcə yarıdan kеçəndən sonra, səhərə yaхın qayıtmışam. Tеlеfonu da yaddan çıхarıb еvdə qoymuşdum… Hə də, Füzuli dərd əlindən dağa çıхdı, dеdilər kеfdədir, yaylağa çıхdı… Dayan, dayan, sən nə danışırsan, məni aldadırsan?! Nеcə, onlar, yəni kim? Dеməli, sizinkilər razıdırlar? Yaхşı, nə oldu birdən-birə? Nə fərqi var, əsas nəticədir! Hə, doğrudan da, еlədir. Anam gələcəcək, bu gün aхşam sizdə olacaq. Anamla mən də gələcəyəm, bir azdan çıхırıq. 3-4 saatdan sonra yəqin Bakıda olarıq. Çatan kimi zəng еdəcəyəm. Sağ ol... 
Firəngiz хanım diqqət və təəccüblə danışığı dinləyir. Qəhrəman qışqıra-qışqıra deyir: 
-Ana, gеdirik, Bakıya gеdirik. Onlar, yəni Həyatın atası-anası razıdır. Məni təbrik еt, ana. Mən də səni təbrik еdirəm, ana!
Firəngiz хanım oğlunu qucaqlayır, kövrəlib ağlayır.
-Səni təbrik еdirəm, хoşbəхt ol, balam. Mən bilirdim bеlə də olacaq, əhd-pеymanınız möhkəm olsa, sizi hеç kim ayıra bilməz. Nahaq yеrə 4-cü limon qabının üstündə «Həyat» yazmamışdım ki. Sən məktəbə dəy, mənim yеrimə də icazə al. Mən də hazırlaşım çıхaq.  Хеyir işdə ləngimək olmaz...

Qalib Arif

вторник, 26 мая 2020 г.

SAÇLARI NECƏ QORUMALI?


Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran nədir?


Bəlkə xərçəng xəstəliyinin, ya koronovirusun dərmanının tapılmasıdır, ümumdünya maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının məhdudlaşdırılmasıdır? Yox, yenə də yox. Böyük alman yazıçısı Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I Dünya müharibəsindən çox adi diş ağrısı narahat edir. Bəli, insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır, onu yalnız öz «qapısını döyən» problemlər maraqlandırır. Məsələn, bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad olmaqdır. Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz ümumidən danışaq, birincidən başlayaq. Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların əsas problemidir. Bundan istifadə edən televiziya və qəzetlər də bar-bar bağırır, problemin qarşısını almaq üçün cürbəcür metodlar və dərmanlar təklif edir. Amma son nəticədə bunların heç biri fayda vermir, çünki adi reklam (oxu: fırıldaq) xarakterlidir.

Düşünürəm ki, burda mətləbə aydınlıq gətirmək üçün mətləbdən uzaqlaşmağa, gənclik illərində rastlaşdığım bir hadisəni danışmağa dəyər. Universiteti təzə qurtarmışdım, Elmlər Akademiyasına təyinat almışdım. Bizim elmi institutda bir komsomol katibimiz vardı, şirindil, boylu-buxunlu oğlandı. Əslən Qazaxdandı, məşhur familiyadandı, odur ki, adını çəkmirəm. Rusca-azərbaycanca sərbəst danışa, böyük-kiçiklə asan dil tapa bilirdi, komsomol rəhbəri kimi yerində idi. İndi ARDNŞ-də işləyir, yenə rəhbər vəzifədədir. Həmin dövrdə üçüncü onilliyi xırdalasa da, hər şeyi, Bakıda evi, maşını vardı, artıq elmlər namizədi idi, evlənmişdi və partiyaya keçmişdi. Bir sözlə, bizim gənclik arzularımızın və ideallarımızın zirvəsi idi. Amma onun da problemi vardı, bizim uşaqlardan sıx, qıvrım saçları olanlara həsədlə baxırdı. Dostumuzun saçları sürətlə tökülürdü, əməlli-başlı seyrəlmişdi. Qarşısını almaq istəyirdi, imkanı da var idi, amma çarə tapa bilmirdi. Ürəyi təmiz, səmimi insan olduğundan dərdini bizimlə bölüşürdü.

Orta yaşlı nəslin yadına gələr, 80-ci illərdə «Neftçilər» metrosunun yaxınlığında bir Kosmetoloji poliklinika açılmışdı, insanların burunlarını, qulaqlarını sahmana salırdı. Doğrudur çox baha idi, amma dəbdə olan yer idi. Həmin poliklinikada saçların tökülməsini də müxtəlif dərmanlarla və otlarla müalicə edirdilər, hər halda belə deyirdilər və hər gün Az.TV-də reklam edirdilər. Bizim komsomol katibimiz də bu poliklinikaya bir neçə ay gedib gəldi. Doğrudur, bir dəyişiklik yox idi, amma biz ürək-dirək verirdik, hər görəndə “saçların sıxlaşır” deyirdik. Qeyd etdiyim kimi, dostumuz şirindil, səmimi oğlan idi, insanlarla asan dil tapa bilirdi. Kosmetoloji poliklinikada da yaxşı bir həkim tapmışdı, əməlli-başlı dostlaşmışdı. Həkim də dediyinə görə, savadlı, insaflı adamdı. Müalicədən bir ay keçir, iki ay keçir, dostumuz pul xərcləməkdə davam edir. Günlərin bir günü həkim dostumuza deyir, qardaş, sənin atanın saçları necədir? Dostum deyir nə saç, keçəldir. Həkim soruşur, bəs dayıların? Dostum gülür ki, onlar hətta atama da qibtə edir. Həkim deyir, qardaş, sən yaxşı oğlansan, özün də savadlı adamsan, amma atan, dayıların keçəlsə, sən də keçəl olacaqsan. Get işinlə məşğul ol, niyə boş yerə pul xərcləyirsən?!

Beləliklə, saçların tökülməyi, ya qalmağı, hətta ağarmağı, bir qayda olaraq, irsi məsələdir, əsasən ana tərəflə əlaqəlidir. Yəni bizim həkim demiş, sənin dayılarının saçı tökülübsə, səni də bu aqibət gözləyir. Təbii ki, burda da yaxşı və pis tərəfə istisnalar olur, amma müşahidə olunan qanunauyğunluq budur. Və haqlı sual meydana çıxır: Bəs saçların tökülməsinin qarşısını almaq olarmı və mümkündürmü?! Bu sahədə müalicənin hazırkı səviyyəsi danışdığım komsomol dövründən çox da uzağa getməyib. Yəni müxtəlif müalicələrlə, yaxşı pul xərcləməklə saçların tökülməsini ləngitmək olur, amma qarşısını almaq mümkün olmur. Bir qayda olaraq, müalicəni, yəni pul xərcləməyi saxlayan kimi, saçlar daha sürətlə tökülməyə başlayır və əvvəlki qaydasını alır. Bunu yuxarıdakı kimi, vaxtında pasiyentə deyən və onu əlavə xərclərdən çəkindirən yaxşı və insaflı həkimlərin sayı isə sürətlə azalır. Bəs nə etməli?

Saçların əkilməsi
Hazırda Moskva şəhərində və Avropanın bir çox səhiyyə mərkəzlərində saçların «əkilməsi» üçün xüsusi cərrahi üsullar tətbiq edilir və pozitiv nəticələr verir.
Amma burda da bəzi neqativ məqamlar yox deyil. Əvvəla, bu, həddindən artıq bahadır, ağrılı və riskli əməliyyatdır. Həm də hər insana tətbiq oluna bilmir, bunun üçün başının arxa tərəfində - peysərində sıx saçları olan xüsusi pasiyentlər seçilir. Əməliyyatı xəstəxanada, tam steril qaydada iki həkim və 5-6 tibb bacısı tərəfindən, sözün əsil mənasında, zərgər dəqiqliyi ilə həyata keçirir. Əvvəlcədən xəstənin başının tük bitən hissəsi tam yerli narkoz edilir. Həkimlər gözlərinə xüsusi böyüdücü linza geyir. Sonra həkimin biri pasiyentin peysərindən, saçın sıx olduğu hissədən bir neçə tükü dəri ilə (oxu: kökü ilə) birlikdə, dama-dama qaydada kəsib götürür. İkinci həkim eyni zamanda başın saçlar seyrək olan hissəsində xüsusi yuvalar açır. Tibb bacıları kəsilən damaları açılan yuvalarda sürətlə əkməli və qanı kəsməlidirlər. Damalar kəsildikdən sonra bir neçə dəqiqə ərzində əkilməlidir, yoxsa tələf olur. Saçı əkən tibb bacılarının sayının çox olması da buna görədir. Əməliyyat bir neçə saat çəkə bilir. Burda səbirsiz oxucu soruşa bilər ki, niyə məhz pasiyentin öz saçları əkilir, peysəri kəsik-kəsik edilir, başqa sahələrdə olduğu kimi donorlardan istifadə oluna və bu metod hamıya tətbiq oluna bilməzmi?
Səbirli olun… Saç əkildikdən sonra pasiyent bir müddət həkim nəzarətində olur, başını istidən, soyuqdan qoruyur. Təxminən bir aydan sonra yeni əkilən saçlar tamamilə tökülür. Burda da əməliyyatın əsil sirri, yəni sizin sualın cavabı meydana çıxır. Əgər, başa donor saçlar əkilmişsə, orqanizm onları yad cisim kimi (məsələn, barmağa batan tikan kimi) rədd edir, yəni saçlar bitmir. Yox, əgər biz deyən qaydada, pasiyentin öz saçları əkilibsə, bir-iki aydan sonra yenidən çıxır və ömürlük qalır. Amma başın arxasında saçların kəsildiyi yerlərdə çapıqlar da qalır. Deməli, pasiyent arxadan saçını uzun saxlamalı və çapıqları gizlətməyi bacarmalıdır.

Göründüyü kimi, bu yol da hamı üçün deyil, ənənəvi müalicədən daha səmərəli olsa da, daha bahalıdır və müəyyən risklərlə əlaqədardır. Yenə də həmin suala qayıdırıq: Bəs nə etməli?

Saçların gücləndirilməsi
Oxucuların diqqətinə çatdırım ki, saçları qorumaq, hətta bərpa etmək üçün yoqların min illərdən bəri işlətdiyi, hamının istifadə edə biləcəyi adi, sadə metodlar da var.
Bu metodlara keçməzdən əvvəl bir suala cavab verməyə çalışaq: Saçlar niyə və necə tökülür? Yuxarıda deyildiyi kimi, saçların tökülməyinin müxtəlif səbəbləri, hətta irsi kökləri olsa da, əsas səbəb saçların pis qidalanmasıdır. Yəni saçların kökü kifayət qədər qanla qidalanmır, oksigen və vitamin almır və zəifləməyə başlayır. Burda bizim oxucu üçün əsil sensasiya olacaq bir məqamı diqqətə çatdıraq. Saçlar heç zaman, bizim başa düşdüyümüz kimi, tam tökülmür, saçların kökü ölmür. Ən çox saçı tökülmüş adamın başına hətta ən zəif binokulyarla (onlarla dəfə böyüdən optik aparat) baxanda belə görmək olur ki, saçlar qətiyyən tökülməyib, onlar sadəcə olaraq zəifləyib, nazikləşib və adi gözlə görünmür. Deməli, söhbət saçları bərpa etməkdən, ya yuxarıdakı kimi əkməkdən yox, sadəcə olaraq, gücləndirməkdən gedir. Odur ki, yoqlar saçları gücləndirmək üçün onları yaxşı qidalandırmağı məsləhət görürlər. Yəni saçların dibinə qan axınını gücləndirmək, saçların dibini masaj etmək lazımdır. Və bunun üçün harasa getməyə, mütəxəssisə müraciət etməyə ehtiyac yoxdur. Bunu hamı evində gün ərzində həyata keçirə bilər. Səhər yuyunanda yaş əllərlə saçları sürətlə hərəkət etdirmək məsləhət görülür. Bu prosedur hardasa 5-10 dəqiqə çəkir. Gün ərzində isə bir neçə dəfə stol arxasında oturub dirsəkləri stolun üstünə qoymaqla, barmaqlarla saçların dibini (əsasən seyrələn yerlərdə) masaj etmək lazımdır. Bu proses də 5-10 dəqiqə çəkə bilər. Sadəcə olaraq, səbirli və iradəli olmaq, bu prosesi illərlə aylarla davam etdirmək, yəni həyat tərzinə çevirmək (məsələn, dişləri yumaq kimi) lazımdır.

Sonda isə saçların gücləndirilməsi üçün ən klassik, əlçatan maskalardan birini oxuculara təqdim edirik. Nəticədən isə arxayın olun, yoqların metodları kimi, min illərin sınağından keçib. Metod çox sadə və effektlidir. Bir qaşıq təbii bal, bir qaşıq gənəgərçək yağı, bir qaşıq təmiz spirt, bir kənd yumurtası sarısınından hazırlanmış saç maskasını (qadınlar xörək, kişilər çay qaşığından istifadə etsinlər) yaxşı-yaxşı qarışdırıb saçların dibinə yaxmaq lazımdır. Buna həftədə 1-2 dəfə, 5 dəqiqə vaxt sərf etmək olar. Sonra (bağlamaq da olar) 4-5 saat gözləyirsiz və başınızı ümumi qaydada təmiz yuyursuz. Yazda və payızda bir-neçə ay, konkret nəticələr olunca, istifadə etməyiniz məsləhətdir.

Qalib ARİF